www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
533
demiĢdi: ―Bizim hal-hazırda yan-yana yaĢamağımızın və özümüzü
bundan xoĢbəxt saymağımızın əsasında dayanan konsepsiya artıq
iĢləmir‖. Kansler daha sonra gur səslə bəyan etmiĢdi ki,
immiqrantlar alman cəmiyyətinə inteqrasiya olunmalı, Almaniyanın
mədəniyyətini və dəyərlərini qəbul etməlidirlər. Bu bəyanat böhran
yaĢayan Avropa Ġttifaqındakı ümumi əhval-ruhiyyənin inikasına
çevrildi. Lakin bu bəyanatın müstəsna əhəmiyyəti onda idi ki, bu
bəyanatla həmiĢə, xüsusilə də XX əsrin ikinci yarısında digər
xalqların nümayəndələrinin ünvanına kəskin ifadələr iĢlətməkdən
yayınan bir ölkənin lideri çıxıĢ etmiĢdi. Bu bəyanat Almaniyada
immiqrasiya məsələsi ətrafında qızğın debatlara təkan verdi və bu
sahədəki mübahisələri nəzərəçarpacaq dərəcədə gücləndirdi.
Merkelin fikirləri özünün yetərincə açıq olması ilə heyrət
doğururdu. Almanların II dünya müharibəsindən bəri öz milli
mədəniyyətlərinin üstünlüyü haqda ehtiyatla danıĢdıqları halda indi
bu məsələdən həvəslə söz açması da heyrətamiz idi. Bənzər
bəyanatın mümkün sosial və geosiyasi nəticələri nəzərə alınmaqla
o, lap əvvəldən əksəriyyət tərəfindən ifrat ciddiyyətlə qarĢılandı. Bu
bəyanat lap əvvəldən daha geniĢ qavrayıĢ kontekstində -
immiqrasiya probleminə təkcə almanların yox, bütün Avropanın
reaksiyası kimi - müvafiq fikir yaratmağa doğru aparmalı idi. Belə
də oldu.
Böyük Britaniyanın baĢ naziri D.Kemeron və Fransa prezidenti
N.Sarkozi də 2011-ci ilin əvvəlində A.Merkelin bu rəyi ilə
razılaĢdılar. D.Kemeron 2011-ci ildə Münhendə keçirilən
konfransda multikulturalizm haqda aĢağıdakı fikirləri söylədi:
―Böyük Britaniyada bəzi gənclər özlərini valideynlərinin təcrübədən
çıxardığı, tətbiq etdiyi ənənəvi Ġslam praktikası ilə çox çətinliklə bir
arada görürlər. Lakin bu gənc insanlar özlərini elə Britaniya ilə də
çox çətinliklə təcəssüm etdirirlər. Bunlar ona görə baĢ verir ki, biz
öz kollektiv identikliyimizin zəifləməsinə imkan vermiĢik. Biz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
534
onların bir parçası olmağı istəyəcəyi cəmiyyəti necə görmək lazım
olması yollarını təklif edə bilməmiĢik. Biz həmçinin ayrı-ayrı
icmaların belə davranmasına dözümlü yanaĢmıĢıq. Halbuki bu
davranıĢ bizim dəyərlərimizə tamamilə ziddir‖.
N.Sarkozi də bir neçə gündən sonra britaniyalı lideri müdafiə etdi:
―Mənim cavabım Ģübhəsiz ki, ―hə‖dir. Multikulturalizm
uğursuzluqdur. Biz ölkəmizə gələn Ģəxslərin identikliyi məsələsinin
qayğısını həddən artıq çəkdik, onları qəbul edən ölkənin identikliyi
barədə lazımi qədər narahatlıq keçirmədik. Əgər sən Fransaya
gəlirsənsə, milli icmanın bir parçası olmağa razılıq verirsən. Əgər
sən bunu etmək istəmirsənsə, səni burada heç kim gözləmir. Bizim
bu məsələyə yanaĢmamız multikulturalizmdən - ―biz yanaĢı
yaĢayacaq və bir-birimizi qiymətləndirəcəyik‖ baxıĢlarından ibarət
idi. Bu yanaĢma tərzi iflasa uğradı, tam iflasa uğradı‖.
Niderland baĢ nazirinin müavini Maksim Verxagen, Avropa
ġurasının baĢ katibi və Norveçin keçmiĢ baĢ naziri Turbörn
Yaqland, Belçika və Avstraliyanın keçmiĢ baĢ nazirləri Ġv Leterm
və Con Hovard, eləcə də digərləri sonralar oxĢar bəyanatlarla çıxıĢ
etmiĢdilər. Multikulturalizmin paradiqmasına uyğun olaraq mədəni
müxtəliflikləri dərk etmək ədalətliliyin əsas Ģərtidir, cəmiyyət isə
onda güclü olur ki, orada yaĢayan bütün insanlar olduqları kimi
qəbul edilsinlər. Multikulturalizmin təzadı isə nəzəri postulatlarla
onların
realizasiyasının
praktik
gerçəklikləri
arasındakı
uyğunsuzluq nəticəsində yaranır. BaĢqa sözlə, həmin təzad da
özünü göstərir ki, milli azlıqların (onların mədəniyyətinin, həyat
tərzinin və s.) yüksəliĢi multikulturalizmin əsas prinsiplərinə -
açıqlıq və tolerantlıq prinsiplərinə zidd çıxmağa baĢladığı nöqtəyə
çatmıĢ olsun.
Digər xalq və millətlərə tolerant münasibət bəsləmək üçün Ģərait
yaradan səbəblər ona gətirib çıxarır ki, cəmiyyətdə müəyyən tabular
meydana gəlir. Bu tabular isə cəmiyyətin əksəriyyətinin öz Ģəxsi
identikliyini büruzə vermək və miqrantların (hər Ģeydən əvvəl isə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
535
müsəlmanların)
həyat
tərzini tənqid
etmək
imkanlarını
məhdudlaĢdırır. Mədəniyyətlər arasındakı dialoq multikulturalizmin
mahiyyətini təĢkil etsə də müxtəlif xalqların nümayəndələri
arasındakı hər cür müzakirələr belə mühitdə yaxĢı qarĢılanmır.
Multikulturalizm əvəzinə tolerantlıq
Məlumdur ki, multikulturalizmin əsas prinsipi ―mədəni həyatın
müxtəlif formalarının bərabər hüquqlarla yanaĢı mövcud olması‖
(müasir alman filosofu Yurgen Habermas), yəni azlıqla çoxluğun
bərabər hüquqlara malik olmasıdır. Bu prinsip həmin azlığı
dəstəkləmək və müdafiə etməklə bağlı xüsusi proqramın
mövcudluğunu tələb edir. Azlığın dəstəklənməsi proqramının dövlət
siyasətinin sadəcə bir xəttinə yox, ümumən bütün sosial-siyasi
sistemin tərkib hissəsinə çevrilməsi vacibdir.
Multikulturalizm cəmiyyətin etnomədəni, dini və s. təməllərə
söykənən sosial strukturların qarĢılıqlı əlaqəsi üzərində qurulmasını
nəzərdə tutur. Ərazi suverenliyi prinsipi millətin əlindədir.
Multikulturalizm isə vətəndaĢlıq haqqında qanunun, sosial müdafiə
sisteminin və ümumiyyətlə bütün sosial siyasətin, təhsilin, seçki
sisteminin, əmək hüququnun və əmək bazarının tənzimlənməsi
qaydalarının, miqrasiya qanunvericiliyinin ən baĢlıca prinsipinə
çevrilir.
Ötən əsrin 60-cı illərinin sonlarında Avropada meydana çıxan
multikulturalizm öz mahiyyəti etibarilə iĢçi miqrantların cəlb
edilməsi siyasətinin ideologiyasına və hüquqi əsasına çevrilmiĢdi.
Onun rəsmən qəbul olunması həmiĢə ―açıq qapı‖ siyasətini ifadə
edib. Multikulturalizm - ayrıca götürülmüĢ bir ölkədə və
ümumiyyətlə, bütün dünyada mədəni müxtəlifliyin qorunub
saxlanmasına və inkiĢafına yönəlmiĢ siyasət və bu siyasəti
əsaslandıran bir ideologiyadır. Müxtəlif mədəni qruplar (onlar da
etnik və dini olmaqla iki yerə bölünür) multikulturalizm çərçivəsi
daxilində kollektiv hüquqlara malik olur və onlar siyasət,
mədəniyyət və təhsil sahəsində vahid subyekt qismində çıxıĢ edə
Dostları ilə paylaş: |