MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə178/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   174   175   176   177   178   179   180   181   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

554 


partiyanın 

proqram 


sənədlərində 

nasist 


təbliğatının 

və 


simvolikasının  elementləri  formal  Ģəkildə  də  olsa  yoxdur  deyə  ali 

məhkəmə  instansiyası  onun  qeydiyyatının  ləğvi  üçün  formal 

əsaslara  da  malik  deyil.  Bəs  Saksoniyadakı  hadisələr,  həmçinin 

AMDP  üzvü  Ralf  Vollebenin  ―NSU  iĢi‖nə  bağlılığı  bu  partiyanın 

bağlanması  və  onun  dövlət  qeydiyyatının  ləğvi  üçün  formal  əsas 

deyilmi?  Yoxsa  sadəcə  olaraq  alman  hökumətinin  tənqidçilərinin 

haqqında bərkdən danıĢdığı ―dövlət içindəki dövlət‖ (―deep state‖) 

multikulturalizmin  xanım  Merkelin də təəssüflə  qeyd  etdiyi  həmin 

bu iflasını Ģərtləndirən həqiqi və səmərəli rıçaqı itirməkdə  maraqlı 

deyil? 


Söz  yox,  Bundestaqın  deputatı  Viola  fon  Kramerin  (YaĢıllar 

fraksiyası) verdiyi informasiyaya görə, AMDP Almaniyanın xüsusi 

xidmət  orqanları  ilə  sıx  bağlıdır  və  partiyanın  fəaliyyəti 

təhlükəsizlik xidmətinin maliyyə yardımı ilə həyata keçirilir. Nəinki 

təkcə Bundestaqın, ümumiyyətlə, həm də Avropa Parlamentinin ən 

nüfuzlu  deputatlarından  birinin  (xanım  V.fon  Kramer  Avropa 

Parlamenti Komitəsinin sədri vəzifəsini tutur) bu fikirlərindən sonra 

anlamaq  çətin  deyil  ki,  Federal  Konstitusiya  Məhkəməsi 

Bundestaqın  nasistlərin  qeydiyyatını ləğv  etmək  tələbini  niyə  rədd 

edir. 


Bütün  bu  hadisələr  Almaniyada  nasional-sosialistlərin  gizli 

fəaliyyətinin  üstünün  açılmasından  sonra  baĢ  verir.  Lakin  alman 

hakimiyyət  orqanları  faĢizm  və  rasizm  hərəkatının  yeni  dalğasına 

qarĢı çıxmağa nədənsə tələsmirlər. Əksinə, Almaniyanın hakimiyyət 

orqanları rahat və əlveriĢli mövqe tutaraq problemin mövcudluğunu 

yerli-dibli inkar edirlər. NSU-nun fəaliyyəti dövründə olduğu kimi. 

Gəl  yüksək  rütbəli  alman  məmurlarının  dediklərinə diqqət  yetirək. 

Saksoniyanın daxili iĢlər naziri, sağ-mərkəzçi XDĠ-dən olan Markus 

Ulbiq  miqrantların  mənzillərini  talan  etməyə  çağıran  yerli 

nasistlərin faĢizm ideologiyasını açıq-aĢkar təbliğ etmək  vasitəsinə 

çevrilmiĢ  ―Azad  Ģəbəkə‖ni  adicə  internet-portaldan,  bir  növ 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

555 

nasistlər üçün Facebook-dan baĢqa bir Ģey saymır. Saksoniyanın baĢ 



naziri,  xristian-demokrat  Stanislav  Tillix  isə  bəyan  edib  ki,  onun 

rəhbərlik  etdiyi  torpaqda  ultrasağ  ekstremizmlə  bağlı  elə  də  ciddi 

problem yoxdur. 

Halbuki  NSU-nu  yaradan  və  öz  fəaliyyətini  10  il  ərzində  açıq 

Ģəkildə  davam  etdirən  məĢhur  ―üçlük‖  məhz  Saksoniyada  hərəkət 

edirdi.  Bununla  bərabər  hakimiyyət  qrupları  gizli  nasist 

fəaliyyətinin davam etdiyi dövrdə olduğu kimi bu qrupun ləğvindən 

(yaxud özünü ləğv etməsindən?) sonra da orta məktəblərdə Ģagirdlər 

arasında  aparılan  nasist  təbliğatını  laqeydcəsinə  müĢahidə  edirlər. 

Nasistlər  gəncləri  öz  tərəflərinə  çəkməyə  çalıĢır.  Elə  təəssürat 

yaranır  ki,  yerli  nasist  təĢkilatına  dövlət  orqanları  tərəfindən 

himayədarlıq olunur. Nümunə olaraq deyək ki, irqçilərə müqavimət 

göstərməyə  çalıĢan,  onların  fəaliyyətini  ifĢa  edən  və  onların 

fəaliyyət  azadlığını  məhdudlaĢdırmağa  çağıran  hər  kəs  dərhal 

hədəfə çevrilib təqib olunmağa baĢlayır. Bunun ən parlaq nümunəsi 

məĢhur  alman  jurnalisti,  bədii  qiraət  təĢkilatçısı,  antifaĢizm 

məzmunlu  səs-küylü  jurnalist  araĢdırmalarının  müəllifi  Günter 

Valrafın  taleyidir.  O,  neonasistlər  tərəfindən  təqiblərə  məruz 

qalmıĢdı. 

Neonasistlərin  özbaĢınalığın  yaranmasına  və  qayda-qanunun 

pozulmasına  yönələn  barbarlığı  polisin  praktiki  olaraq  mütləq 

səhlənkarlığı  Ģəraitində  baĢ  verir.  Buna  misal  olaraq  Saksoniya 

DĠN-də neonasist zorakılığının qurbanı olmuĢ vətəndaĢların telefon 

zənglərinin  açıqlanmasını  göstərmək  olar.  Polislər  vətəndaĢların 

Ģikayətlərinə  Ģübhəli  Ģəkildə  biganəliklə  yanaĢıblar.  Saksoniya 

vətəndaĢlarının polisə ünvanlanan telefon zənglərini alman jurnalisti 

Maksimilian  Popp  2012-ci  il,  iyunun  13-də  ―ġpigel‖  həftəliyində 

dərc  olunan  ―Nasistlər  Almaniyanın  ayrı-ayrı  rayonlarında 

firavanlıq  içindədir‖  baĢlıqlı  səs-küylü  məqaləsində  açıqlayıb. 

Buyurun,  ―ġpigel‖in  açıqladığı  stenoqramdan  Almaniya  polis 

orqanlarının hərəkətsizliyinə dair daha bir parlaq nümunə: 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

556 


―Saat 07:49, bir qadın zəng edir: 

- Qolditsdəki Sofienplatsda indicə nəsə baĢ verəcək. 

- Orada məhz nə baĢ verir? 

- Bura maskalı adamlarla doludur. 

- Hə, nə olsun?! 

- Onlar hər Ģeyi təpikləyir və vurub dağıdır. 

Saat 07:51, bir kiĢi zəng edir: 

 - Bura, Qolditsdəki Sofienplatsa 50-dən artıq maskalı adam yığıĢıb. 

 - Bəs siz niyə zəng edirsiniz? 

 -  Çünki  bu  oğlanlar  binanı  dağıdır,  hər  Ģeyi  vurur,  döyür, 

partlayıcılar atır. 

 Saat 08:04, bir qadın zəng edir: 

 -  Onlar  Sofienplatsda  hər  Ģeyi  darmadağın  etdilər.  Və  burada, 

gənclər  klubunda  nəyisə  yandırmaq  istəyirlər.  Hər  halda  mən  belə 

eĢitdim. 

 -  Əlbəttə,  əgər  siz  dağıntıların  və  vurulan  zərərin  Ģahidisinizsə, 

istənilən vaxt polis məntəqəsinə gələ və ərizə yaza bilərsiniz. 

 Saat 08:44, bir kiĢi zəng edir: 

 - Onlar artıq 4 pəncərəni sındırdılar. 

 -  Bəs  siz  məndən  nə  istəyirsiniz?  Nədir,  yoxsa  mən  gəlib  bu 

pəncərələrin qabağında durmalıyam? Yaxud siz nəyi gözləyirsiniz?‖ 

Ġrqçilik  dalğasının  Almaniyanın  əksər  Ģəhər  və  əyalətlərindəki  (o 

cümlədən  Bavariyadakı;  nasizmin  güclənməsinə  səhlənkar 

münasibət  bəzən  ona  gətirib  çıxarır  ki,  elə  polislərin  özləri  də 

nasistlərin  qurbanına  çevrilir.  Məsələn,  bütün  Almaniya  neonasist 

olduğu  ehtimal  edilən  birinin  Passau  Ģəhərinin  polis  rəisi,  sağçı 

ekstremizmlə məĢhur və ardıcıl mübariz Alois Mannixlə hücumdan 

Ģoka düĢmüĢdü. A.Mannixl həmin hücum zamanı ağır bıçaq yarası 

almıĢdı)  yüksəliĢi  də  ―NSU  iĢi‖ndə  olduğu  kimi,  hüquq-mühafizə 

orqanlarının  və  alman  dövlət  maĢınının  lal-dinməz  razılığı  ilə  baĢ 

verir.  Elə  təəssürat  yaranır  ki,  alman  hakimiyyət  orqanları  ―qeyri-

natural almanların‖ Almaniyadan çıxıb getməsini təmin etmək üçün 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə