MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə29/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   25   26   27   28   29   30   31   32   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

92 


Həsənovun  Azərbaycanın  yüksək  dövlət  təltifinə-―Heydər  Əliyev‖ 

mükafatına layiq görülməsi

 

*  ―Azərbaycanın  geosiyasəti‖  əsərinin  dövlət  səviyyəsində  geniĢ 



təqdimatının keçirilməsi

 

*  ―Azərbaycanın  geosiyasəti‖  əsərinin  BMT-nin  rəsmi  dillərinə 



(ingilis, fransız, rus, ərəb, ispan və çin) tərcmə olunması və s. 

 

 



Elman Nəsirov 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət 

Ġdarəçilik Akademiyasının Siyasi AraĢdırmalar 

Ġnstitutunun direktoru, millət vəkili,  siyasi elmlər 

doktoru, professor 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

93 

Multikulturalizm və dövlətçiliyin gələcək inkiĢaf 

modelinə aparan yollar haqqında 

 

 



    Məlumdur  ki,  etnopsixologiya  və  ya  etnik  psixologiya  adlanan 

tədqiqat  sahəsi  millətlərin  psixologiyasının  öyrənilməsi  ilə  məĢğul 

olduğuna görə bu elm sahəsinə olan böyük maraq siyasi motivlərlə 

əlaqədardır.  Hətta  politologiyada  etnik  psixologiyanın  təsiri  ilə 

yaranmıĢ  «Etnopolitologiya»  adlı  xüsusi  bölmə  mövcuddur. 

Etnopsixologiya  –  insanların  etnik  (mədəni)  mənsubiyyəti  ilə 

onların  psixologiyası  arasındakı  əlaqəni  öyrənən  psixologiya 

sahəsidir  bu  elm  sahəsi  kimə  necə  təsir  göstərmək  iĢini  müəyyən 

etməyə imkan verir.  

 

    Müasir  dünya  psixologiyasında  millətlərin  psixologiyasının 



öyrənilməsi  məsələsinə  iki  fərqli  yanaĢma  xətti  –  modelləri 

mövcuddur:  Amerika  və  Avrasiya  modelləri.  Birinci  model  ABġ 

psixologiyasında meydana çıxmıĢdır və o dövlətdə aparıcı mövqeyə 

malikdir.  Ġkinci  model  -Avropa,  keçmiĢ  SSRĠ  və  Uzaq  ġərq 

ölkələrində  isə  millətlərin  psixologiyası  «etnik  psixologiya» 

çərçivəsində öyrənilir.  

    Etnik və siyasi millətçilik arasında o fərq var ki, etnik millətçilik 

xalqların inkiĢafının erkən çağlarında gərəkli oluduğu halda, siyasi 

millətçilik dünyanın Yeni və Ən Yeni tarixi üçün səciyyəvidir. Bu 

həm  də  xalqların  ictimai-siyasi  Ģüurunda  baĢ  verən  keyfiyyət 

dəyiĢikliklərindən,  rasional  seçimin  inkiĢaf  etməsindən  irəli  gəlir. 

Etnik  millətçilik  nisbətən  aĢağı  səviyyə  hesab  edilən  primitiv 

millətçilik  hesab  edilir  və  müəyyən  zəmin  yarananda  etnik 

millətçilik öz yerini daha yüksək səviyyəli millətçiliyə verir.  

    Məlumdur  ki,  hakimiyyətin  mənbəyi  baĢqa  qüvvə  yox,  onun  öz 

xalqıdır  və  keçən  əsrlərdə  Avropa  məkanında,  hazırda  isə  Yaxın 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

94 


ġərq ölkələrində baĢ verən dəyiĢikliklərin mahiyyəti də elə xalqdan 

irəli  gəlir.  VətəndaĢ  millətçiliyi  kimi  formalaĢan  və  ya  buna  can 

atan  dövlətlərin  daha  uğurlu  inkiĢaf  etməsinin  səbəbi  də  elə  xalq 

qüvvələridir.  

    Siyasi  millətçilik  əsasında  təĢkilatlanan  dövlətlərdə  etnik-milli 

enerjinin  əhəmiyyətli  hissəsi  ölkədaxili  münaqiĢələrin  həllinə  sərf 

edilir.  Hərc-mərclik  baĢ  alıb  gedir  və  sonda  bu  ölkə  hansı 

formadasa, digər dövlətlərdən asılı vəziyyətə düĢür. Əgər bir ölkədə 

vətəndaĢ  identikliyi,  həmrəyliyi  imkan  verirsə  ki,  milli  və  mədəni 

müxtəlifliyin  tükənməz  enerjisi  ümumi  dövlətçilik  mənafeyinə 

xidmət  etsin,  o  qüvvəni  dövlətin  inkiĢafı  istiqamətinə  yönəltsin, 

həmin  dövlət  inkiĢaf  edəcək  və  əldə  etdiyi  müstəqilliyi  qoruyub 

saxlayacaqdır.  

    Hazırda  dünyanın  "immun  sistemi"  çox  təhlükəli  meyillərin 

birbaĢa  təsiri  altına  düĢmüĢdür.  Beynəlxalq  təhlükəsizlik,  həm 

bütövlük keyfiyyətinə malik qlobal sistem olmaq etibarilə, həm də 

ayrı-ayrı  regionlar  və  ölkələr  bölümündə  ifrat  dərəcədə  mürəkkəb 

məzmunlu problemli situasiya ilə qarĢı-qarĢıyadır. Problemin fəlsəfi 

ideallaĢdırılması  və  bu  prizmadan  çıxıĢ  yollarına  baxıĢ  birmənalı 

olaraq  "realist  məktəbin"  (D.Qobson,  K.KIauzevits,  Q.Morqentau, 

Q.Kissincer) öz mahiyyəti etibarilə artıq kifayət qədər "tüklənmiĢ" 

Pareto-optimumundan elə də fərqlənməyən konseptual yanaĢmasına 

gətirib çıxarır. Sabit qaydaların, sabit dünya nizamının mövcudluğu 

mütləq təhlükəsizliyin qarantı kimi çıxıĢ etmək keyfiyyətinə malik 

deyildir.  "Realist  məktəbin"  məntiqindən  çıxıĢ  etsək,  onda  belə 

məlum olur ki, bir ölkənin "mütləq təhlükəsizliyi", digər bir ölkənin 

yaxud ölkələr qrupunun nisbi təhlükələrə məruz qalması Ģəraitində 

reallığa  çevrilə  bilər.  BaĢqa  sözlə,  qlobal  miqyasda  ölkələrarası 

qarĢılıqlı asılılığın assimetrikliyi adi gözlə müĢahidə olunmaqdadır. 

Nəyin  paylanması  yaxud  bölüĢdürülməsindən  asılı  olmayaraq, 

qlobal  assimmetriklik  kütləvi  Ģəkildə  ədalətsizlik  doğurur. 

Ədalətsizliyin  qlobal  miqyaslı  təzahür  formaları,  dünya  nizamının 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə