MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə31/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   27   28   29   30   31   32   33   34   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

98 


etnopsixoloji  fenomendir.  Bu  elmi  qənaət  Ermənistan  və 

bunabənzər  dövlətlərin  ideoloji  dayaqlarının  hansı  səviyyədə 

olmasının  bariz  sübutudur.  Universalizm,  bəĢəri  humanizm,  sülh 

prinsiplərinə zidd olan, baĢqa dövlətlərə qəsd edən faĢizm və s. kimi 

insanlıq  əleyhinə  olan  ideoloji  mövqedir.  Üstəlik  də  universalizm 

hər  hansı  dövlətin  ideya  tarixində  ənənəyə  çevriləndə  onun 

nəticələri  bütün  dünya  üçün  təhlükə  və  gərginlik  mənbəyi  olur. 

Məsələn,  alman  xalqının  faĢizm  ideyasından  qurtularaq  öz  milli 

amalını  dəyiĢməyə,  daha  ülvi  məqsədlərə  qadir  bir  xalq  olduğunu 

dünyaya  alman  möcüzəsinin  arxitektoru  K.Adenauer  sübut  edə 

bildi.  Bu,  XXI  əsrdə  Ermənistanın  hələ  də  Ģovinizm  və  iĢğal 

siyasətinin əsasında duran arxaik milli ideyadan nə vaxt qurtulacağı 

barədə  düĢüncələri  yada  salır.  Ermənistanı  qlobal  inteqrasiya 

dövrünün  layihələrindən  kənarda,  özünütəcrid  kimi  ağır  duruma 

düĢməsinə  gətirib  çıxaran  bu  ideyadan  xilas  olmasına  tarix  son 

imkan vermiĢdir.  

    Ġdentikliklərin  hökmən  dixotomik  -  məntiqi  üzərində,  neqativ 

təməllər  üzərində  qurulması  bütün  fundamentalizmlərə  xasdır. 

Məsələn,  "ġərq-Qərb",  "ənənəvi-müasir"  və  s.  "toqquĢma" 

konsepsiyalarının  kökündə  bu  durur.  Dünya  qədər  qədim  olan  bu 

yanaĢmada yeni heç nə yoxdur. Sadəcə, dərk edilmir ki, identikliyin 

ilkin  formalaĢmasında  səmərəli  rol  oynayan  "biz-onlar"  fərqi, 

müxtəlifliyin  dərki  uzunmüddətli  perspektivdə  artıq  ümumbəĢəri 

dəyərlər və pozitiv identiklik elementləri ilə tamamlanmalıdır.  

    Azərbaycan tarix boyu həmiĢə bölgədə, həm də qlobal miqyasda 

baĢ  verən  hadisələrin  gediĢatına  təsir  edə  bilən  ölkələr  sırasında 

olmuĢdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın demək 

olar  bütün  qitələrinə  yayılmıĢdır.  BəĢəriyyətin  mədəni-mənəvi 

irsinə  olan  töhfələri  ölkəmizi  xüsusilə  dünyada  tanınan  dövlətə 

çevirmiĢdir. Təbii ki, belə bir ölkədə milli ideyaya dair düĢüncələrin 

tarixi də çox qədimdir. Üstəlik də xüsusi olaraq vurğulanmalıdır ki, 

tarixi-obyektiv  Ģərtlər  üzündən  həmiĢə  çoxmilli,  çoxkonfessiyalı 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

99 

birgəyaĢayıĢ  ənənəsinə  malik  olan  bu  məmləkətdə  milli  ideya 



həmiĢə qüsurlu məzmundan uzaq olmuĢdur. 

 

 



 

 

Multikulturalizm: nailiyyətlər və problemlər 



 

Etibar Nəcəfov – professor, Bakı Slavyan Universiteti            

 

Müxtəlif Ölkələrdə Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili 



 

Multikulturalizm  elə  bir  siyasətdir  ki,  o,  mədəni  plüralizmi  qəbul 

edir və onun inkiĢafına Ģərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi 

və  dini  müxtəlifliyindən  asılı  olmayaraq,  onların  hamısının  hüquq 

və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər 

bir  vətəndaĢ  öz  mədəniyyətini,  dilini,  ənənəsini,  etnik  və  dini 

dəyərlərini  inkiĢaf  etdirmək,  ana  dilində  məktəb  açmaq,  qəzet  və 

jurnal  dərc  etdirmək  sahələrində  bərabər  hüquqlara  malikdir. 

Multikulturalizm  siyasəti  assimilyasiyanı  inkar  edən  inteqrasiyaya 

aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni 

zamanda  millətin  yüksək  vəzifə  tutmayan  digər  nümayəndələri  ilə 

yanaĢı həm də milli və dini azlıqlar da dəstəkləyirlər. 

 

Multikulturalizmin 



nəzəri  əsasını  liberalizm,  xüsusən  də  

liberalizmin  azadlıq,  bərabərlik  və  qarqaĢlıq  kimi  dəyərləri  təĢkil 

edir.  Bu  səbəbdən  də  multikultural  cəmiyyətdə  nəinki  sosial 

ədalətsizliyi  aradan  qaldırmağa  nail  olmaq  mümkündür,  həm  də 

burda  irqçiliklə  bağlı  ədalətsizliyə  qətiyyən  yol  verilmir.  Lakin 

multikulturalizmlə  liberalizm  arasında  bir  mühüm  fərq  vardır. 

Liberalizmdən  fərqli  olaraq  multikulturalizm  fərdlərin  deyil, 

qrupların hüquqlarını ön plana çəkir. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

100 


 

Multikulturalizm  bir  siyasət  kimi  öz  mahiyyəti  baxımından 

tolerantlıqla  da  sıx  bağlıdır.  O,  müxtəlif  mədəniyyətlərin  paralel 

Ģəkildə  yaĢamasını  qəbul  edən  tolerant  cəmiyyətin  baĢlıca 

xüsusiyyətlərindən  biridir.  Tolerant  cəmiyyətdə  multikulturalizm 

mədəniyyətlərin  qarĢılıqlı  surətdə  zənginləĢməsinə,  xalqları 

birləĢdirən  mədəniyyətin  formalaĢmasına  səbəb  olur  ki,  bu  da 

insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər 

mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. 

 

Multikulturalizm  cəmiyyətdə  təzahür  edən  çoxnövlü  mədəni 



müxtəlifliyin 

növlərindən 

biridir. 

Bundan 


baĢqa, 

biz 


multikulturalizmlə  əlaqədar  olan  izolyasionizm  (təcrid  etmə), 

assimilyasiya  və  aparteidi  kimi    digər  təzahürləri  də  qeyd  edə 

bilərik. 

 

Ġzolyasionizm  elə  bir  siyasətdir  ki,  o,  milli  azlıqların  ölkəyə  daxil 



olub  orada  məskunlaĢmaqla  mədəni  müxtəlifliyin  formalaĢmasının 

qarĢısını  alır.  Nümunə  kimi,  1901-ci  ildə  Avstraliyada  qəbul 

olunmuĢ ―Ġmmiqrasiya haqqında Qanunu‖ göstərmək olar; 

Assimilyasiya  –  izolyasionizmə  alternativ  olan  siyasətdir.  Bu 

siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və 

ölkəyə  yeni  daxil  olanların  mədəniyyətlərinin  əridilməsini  nəzərdə 

tutur; 

Aparteid  –  müəyyən  qrup  adamların  assimilyasına  mane  olmaq 



məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiĢ siyasətdir. 

Göstərilən  təzahürlərdən  fərqli  olaraq,  multikuliuralizm  –  təkcə 

adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar 

və  ölkəyə  yeni  daxil  olanlar  tərəfindən  dəstəklənən  mədəni 

müxtəlifliyə  münasibətdə  fərqli  reaksiyaların  rəngarəngliyidir. 

Multikulturalizmin  yuxarıda  sadalanan  spesifik  cəhətləri  onu  son 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə