MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə39/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   35   36   37   38   39   40   41   42   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

122 


nəzəriyyənin  məntiqi  nəticəsidir.  Fransa,  Almaniya  və  Ġngiltərədə 

siyasətin  iflası  ultrasağçı  partiyaların  dəyirmanına  su  tökür.  Mənə 

elə  gəlir  ki,  bu  ölkələrin  liderlərinin  düĢünmələrinin  və  meydana 

gələn problemi dərhal həll etmələrinin vaxtı gəlib çatıb, yoxsa çox 

gec ola bilər. Ümid edirəm ki, Köhnə Dünyanın dövlət baĢçıları bu 

günkü forması və izahı ilə multikulturalizm kimi bu cür, müəyyən 

qədər köhnəlmiĢ siyasi modellə silahlanmayacaqlar. 

 

  



 

Leonid Slutski, 

 Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq 

məsələlər üzrə komitəsi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Ġsraildə multikulturalizm təcrübəsi 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

123 

Mənim  çıxıĢımın  mövzusu  ―Ġsraildə  multikulturalizmin  rolu‖ 



adlanır  və  ərazisində  81  dildə  danıĢan  120  dövlətdən  gəlmiĢ 

insanların yaĢadığı, dini rəsmi olaraq dövlətdən ayrılmayan, formal 

konstitusiyası olmayan və son 60 ildə qonĢuları ilə daima müharibə 

vəziyyətində  yaĢayan  bir  ölknin  nümayəndəsi  kimi,  mənim 

qarĢımda  multikulturalizm  barədə  8  dəqiqə  ərzində  məlumat 

vermək kimi çətin bir vəzifə durur. Vəziyyət bu cürdür və inanın ki, 

bizim  problemlərimiz  kifayət  qədərdir.  Bununla  belə,    mövcud 

sahədəki 

problemlərin 

çoxluğuna 

baxmayaraq, 

bizim 


multikulturalizm  sahəsində  müəyyən  təcrübəmiz  var.  Bu  təcrübə 

bəzən  uyğunlaĢdırılmıĢ,  bəzən  isə  məcburi  xarakter  daĢıyır,  ancaq 

biz  bu  cür  cəmiyyətdə  lap  çoxdan,  belə  deyək  ki,  son  yüz  ildə 

yaĢayırıq.  Bizim  dırnaqarası  ―əridici  qazanımız‖  BirləĢmiĢ 

ġtatlardakı kimi olmayıb. Onun öz spesifikası var və mən indi onun 

üzərində  dayanmayacağam.  Bu  spesifika  ondan  ibarət  idi  ki,  o 

zaman  Fələstinə  gələn  insanlarda  güclü  məqsəd  və  əsaslar  vardır. 

Belə  ki,  onlar  yeni  vətəndə  yaĢamaq  və  orada  yeni  cəmiyyət 

qurmaq,  üstəlik  sosialist  ideyalarını  həyata  keçirmək  kimi  vahid 

məqsəd cüddüklərindən yeni insanı, yeni yəhudini formalaĢdırmağa  

baĢladılar.  Bəyəm  bütün  bunlar  postsovet  dövrünü  xatırlatmırmı? 

Yəhudilərin  ivrit  dilində  danıĢmaq  Ģüarı  tədricən  özünü 

doğruldurdu;  doğurdan  da  ən  müxtəlif  ölkələrdən  gəlmiĢ  müxtəlif 

dildə  danıĢan  yəhudilər,  əsasən,  ivrit  dilinə  keçdilər.  Əlbəttə, 

―əridici  qazan‖  və  ―yalançı  əridici  qazan‖  dövrü  çox  böyük 

əyrintilərə  yol  verilmiĢdir.  Müharibədən  sonra  Ġsrildəki 

münasibətlər  hətta  fələstinli  yəhudilənin  özləri  üçün  də  tamamilə 

prinsipial  xarakter  almıĢdır.  Onlar  soruĢurdular:  ―Axı  siz  neyçün 

qabaqlar  gəlmirdiniz,  neyçün  döyüĢmürdünüz,  neyçün  zərbəyə 

zərbəylə  cavab  vermirdiniz?‖  Bu  məsələ  Avropadan  gəlmiĢ  Ģərqli 

yəhudilər,  Ģərqi-avropalı  yəhudilər  və  özlərini  zahirən  qaynar 

adlandıran, lakin daxilən mülayim olan fələstinli yəhudilər arasında 

ciddi qarĢıdurmaya gətirib çıxartdı. 70-ci illərdə, daha dəqiq desək, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

124 


1967-ci  ildən  sonra  bütün  dünyada  inkiĢaf  etməkdə  olan 

multikulturalizm 

yavaĢ-yavaĢ  Ġsrailə  də  gəlib  çatdı.  Və 

multikulturalizmin  ilk  qaranquĢu  BirləĢmiĢ  ġtatlardan  və  Böyük 

Britaniyadan  gəlmiĢ  çox  da  böyük  olmayan  anqlofon  icma  idi. 

Gözlənilmədən  məlum  oldu  ki,  yeni  yerdə  yaĢamaq  arzusunu 

gizlətmədən ivrit dilini öyrənməkdən imtina etməyən bu adamlar öz 

dilini qorumaq istəyirdilər. Bu insanları anlayıĢla qarĢılayır, onlara 

tərəf  addım  atırlarlar,  belə  ki,  artıq  o  zamanlar  ingilis  dili 

beynəlxalq  ünsiyyət  dili  hesab  edilirdi.  Onlar  özləri  üçün  Qranauf 

Ģəhərini  tikib  kompakt  yaĢayıĢ  rayonu  yaratdılar.  Bu,  bəlkə  də 

dövlətin  assimilyasiya  siyasətindən  ilk  imtina  hadisəsidir.  Mən 

deyərdim  ki,  bu  yeni  modelə,  daha  dəqiq  desək,  assimilyasiyasız 

inteqrasiya modelinə keçiddir. Ancaq elə alındı ki, bu eksperiment 

postsovet  məkanından,  daha  dəqiqi,  o  vaxtkı  SSRĠ-dən  gələnlərə 

tətbiq edildi. Ġsrailə 10 il ərzində MDB ölkələrindən 1100 000 nəfər 

gəlmiĢdir  ki,  bu  da  ölkə  əhalisinin  18%-ni  təĢkil  edir.  Mən  hesab 

edirəm  ki,  heç  bir  ölkə  belə  böyük  faiz  nisbətində  əcnəbi  əhalinin 

qəbulu yaxud Ġsraildə deyildiyi kimi, absorbsiya təcrübəsi ilə öyünə 

bilməz.  Özü  də  bu  gələn  icma  son  dərəcə  özünəməxsus  mdi  və 

bütün  əvvəlki  gələnlərdən  kəskin  radikalllığı  ilə  fərqlənirdi.  Hər 

Ģeydən öncə bu insanlar köçüb gəldikləri vətənləri ilə yaxĢı əlaqələr 

saxlayırdılar, çünki bu zaman Sovet Ġttifaqı artıq dağılmıĢdı, onların 

getməsinə heç kim mane olmurdu və onlar gedərkən öz iĢ yoldaĢları 

və  qohumları  ilə  dostluq  əlaqələrini  saxlamıĢdılar.  Onlar  70-ci 

illərdəki  kimi  vətənini  atmıĢ  hesab  edilmirdilər,  çünki  baĢqa  yerə 

gəlib  tərk  etdikləri  vətənləri  ilə  əlaqəni  itirməmiĢdilər.  Bu  amil 

Ġsraildə rus dilli informasiya məkanının yaranmasını xeyli dərəcədə 

sabitləĢdirmiĢdir.  Ġnanın,  bizim  kiçik  ölkəmiz  üçün  bu  məkan 

praktiki  olaraq  böyük  deyil.  Hal-hazırda  həmin  1100  000  nəfərlik 

əhali üçün Ġsraildə rus dilində 2 televiziya kanalı, 30 dan artıq qəzet, 

6  radiostansiya  fəaliyyət  göstərir.  Bu  siyahını  uzatmaq  da  olar. 

Rusdillilərin  dindarlığı  aĢağı  səviyyədədir.  3-cü  yəhudi  nəslinin 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə