MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə47/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   43   44   45   46   47   48   49   50   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

146 


Bəlkə  də  bu  qəribə  səslənir,  amma  mənə  elə  gəlir  ki, 

―multikulturalizm‖  termini  ―beynəlmiləl  sovet  mədəniyyəti‖  sovet 

fenomeninə  cavab  olaraq  uydurulmuĢdur.  Qərbdə  70  il  ərzində 

onlarla  peĢəkar  sovetĢünaslar  bu  fenomenin  nadirliyini,  bəzən  ona 

ağlabatan  izah  tapmayaraq  öyrənirdilər.  Yeri  gəlmiĢkən,  ―homo 

sovetikus‖  termininin  yaranmasının  əsas  amili  də  elə  bu  oldu. 

Qərbdə  anlaĢılmayan  rassional  və  praqmatik  xüsusiyyətlərə  malik 

olan insanı sovetĢünaslar belə adlandırırdı. 

 

Rusiyanın  dünyaya  ibrət  dərsi  verməyinin,  qərb  nöqteyi-nəzəridən 



tamamilə  rassional  olmayan  yanaĢmasını  iki  misalda  göstərmək 

istərdim. 1919-cu ildə Rusiyada hər tərəfdə aclıq, soyuq, yoxsulluq 

və  vətəndaĢ  müharibəsi  tüğyan  edirdi.  Əhalinin  böyük  əksəriyyəti 

kütləvi  savadsız  idi.  DüĢünmək  olardı  ki,  bütün  ölkə,  ən  əsas  da 

mədəniyyət itirilmiĢdir. Və elə bu vaxt Maksim Qorkinin təĢəbbüsü 

ilə Dünya Ədəbiyyatı kitabxanası nəĢr olunmağa baĢlandı. 

 

Ġkinci  fakt.  1941-ci  ilin  19  oktyabrıdır.  Mühasirəyə  alınmıĢ 



Leninqradda nə çörək, nə iĢıq, nə də istilik var, hücum etmiĢ alman 

ordusu Pyotr Ģəhərinin mərkəzini bombalamağa baĢlayır. Elə həmin 

vaxt,  Leninqrad  ĢərqĢünaslıq  məktəbinin  nümayəndələri  Ermitajın 

binasında  görkəmli  Azərbaycan  Ģairi  və  mütəfəkkiri  olan  Nizami 

Gəncəvinin  təntənəli  yubileyini  qeyd  edərək,  ġestakoviçin  məĢhur 

7-ci  simfoniyasını  səsləndirirlər.  Leninqrad  cəbhəsinin  siyasi 

idarəetməsi  ĢərqĢünas-məruziçilərinə    əsas  cəbhə  xəttindən 

(Kolpino  və  Vnukova  ətrafından)  bir  günlüyə  uzaqlaĢmağa  icazə 

verdi. 

 

Məhz intellektual və mədəni elitanın bu fədakarlığı və mücahidliyi 



əsas  amil  olaraq  ölkəyə  iki  güclü  dövlətdən  biri  olmağa,  ikinci 

dünya  müharibəsində  qalib  gəlməyə,  birinci  kosmosa  adam 

göndərməyə, idarə olunmayan iki kosmik aparatın Ayda və Marsda 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

147 

yerləĢdirilməsinə,  atom  elektrik  stansiyasını  tikməyə,  lazer 



texnologiyaları yaratmağa imkan verdi. 

 

Multikulturalizm təkcə musiqi və ədəbiyyat sahələrini əhatə etmir, o 



həm  də  cəmiyyətin  bütün  təbəqələrinə  təsir  edən  siyasətə, 

iqtisadiyyata, dövlət idarəetmə sisteminə, ictimai həyata, elmə və s. 

təsir  edən  ictimai  fenomendir.  Rus  və  keçmiĢ  ittifaqın  baĢqa 

xalqlarının mədəniyyəti kimi, Azərbaycan mədəniyyəti də həmin o 

70 il ərzində beynəlmiləl sovet mədəniyyətinin məhsuludur. SSSR-i 

xalqlarının  milli  mədəniyyətləri  məhz  onların  həmahəng  qarĢılıqlı 

təsirinə  görə  kifayət  qədər  formalaĢıblar.  Buna  baxmayaraq,  biz 

azərbaycanlılar  öz  özünəməxsus  mədəni  dəyərlərimizi  qorumaq, 

ənənəvi  milli  dəyərlərimizi  zənginləĢdirməyə  müvəffəq  olduq. 

Həmin  o  mədəni  və  milli  dəyərləri  ki,  terminologiyada  dolaĢıb 

qalan qərb intellektual əqidəsi itir. 

 

Mənim  zənnimcə,  Rusiya  və  Azərbaycanın  tarixi  və  mədəniyyəti, 



hələ  multikulturalizm  termininin  yaranmasından  min  il  qabaq  baĢ 

verən  mədəniyyətlərin  qarĢılıqlı  zənginləĢməsi  və  dərindən 

çuğlaĢmasının bariz nümunələridir. 

 

Biz  fəxr  hissi  ilə  muğamımızdan,  misiqimizdən,  memarlığımızdan 



və mədəniyyətimizdən  daniĢa bilərik, çünki Azərbaycan bir region 

olaraq  min  illər  boyu  daim  Ġran,  ərəb  və  rus  mədəniyyətlərinin 

mədəni təsirinə məruz qalmıĢdır. 

 

Yeri  gəlmiĢkən,  Rusiya  Federasiyası  öz  ərazisində  Azərbaycan 



dilinə 

dövlət 


dili 

statusunu 

(Dağıstan 

Respublikasının 

Konstitusiyasında  Azərbaycan  dili  dövlət  dili  kimi  qeyd  olunub) 

verən dünyada  yeganə ölkədir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

148 


Mən  heç  də  beynəlmiləl  sovet  mədəniyyətinin  tərəfdarı  deyiləm. 

Sadəcə  olaraq  biz  nəzərə  almaya  bilmərik  ki,  məhkum  olunmuĢ 

totalitar  sistemin  ağırlığı  altında  devrilən  bu  model  iĢləyirdi  və 

kifayət  qədər  effektiv  idi.  Nəhayət,  bu  beynəlmiləl  mədəniyyət 

sovet  fenomeni  kimi  qərb  analitikləri  üçün  gözəl  və  gələcəyi  olan 

alternativ  multikulturalizmə, onların zənnincə, stimul ola bilər. 

 

Sovet  sistemində  səhvlər  və  qüsurlar  çox  idi,  lakin  Sovetlər  



PuĢkinin,  ÇernıĢevskinin,  Belinskinin,  Dobrolyubovun,  Gertsenin 

mücahidlik,  xalq  maarifi  ideyalarının  təsiri  altında  təkcə  Rusiya 

Ġmperiyasının  ucqarlarında  milli  elitanı  deyil,  həm  də  baĢqa 

millətlərin nümayəndələrinin orta ziyalı təbəqəsini yarada bilmiĢdir. 

Bu  da  öz  növbəsində,  indi  Qərbdə  yer  almıĢ  mədəni  disbalansın 

qarĢısını aldı. 

 

Kiçik  torpaq  sahəsində  mühüm  tarixi  hadisələr  və  nadir  memarlıq 



üslubunun  həyata  keçirildiyi  ―Ġçəri  Ģəhər‖  memarlıq  ansamblının 

YUNESKO  tərəfindən  dünya  mədəni  irsinin  abidələri  sırasına 

salınması Azərbaycan ərazisində mədəniyyətlərin qarĢılıqlı təsirinin 

əyani sübutudur. 

 

Qız  qalasının  yaxınlığında  Ģiə,  ləzgi  məscidi  və  xristian  kilsəsi 



yerləĢir. Məhz Qız qalasınını ətəyində xristianların 12 apostolundan 

biri  olan,  əfsanəyə  görə  elə  burada  öldürülmüĢ,  müqəddəs 

Varfolomey  apostolunun  kiçik  kilsəsi  yerləĢir.  Bütün  bunlar 

beynəlmiləl 

sovet 

mədəniyyətinin 



və 

multikulturalizmin 

yaranmasından  öncə  olmuĢdur.  Biz  sadəcə  belə  yaĢayırdıq,  bizim 

xalq  və  mədəniyyətimiz  müxtəlif  etnik  və  mədəni  proseslərin 

sintezidir.  Ölkədə  indi  də  Azərbaycanın  mədəni  palitrasını 

zənginləĢdirən  milli  və  mədəni  özünüifadə  hüquqları  olan  onlarla 

millət və etnik qruplar yaĢayır. 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə