MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə44/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   40   41   42   43   44   45   46   47   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

137 

inkiĢaf  etdirməkdir.  Ġlk    növbədə,  müxtəlif  ölkələrdə  fərqli  müasir 



mədəniyyətləri  qorumaq  və  onları  inkiĢaf  etdirməkdir.  2005-ci  il 

konvensiyasının  əsas  məqsədi  belə  müasir  mədəniyyətləri  inkiĢaf 

etdirməkdir. 

Mən 


çox 

vaxt 


almağı 

xoĢlamadığımdan, 

multikulturalizmin  inkiĢafı  üçün  bizim  həyata  keçirdiyimiz  milli 

cəhdləri əks etdirən bir sıra çıxıĢları bir daha vurğulamaq istərdim. 

Ancaq bununla bərabər beynəlxalq cəhdlərin də rolunu yada salmaq 

vacibdir. Milli cəhdlər beynəlxalq cəhdlərə müvafiq olmalıdır. 

 

 

Koitiro Mautsuura, 



 YUNESKO-nun sabiq BaĢ katibi (1999-2009) 

 

 

 



Bakı Humanitar Forumu: mədəniyyətlərin 

dialoqu 

 

 



Mən  forumun  bütün  iĢtirakçılarını,  qonaqlarını  salamlayıram. 

Bildiyiniz  kimi,  ―miltikulturalizm‖  anlayıĢı    nisbətən  yaxınlarda 

əmələ  gəlib  və  əgər  biz  bu  termin  haqqında  danıĢmaq  istəyiriksə, 

bilməliyik  ki,  bu  terminin  yaranmasından  öncə  uzun  tarixi  dövrdə 

bu hadisə özü artıq mövcud idi.  Bu belədir, çünki qədim filosoflar, 

xüsusən,  yunan  filosofu  Platon  varlığı  və  dünya  qavrayıĢını 

idealiscəsinə  izah  edirdilər.  Platonun  yer  üzündə  bütün  canlıları 

birləĢdirən vahid bütöv yanaĢması var idi. 

 

Bu,  bəlkə  də,  bugünki  elmi  nöqteyi-nəzərdən  kifayət  qədər 



mübahisəli və müəyyən mənada arxaik hesab olunsa da, möhtəĢəm 

qlobal  yanaĢma  idi.  Ancaq  Platon  artıq  təsbitləyib  ki,  bu  anlayıĢ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

138 


kütləvi  Ģüurdan  baĢqa  yaranıĢdan  insan  təbiətinə  xasdır.  Yəni,  bu 

həm də qeyri-Ģüuri amildir. Bu formula ilə razılaĢsaq, belə çıxır ki, 

bəĢəriyyətin  inkiĢafının  bütün  mərhələlərində  multikulturalizm,  bu 

termin  və  hadisənin,  indi  istifadə  etdiyimiz  mənada,  obyektiv 

dünyaya  aid  olduğuna  dair  bir  çox  nümunələr  taparıq.  Və  belə 

demək  mümkünsə,  dünya  heç  bir  vaxt  bu  təzahürdən  təcrid 

olunmayıb. 

 

Əgər  düĢündüyümüz  kimi  olmasaydı,  onda  heç  vaxt  çoxmillətli 



mədəniyyətlər  olmazdı,  heç  vaxt  böyük  bəĢər  mədəniyyətləri 

olmazdı,  çünki  özü  üçün  hər  hansı  sərhədlər  müəyyənləĢdirən  və 

yalnız öz hüdudlarında fəaliyyət göstərən hər bir mədəniyyət özünü 

tənəzzülə məhkum edərdi. 

 

Lakin  kataklizmlərə,  hansısa  sosial,  məiĢət,  siyasi  xarakterli 



problemlərə  baxmayaraq  bəĢəriyyət,  dünya  inkiĢaf  edir.  Biz 

razılaĢmalıyıq  ki,  bütövlükdə  intellekt,  idrak,  Ģüur  və  mədəniyyət 

irəli  gedir.  Multikulturalizm  ümumi  bəĢər  varlığının  inkiĢafının  

əsaslarından biridir. 

 

Multikulturalizmə dair çox  misallar gətirmək olar. Mən bir filoloq 



kimi  ədəbiyyata  müraciət  etmək  istərdim.  Məsələn,  əgər  insanın 

Ģüurunda  və  intellektində  mücərrəd  təfəkkür,  yaradıcı  fikrində 

multikulturalizm  ideyası  olmasaydı,  onda  Nizami  hələ  o  vaxt,  XII 

əsrdə  yeddi  mədəniyyəti  təsvir  etdiyi  ―Yeddi  gözəl‖  əsərini 

yazmazdı.  Höte,  deyək  ki,  ―ġərq  divanı‖nı  yazmazdı.  Yalnız 

ədəbiyyat  və  poeziya  sahəsində  deyil,  eyni  zamanda  memarlıq 

sahəsində də dünyaya öz incilərini – Ģah əsərlərini bəxĢ edən ərəb-

ispan mədəniyyəti yaranmazdı. Orta əsrlərdə islam  və xristianlığın 

belə  sintezi  mədəniyyətlərin  dialoqu,  yəni  yenə  də  multikulturanın 

çiçəklənməsidir.  Bu  proses  bugün  də  davam  edir.  Yəni 

miltikulturalizm  hadisəsi  yeni  deyil  və  biz  çağırıĢlarımızla 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

139 

insanların  yaddaĢlarında,  kütlənin  Ģüurunda  həmiĢə  olanları  bərpa 



etmək istəyirik. Bunsuz bəĢər inkiĢafı mümkünsüzdür. 

 

Lakin  bu  gün  müasir  dünyada  bu  terminlə  bağlı  yeni  problemlər 



yaranır.  Və  bügün  o,  bir  baĢqa  məna  əldə  edir.  O,  Amerika  kimi 

ölkələrə,  ―qaynar  qazan‖    ideyasına,  yəni  bir  ölkədə  bir  çox 

millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət 

anlayıĢı  olmayan  dövlətlər  modelinə  yaxındır.  Eyni  Ģey  sovet 

dövründə,  fərqli  mədəniyyətlərə,  fərqli  dünyagörüĢlərinə,  fərqli 

mentallılıqlara  aid  insanların  bir  dövlətdə  birləĢdiyi  beynəlmiləl 

sovet dövlətində də var idi. 

 

Bu gün Avropa multikulturalizmin iflasa uğradığını qəbul və bəyan 



edir.    Hətta  bəzən  bunu  dövlət  xadimlərinin  dilindən  də  eĢitmək 

olur.  Yəni  bu  multikulturalizmin  fərqli  Ģərhlərinin  mövcudluğunu 

bildirir.  Multikulturalizmin  iflası  ictimai  məsələlərdə,  siyasi 

məsələlərdə ola bilər, ―titul millətin‖ öz üstunlüyünü vurğuladığı və 

beləliklə də ən yaxĢı halda multikulturalizmin daha az inkiĢah etmiĢ 

komponentləri  özünü  təcrid  olunmuĢ  vəziyyətdə  hiss  edir,  ən  pis 

halda  isə  müəyyən  natamamlıq  kompleksləri  duyur.  Belədə 

münaqiĢələr yaranır. Onlar daha çox ictimai, siyasi xarakterli olur. 

Bu  aspekt  multikulturalizmi  müəyyən  edən  yeganə  və  ən  vacib 

aspekt  olmadığından  mən  diqqəti  digər,  ümumbəĢəri  humanitar 

aspektə  yönəltmək  istəyirəm.  Rumıniyanın  möhtərəm  sabiq 

prezidenti  Emil  Konstantinesku  yaxĢı  bir  fikir  söylədi:  ―Dünya  – 

Allahın  adıdır‖.  Həqiqətən,  multikultura  çətin  məqsəd  və  çətin 

ideyadır. BəĢəriyyət hər zaman qarĢısına məqsəd və hədəflər qoyub. 

Hal-hazırda 

qlobal 


məqsəd 

çoxmədəniyyətli 

cəmiyyət, 

çoxmədəniyyətli  məkan  yaratmaqdır.  Multikulturalizm  mürəkkəb 

məqsəd,  mürəkkəb  ideyadır.  Belə  ki,  dünya  daha  çox  inkiĢaf 

etdikcə,  hər  bir  fərd  özünü  daha  çox  müstəqil  Ģəxsiyyət  kimi  dərk 

edir.  Və  hər  bir  fərdin  maraqları  ilə    ümumi  maraqlar  arasında 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə