www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
161
bu quruma daxil olanlar cəmi 200 il əvvəl geniĢ ərazilərdə
məskunlaĢan təsadüfi mühacirlər deyil, minillik tarixi, dərin
mədəni, dini və hərbi ənənələri olan dövlətlərdir.
Ona görə də Avropa Ġttifaqına üzv ölkələrin inteqrasiyasını ittifaqın
bir super dövlət kimi çıxıĢ etməsi, bu zaman onu təĢkil edən böyük
dövlətlərin – onların heç biri öz simasını, əhəmiyyətini itirməyə
razılaĢmayacaq – suverenliyinə zərər yetirməyəcək Ģəkildə
gücləndirmək çətin, az qala qeyri-mümkün olacaqdır. Digər
tərəfdən əslində Avropa Ġttifaqı üzv ölkələrin simasını itirməsində,
unifikasiyasında maraqlı deyil, çünki bizim fərqlərimizin inkar
edilməsi Avropanın yüz illərlə deyil, min illər ərzində toplanmıĢ
siyasi, mədəni və hərbi irsindən imtina etmək demək olardı. Burada
fərqlərə təhlükəsiz Ģəkildə riayət edilməsinin kövrək sərhədini
tapmaq üçün problemi hər dəfə ətraflı Ģəkildə düĢünmək lazım
gələcək.
Əgər ―Ġyirmi birinci əsr necə olacaq – birqütblü ya çoxqütblü?‖
mövzusuna qayıtsaq, bir Ģeyi əminliklə demək olar: ikiqütblü
olmayacaq. Ötən əsrdə dünyanın bu quruluĢ modeli özünü tamamilə
etibardan saldı, çünki onun əsasında hərbi-siyasi və ideoloji
qarĢıdurmalar var idi ki, bunlar da qanlı müharibələrlə bitdi. Əsrin
əvvəlində bir neçə böyük dövlətin iki antaqonist blokda
qruplaĢmasından sonra Antanta və Üçlük koalisiyası Birinci Dünya
Müharibəsini alovlandırdı. Və nəhayət artıq yalnız Avropanın deyil,
digər qitələrin də bir qrup dövlətləri tərəfindən baĢlayan Ġkinci
Dünya Müharibəsi. Yenə iki blok formalaĢdı – faĢistlər və antihitler
koalisiyası. Bu qarĢıdurmanın nəticələrini xatırlatdım, amansız
müharibənin nəticələri isə hələ də hiss edilməkdədir.
―Soyuq müharibə‖nin səbəbi də iki hərbi quruluĢun: NATO və
VarĢava saziĢinin meydana gəlməsi oldu. Bəxtimiz gətirdi ki, bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
162
müharibənin qan tökülmədən bitməsinə Ģahid olduq, ancaq hər iki
qrupun nüvə silahı və maksimal uzaqlığa malik raketə sahib olması
bəĢəriyyətin məhv edilməsinə səbəb olardı.
Mənim acizanə fikrimcə, çoxqütblü modelin Ģansları daha çoxdur.
Bir neçə güclü ―oyunçu‖ nəzərə çarpacaq sürətlə formalaĢmaqdadır,
ABġ-dan və Çindən baĢqa siyasi səhnənin ön planına çıxır. Rusiya
Federasiyası da cəsur tələblər irəli sürür. BaĢqa kimdə bu qədər
təbii resurslar, müasir silahlar var? RF-in kosmosdakı yerini də
unutmaq olmaz. Milyarddan çox əhaliyə, inkiĢafda olan iqtisadiyyat
və texniki tərəqqiyə malik olan Hindistan da yaddan çıxmamalıdır!
Avropa Ġttifaqı 500 000 000 əhalisi, dünya xəritəsində iqtisadi
qüdrəti və geniĢlənmə perspektivləri ilə bu ―oyun‖da ən gənc
oyunçu olacaq.
Avropa Ġttifaqının iqtisadi nəhəng və siyasi cırtdan olduğunu
deyirlər ki, bu da əsassız deyil. Bu ―qayçılar‖ı heç siyasətdən baĢı
çıxmayan insanlar da adi gözlə görür. Hər hansı siyasi məsələ üçün
kim və nə vaxt AĠ-nin fikri ilə maraqlanıb? Bu fikirlə kim
hesablaĢar? Heç kim. Çünki Avropa Ġttifaqının üzvləri olan ayrı-
ayrı ölkələrin fikirləri var, bu fikirlər çox vaxt fərqlənir. Məsələn,
―Türkiyə Avropa Ġttifaqının tamhüquqlu üzvü olmalıdırmı?‖ sualına
Almaniya və Fransa ―yox‖ dedi. Yunanıstan da onları dəstəkləyirdi.
Böyük Britaniya ―hə‖ dedi. AĠ-nin üzvü olmasa da, ABġda bu
namizədliyin ―lehinə‖dir. Türkiyəni Bolqarıstan, Rumıniya və baĢqa
Balkan ölkələri də dəstəklədi.
Məhz Türkiyənin Avropa Ġttifaqına qəbul edilməsi qədim qitənin
siyasətçiləri və dövlət baĢçıları qarĢısında Ġttifaqın öz gələcəyinə
dair suallar qoyur. Onların bu suallara verəcək aydın bir cavabı
yoxdur. Hətta dəvəquĢu kimi baĢını qumun altında gizlətsən belə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
163
problemin öz-özünə itdiyini, həll olunduğunu hesab etmək olmaz.
Variant kimi, yeni bir terminologiya quraĢdırılır, məsələn,
―imtiyazlı partnyorluq‖. Bu statusun məqsədi Türkiyənin qəbulunu
qeyri-müəyyən müddətə, çox güman ki, özünün imtina edib,
namizədliyini geri çəkəcəyi zamana kimi uzatmaqdır.
Türkiyənin Avropa Ġttifaqına qəbul edilməsinin əleyhinə bilavasitə
çıxıĢlar da var, məsələn, Fransa prezidenti Nikola Sarkozi və
Almaniya kansleri Anhela Merkel və bəzi avstriyalı siyasətçilər
bənzər çıxıĢlar edir. Ancaq bir qayda olaraq, onların arxasında
inandırıcı, əsaslandırılmıĢ dəlillər durmur. Niyə? Bu yaxınlarda
keçmiĢ Fransa prezidenti Jiskar d’Esten əhalisinin sayı AĠ-nin bütün
əhalisinin beĢ faizindən artıq olan ölkələri Avropa Ġttifaqına qəbul
etməyi qadağan edən qanun qəbul etməyi təklif etdi. Hazırda AĠ-nin
əhalisi beĢ yüz milyon olduğundan, bu Türkiyə və Ukraynanın
avtomatik olaraq namizədlərin siyahısından çıxarılması deməkdir.
Birdən Rusiya da nə vaxtsa Ġttifaqın üzvü olmaq istəsə?! Mən artıq
bu barədə heç danıĢmıram.
Bütün bu axtarıĢların və mülahizələrin arxasında böyük Avropa
dövlətlərinin əsasən də, Fransa və Almaniyanın daha böyük
dövlətlərlə rəqabətə girmək qorxusu görünür. Çünki böyük dövlət
daha çox deputata sahib olur, deməli, qərar qəbuluna və Avropa
Ġttifaqının bütövlükdə idarəedilməsinə təsir edə bilər.
Bu narahatlıqların əsası yoxdur. Onlar geri qalmıĢ zehniyyətə
əsaslanır: sanki Avropa parlamentində ―solçular‖, ―sağçılar‖,
―mərkəzçilər‖ yoxdur, deputatlar isə kompakt Ģəkildə, milli
mənsubiyyətə görə səs verir. Ancaq bu belə deyil. Siyasi plüralizm
olduqda, qərarların qəbul edilməsində yardımçı olan demokratik
mexanizm və üsullardan istifadə edildikdə bu yanlıĢ anlaĢılmalar öz
mənasını itirir. Bütün bunlar yalnız Avropa Ġttifaqının üzvü olmaq
Dostları ilə paylaş: |