www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
158
fizikası və filosofem adlanan ayrı-ayrı sentensiyalar kimi deyil,
biliklərin sistemli təfsiri kimi fəlsəfənin meydana gəldiyi antik
Yunan dövrü ilə müqayisə etmək olar. XX əsrdə yaĢadığımız fiziki
və kosmik dünya haqqındakı təsəvvürləri alt-üst edən yeni kəĢflər
edildi və elmlər yarandı. EynĢteynin ümumi və xüsusi nisbilik
nəzəriyyəsi, Nils Borun kvant mexanikası, Bertran Rasselin
məntiqi, Norbert Vinerin kibernetikasından söhbət gedir.
Məhz XX əsrdə, belə demək mümkünsə, hibrid elmlər yarandı:
astrofizika, biofizika, biokimya, biotibb, geokimya, molekulyar
biologiya və s. Onlar evristik imkanlarını iki elmin qovĢağında
birləĢdirərək zehni biliklərin yeni üfüqlərini açır və onun idrak
gücünü daha yüksək səviyyəyə yüksəldir.
Bu baxımdan hər iki qeyri-evklid həndəsəsini – Lobaçevskinin
üçbucağın daxili bucaqlarının cəminin yüz səksən dərəcədən az
olduğu batıq hiperbolasını və Rimanın bu bucaqların cəminin yüz
səksən dərəcədən çox olduğu sferik həndəsəsini xatırlamamaq
olmaz.
Reallıqda bu iki həndəsə XX əsrin kəĢfi deyil, onlar hələ əvvəlki,
XIX əsrdə meydana gəlmiĢdi, ancaq onların həqiqi təsirini və
gücünü məhz XX əsr açdı və tədqiqatlarda, kosmos və subatom
dünyasının ram edilməsində onlardan geniĢ istifadə etdi. Bu, milli
azadlıq, Ģəxsiyyətin vətəndaĢlıq və siyasi azadlığı, insan hüquqları
uğrunda mübarizə əsri idi. XX əsrin əvvəlində, daha dəqiq desək,
Birinci Dünya Müharibəsinin sonunda imperiyaların süqutu baĢladı:
Rusiya, Avstriya-Macarıstan, Prussiya, Osmanlı imperiyaları bir-
birinin ardınca dağıldı, II Dünya müharibəsindən az sonra Britaniya
imperiyası və Üçüncü reyx də bu sıraya qoĢuldu. Onlarla yeni
dövlət meydana gəldi, daha sonra Qərbin Asiya və Afrikadakı
müstəmləkə sistemi də süquta uğradı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
159
Bütün bu baĢ verənlər hüquq bərabərliyinə zəmanət verən və
ümumi qəbul edilmiĢ beynəlxalq hüquq əsasında super dövlətlər
arasındakı münasibətlərə nəzarət edən beynəlxalq təĢkilatın
yaradılması zərurətini doğurmaya bilməzdi. Beləliklə, Xalqlar
cəmiyyətini əvəz edən BMT – BirləĢmiĢ Millətlər TəĢkilatı
meydana gəldi.
XX əsrin tarixə ən antihumanist və qanlı əsr kimi daxil olduğunu
demək çətin olsa da, deməmək mümkün deyil. Əvvəllər heç vaxt
silah, qazlar və radiasiyanın köməyilə Birinci və Ġkinci dünya
müharibəsi zamanı, Xirosima və Naqasakinin bombalanması və
Çernobıl qəzası zamanı öldürülən qədər insan məhv edilməmiĢdi.
Məhz iyirminci əsr iki məĢum siyasi hərəkat – faĢizm və
kommunizmi yaratdı.
Bir neçə il əvvəl qərb nəĢrlərindən biri iyirminci əsrin ən böyük
siyasi cəlladlarının siyahısını çap etdi. Birinci sırada 50 milyon
çinlinin ölümü ilə Mao Tse Dun durur. Ondan sonra hesabında 40
milyon (bəzi versiyalara görə, rəqəm az göstərilir) qurban olan
Stalin gəlir. Üçüncü yerdə iyirmi milyon insanı məhv etmiĢ Hitler,
ondan sonra on milyonla Çan Kay ġi və dörd milyon yarım
qurbanla Lenin gəlir.
Mənim acizanə fikrimcə, siyahıya altı milyonluq Kamboca
əhalisinin üçdə birinin ölümünə səbəb olan Pol Pot və Ġenq Sari də
daxil ola bilərdi. Ancaq sizin diqqətinizi bir Ģeyə cəlb etmək
istərdim ki, siyahıya heç də Avropanı iĢğal edən, nasist
Almaniyasının lideri Hitler öz quldur dəstəsiylə baĢçılıq etmir, Çin
və sovet xalqlarının kommunistləri öndə gəlir. Təəssüf ki,
kommunizmin yaxĢı yağlanmıĢ repressiya maĢınının imkanları
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
160
faĢist rejimlərindən qat-qat geniĢdir. Təsadüfi deyil ki, Sovet
Ġttifaqında o, 70 ildən artıq mövcud oldu, Almaniyada nasizm isə
cəmi ―on iki il üç ay altı gün‖ fəaliyyət göstərdi.
Ġndiki əsrə, iyirmi birinci əsrin əvvəlinə qayıdaq! Bizim artıq baĢqa
prioritetlərimiz var. BəĢəriyyət ilk növbədə sülh və ekologiyanın
qorunması, yeni xəstəliklər və insan hüquqlarının pozuntuları ilə
mübarizə aparmağın qayğısına qalır. ―ġər imperiyası‖ – Sovet
Ġttifaqının dağılmasından sonra sərhədlər geniĢləndi, insanların
ölkədən-ölkəyə köçməsi prosesi gücləndi, qarıĢıq nikahların sayı
dəfələrlə artdı, köhnə ehkam və məhdudiyyətlərdən azad olan yeni
nəsil meydana gəlib uğurla inkiĢaf etməkdədir, Ġnternet milyonlarla
insanın vaxt və ağlının sahibinə çevrilib. Miqyasca kiçik ölkələrin
qarĢılıqlı mənfəətli ticarət və təhlükəsizlik, inam və hüquq
bərabərliyi prinsipləri əsasında birləĢmələri əhəmiyyət kəsb etməyə
baĢlayıb. Dahi Nizami çox əsrlər əvvəl bu barədə yazırdı: ―Həyat
nəyə gərəkdir, bir həmdəmin olmasa?Ġnsan çətin yaĢayar dosta əmin
olmasa‖.
Bu baxımdan, Avropa Ġttifaqının hansı istiqamətdə inkiĢaf etdiyi və
bu inkiĢafın nəticələri məsələsi bizim üçün ən önəmli məsələ olaraq
qalır. O, adından və formasından (federasiya, konfederasiya, ittifaq
və ya baĢqa bir birlik) asılı olmayaraq, ölkələri vahid xarici
siyasətlə – ən azı müasir dövrün əsas məsələləri üzrə, habelə vahid
super-dövlət kimi böyük ―oyunçulara‖ qarĢı durmaq üçün –
birləĢdirəcək qədər yaxınlaĢdıra biləcəkmi? Mən artıq kifayət qədər
köhnəlmiĢ ―çağırıĢ‖ sözünü yenə iĢlədirəm, ancaq cəsarətli, böyük
və icrası asan olmayan ―Avropa Ġttifaqı‖ layihəsinin özünü yalnız
belə adlandırmaq olar. Onun təĢkili imperiyanın yaradılmasına
oxĢamır, çünki zorakılıq və məcburiyyətdən istifadə edilmir, burada
tabeliyində əyalətləri olan mitropoliya ola bilməz. Onu Amerika
BirləĢmiĢ ġtatlarının yaranması ilə də müqayisə etmək olmaz, çünki
Dostları ilə paylaş: |