MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə64/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   60   61   62   63   64   65   66   67   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

200 


hörmətin, 

digər 


mədəniyyətlərin 

xüsusiyyətlərinin 

dərk 

olunmasında zərurətin, ideoloji kontekstin aktualliğını ləğv etmir. 



 

Dördüncüsü, 

multikulturalizm 

haqqında 

düĢüncələrimizin 

kontekstində  biz  qərb  fəlsəfəsində  multikulturalizm  məsələlərinin 

dərkində  çoxlu  əlavələr  olduğuna  diqqət  yönəltmək  istərdik  və 

bizim bunları dərk etməyimz lazımdır. Ġlk növbədə söhbət XX əsrin 

II  yarısının  fəlsəfəsi  haqqında,  Y.Xabermas  və  milli  dövlət  və 

modernlə  əlaqədar  onun  diskursu  haqqında,  həmçinin  fransız 

xalqının  təĢəkkül  tapması,  fransız  mədəniyyətində  digər 

mədəniyyətlərin  əhəmiyyətini  əsaslandıran  M.Fuko  haqqında 

gedir.*  Fransız    və  almanların  tarixdə  yekdil  etnos qurumunun  bir 

neçə  milli  mədəniyyətin formalaĢmasına təkan  verməsi, XIX  əsrin 

sonlarında  Fransa  yəhudilərinin  Fransa  vətəndaĢı  sayılması  çox 

maraqlıdır. BaĢqa  sözlə desək, milli eyniliyin təĢəkkül problemi bu 

və ya digər  millətə mənsub olanlarların düĢüncəsindəki dəyiĢiklik 

prosesini özündə ehtiva edir. Yəni etnos və millət anlayıĢı fərqlidir, 

vətəndaĢlıq  təkcə  siyasi-hüquqi  anlayıĢ  deyil,  o  özündə  mədəni, 

dini, etnik fərqləri birləĢdirir. 

 

BeĢinci,  qloballaĢma  prosesi  mədəniyyətlərin  qarĢılıqlı  əlaqə 



proseslərinə  yeni  çalarlar  daxil  etdi  və  eyni  zamanda  onları 

kəskinləĢdirdi. Y.F.Fukuyamanın sözlərini yada salaq. O belə hesab 

edirdi ki, demokratiya «tarixin sonuna» gətirib çıxaracaq,  ideoloji 

qarĢıdurmalar  dövrü  baĢa  çatacaq.  Əslində  ideoloji  qarĢıdurmalar, 

dövlətlərarası  münaqiĢələr  bütün  dünyanı  əhatə  etdi.  Yeni 

imperializmdən  və  yeni  millətçilikdən  əbəs  yerə  danıĢmırlar. 

Fransızlar  ərəb  mənĢəli  fransızlardan,  Rusiyada  ―qafqazlılardan‖ 

narazıdırlar,  Ermənistan  isə  nəyin  bahasına  olursa-olsun,  «öz 

mədəniyyətinin  və  qanının    təmizliyini»  qoruyub  saxlamağa  cəhd 

edir. 


 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

201 

Altıncı,  multikulturalizmin  dissiplinar  tədqiqatlarının  zərurəti  iki 



vacib Ģəraiti nəzərdə tutur: etnokulturologiya və etnopolitologiyanın  

təmin etdiyi  konkret sosioloji tədqiqatlar, statistika lazımdır. Lakin 

konkret  göstəricilər  öz  növbəsində  anlayıĢların  məzmununun 

tədqiqinə imkan verən fəlsəfi yanaĢmanın spesifikliyini Ģərtləndirir 

(yeni  metafizika).  Bu  kontekstdə  fəlsəfənin  germenevtik 

funksiyalarını  yada  salmaq  yerinə  düĢərdi.  Bu  halda  müqayisəli 

təhlil  təkcə    əlamətlərin  müqayisəsinə  yönəlmir.  Belə  ki, 

multikulturalizmin  digər  ölkələrdə    və  mədəniyyətlərdə  necə 

qavaranıldığından,  reallıq  qazanmasından  və  s.-dən  çıxıĢ  edərək 

müqayisə aparmaq vacibdir. 

 

Yeddinci,  müasir  multikulturalizmin  spesifikasını,  onun  mümkün 



inkiĢaf  tendensiyasını  və  qloballaĢma  Ģəraitində  kütləvi  Ģüura 

reaksiyasını  anlamaq  üçün  onu  yanaĢı  gedən  üç  proses  kimi 

təsəvvür  etmək  lazımdır.  Və  nəhayət  müxtəlif  mədəniyyətlərdə 

müxtəlif tezliklə dini, etnik və fərdilik arasındakı ierarxiya pozulur. 

Cəmiyyət  bu  proseslərə  yalnız  kütləvi  Ģüurda  təzyiq  göstərə  bilər, 

lakin  onları  tədqiq  etməkdən  ötrü  müasir  ictimai  elm,  ekspert 

zəmanəti və idarəedici qərarlar lazımdır. 

 

Səkkizinci, 



multikulturalizm, 

əlbəttə 


ki, 

mədəniyyətlərin 

dialoqudur, 

lakin  bu  dialoq  cəmiyyətin  daxilində  də, 

submədəniyyətlər 

və 


mədəniyyətlər 

arasında 

da 

gedir. 


Azərbaycanda  digər  submədəniyyətləri  özündə  birləĢdirən 

mədəniyyəti  qəbul  etmək  ənənəsi  formalaĢıb.  Yəqin  buna  görə  də 

kütləvi Ģüurda multikulturalizmə münasibət ümumilikdə pozitivdir. 

Lakin digər cəmiyyətlərin bizə münasibətində müəyyən inamsızlıq 

mövcuddur.  Müasir  informasiya  texnologiyalarına  dərindən 

yiyələnmək  «mozaik  Ģüur»  adlanan  anlayıĢı  geniĢləndirir,  halbuki 

universal Ģeylər getdikcə daha çox arxaikləĢir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

202 


Doqquzuncu,  sosioloqlar  çox  vaxt  bir  insanda  bir  neçə  bənzərliyi 

müəyyən  edirlər:  etnik,  dini,  peĢəkar,  cinsi  və  s.  Onların  hər  biri 

konkret  bir  məqamda  əsas  kimi  qəbul  oluna,  sonra  isə  onu  digəri 

əvəz edə bilər. Bir çox sosioloji tədqiqatlar göstərir ki, diasporlarda 

etniklik,vətəndaĢlıq,  dini  etniklik,  ruhani  diaspora  anlayıĢları 

iĢlədilir. 

 

Və  nəhayət  qeyd  etmək  lazımdır  ki,  multikulturalizmin  həm 



empirizmə,  həm  nəzəriyyəyə,  həm  də  fəlsəfəyə  ehtiyacı  var. 

Multikulturalizmin  fəlsəfəsi  mədəniyyətdə,  insanların  Ģüurunda 

rasionallığın  təsdiqinə  can  atmalı,  bu  anlayıĢı  müxtəlif 

mədəniyyətlərdə  müqayisə  edib  geniĢləndirməklə  humanizm 

ideallarını  təsdiq  etməlidir.  Buna  görə  də  fəlsəfə  müxtəlif 

təcrübələrin  məlumatlarını  özündə  birləĢdirən  metadil  kimi  çıxıĢ 

etməlidir. 

 

 



Ġlham Məmmədzadə, 

 fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Milli 

Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq 

Ġnstitutunun direktoru 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə