www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
200
hörmətin,
digər
mədəniyyətlərin
xüsusiyyətlərinin
dərk
olunmasında zərurətin, ideoloji kontekstin aktualliğını ləğv etmir.
Dördüncüsü,
multikulturalizm
haqqında
düĢüncələrimizin
kontekstində biz qərb fəlsəfəsində multikulturalizm məsələlərinin
dərkində çoxlu əlavələr olduğuna diqqət yönəltmək istərdik və
bizim bunları dərk etməyimz lazımdır. Ġlk növbədə söhbət XX əsrin
II yarısının fəlsəfəsi haqqında, Y.Xabermas və milli dövlət və
modernlə əlaqədar onun diskursu haqqında, həmçinin fransız
xalqının təĢəkkül tapması, fransız mədəniyyətində digər
mədəniyyətlərin əhəmiyyətini əsaslandıran M.Fuko haqqında
gedir.* Fransız və almanların tarixdə yekdil etnos qurumunun bir
neçə milli mədəniyyətin formalaĢmasına təkan verməsi, XIX əsrin
sonlarında Fransa yəhudilərinin Fransa vətəndaĢı sayılması çox
maraqlıdır. BaĢqa sözlə desək, milli eyniliyin təĢəkkül problemi bu
və ya digər millətə mənsub olanlarların düĢüncəsindəki dəyiĢiklik
prosesini özündə ehtiva edir. Yəni etnos və millət anlayıĢı fərqlidir,
vətəndaĢlıq təkcə siyasi-hüquqi anlayıĢ deyil, o özündə mədəni,
dini, etnik fərqləri birləĢdirir.
BeĢinci, qloballaĢma prosesi mədəniyyətlərin qarĢılıqlı əlaqə
proseslərinə yeni çalarlar daxil etdi və eyni zamanda onları
kəskinləĢdirdi. Y.F.Fukuyamanın sözlərini yada salaq. O belə hesab
edirdi ki, demokratiya «tarixin sonuna» gətirib çıxaracaq, ideoloji
qarĢıdurmalar dövrü baĢa çatacaq. Əslində ideoloji qarĢıdurmalar,
dövlətlərarası münaqiĢələr bütün dünyanı əhatə etdi. Yeni
imperializmdən və yeni millətçilikdən əbəs yerə danıĢmırlar.
Fransızlar ərəb mənĢəli fransızlardan, Rusiyada ―qafqazlılardan‖
narazıdırlar, Ermənistan isə nəyin bahasına olursa-olsun, «öz
mədəniyyətinin və qanının təmizliyini» qoruyub saxlamağa cəhd
edir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
201
Altıncı, multikulturalizmin dissiplinar tədqiqatlarının zərurəti iki
vacib Ģəraiti nəzərdə tutur: etnokulturologiya və etnopolitologiyanın
təmin etdiyi konkret sosioloji tədqiqatlar, statistika lazımdır. Lakin
konkret göstəricilər öz növbəsində anlayıĢların məzmununun
tədqiqinə imkan verən fəlsəfi yanaĢmanın spesifikliyini Ģərtləndirir
(yeni metafizika). Bu kontekstdə fəlsəfənin germenevtik
funksiyalarını yada salmaq yerinə düĢərdi. Bu halda müqayisəli
təhlil təkcə əlamətlərin müqayisəsinə yönəlmir. Belə ki,
multikulturalizmin digər ölkələrdə və mədəniyyətlərdə necə
qavaranıldığından, reallıq qazanmasından və s.-dən çıxıĢ edərək
müqayisə aparmaq vacibdir.
Yeddinci, müasir multikulturalizmin spesifikasını, onun mümkün
inkiĢaf tendensiyasını və qloballaĢma Ģəraitində kütləvi Ģüura
reaksiyasını anlamaq üçün onu yanaĢı gedən üç proses kimi
təsəvvür etmək lazımdır. Və nəhayət müxtəlif mədəniyyətlərdə
müxtəlif tezliklə dini, etnik və fərdilik arasındakı ierarxiya pozulur.
Cəmiyyət bu proseslərə yalnız kütləvi Ģüurda təzyiq göstərə bilər,
lakin onları tədqiq etməkdən ötrü müasir ictimai elm, ekspert
zəmanəti və idarəedici qərarlar lazımdır.
Səkkizinci,
multikulturalizm,
əlbəttə
ki,
mədəniyyətlərin
dialoqudur,
lakin bu dialoq cəmiyyətin daxilində də,
submədəniyyətlər
və
mədəniyyətlər
arasında
da
gedir.
Azərbaycanda digər submədəniyyətləri özündə birləĢdirən
mədəniyyəti qəbul etmək ənənəsi formalaĢıb. Yəqin buna görə də
kütləvi Ģüurda multikulturalizmə münasibət ümumilikdə pozitivdir.
Lakin digər cəmiyyətlərin bizə münasibətində müəyyən inamsızlıq
mövcuddur. Müasir informasiya texnologiyalarına dərindən
yiyələnmək «mozaik Ģüur» adlanan anlayıĢı geniĢləndirir, halbuki
universal Ģeylər getdikcə daha çox arxaikləĢir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
202
Doqquzuncu, sosioloqlar çox vaxt bir insanda bir neçə bənzərliyi
müəyyən edirlər: etnik, dini, peĢəkar, cinsi və s. Onların hər biri
konkret bir məqamda əsas kimi qəbul oluna, sonra isə onu digəri
əvəz edə bilər. Bir çox sosioloji tədqiqatlar göstərir ki, diasporlarda
etniklik,vətəndaĢlıq, dini etniklik, ruhani diaspora anlayıĢları
iĢlədilir.
Və nəhayət qeyd etmək lazımdır ki, multikulturalizmin həm
empirizmə, həm nəzəriyyəyə, həm də fəlsəfəyə ehtiyacı var.
Multikulturalizmin fəlsəfəsi mədəniyyətdə, insanların Ģüurunda
rasionallığın təsdiqinə can atmalı, bu anlayıĢı müxtəlif
mədəniyyətlərdə müqayisə edib geniĢləndirməklə humanizm
ideallarını təsdiq etməlidir. Buna görə də fəlsəfə müxtəlif
təcrübələrin məlumatlarını özündə birləĢdirən metadil kimi çıxıĢ
etməlidir.
Ġlham Məmmədzadə,
fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Milli
Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq
Ġnstitutunun direktoru