MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə60/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   56   57   58   59   60   61   62   63   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

188 


Bu günün reallıqlarında multikulturalizm 

ideyaları: müsbət və mənfi cəhətlər 

 

Mədəni  eyniyyət  axtarıĢları  və  onun  qorunub  saxlanması  cəhdləri 



inkiĢafın  xüsusi  mədəni  strategiyaları  cərgəsində  əvvəllər 

formalaĢmıĢ  konsepsiyalara  yenidən  baxmaq  zərurəti  yaradır.  XX 

əsrin  sonu  –  XXI  əsrin  baĢlanğıcı  dünya  ictimaiyyətinin 

qloballaĢma problemlərinə xüsusi marağı ilə səciyyələnir ki, bunun 

da  nəticəsində  bu  və  ya  digər  ölkələrin  milli  həyatının  bir  çox 

aspektləri  ümumdünya  kontekstində  nəzərdən  keçirilir.  Dini 

intibahla əlaqədar, mənəviyyatın dünyəvi, yaxud digər formalarının 

təcrübəsilə  bağlı  ümidlər  artıq  bir  xəyal  kimi  görünür.    Müasir 

sivilizasiya  dünyadan  sanki  nəhəng  bir  dalğa  kimi  keçmiĢ 

millətçiliyin  artmasıyla    Ģərtlənən  bir  sıra  ciddi  problemlərlə 

üzləĢib.  Bu o deməktir ki, Qərbdə start götürmüĢ multikulturalizm 

siyasəti  mədəni  siyasətinin  universal  modeli  qismində  ümidləri 

doğrultmadı. Multikulturalizm çoxsaylı mədəri birliklərin bir sosial 

məkanda heç bir münaqiĢəyə yol verilmədən, dinc yanaĢı yaĢamaq 

nəzəriyəsini  və  praktikasını  birləĢlirir.  Bu  modeldə  fərdi  qrup 

fərqləri  siyasətindən  digər  mədəniyyətlər  cəmiyyətində  birgə 

mövcudluq hüquqlarının tanınması siyasətinə keçid həyata keçirilib. 

Multikulturalizmlə bağlı əsas dilemma birgəyaĢayıĢ praktikalarının 

çoxluğu  haqqında  müddəanın  nə  qədər  doğru  olmasında  deyil, 

birliyin əsasında duran fərqlərin nə qədər dərin olmasındadır. ABġ-

da iĢlənib hazırlanmıĢ «əridici qazan» deyilən nəzəriyyə və praktika 

uzun  büddət  oxĢar  məsələnin  həlli  nümunəsi  sayılırdı.  Digər  bir 

dövlətdə,  lap  bu  yaxınlara  qədər  firavan  bir  ölkə  kimi  tanınan 

Fransanın cənubundakı nizamsızlıq göstərdi ki, yalnız Qərb mədəni 

dəyərlərinin  və  rasionallığının  əsasında  qurulan  və  ümumi  qəbul 

olunmuĢ dünya miqyaslı standart və dəyər kimi nəzərdən keçirilən 

Avropa cəmiyyətinin sosiomədəni həyatının bürokratlaĢması da da 

özünü  doğrultmayıb.  Lakin  zaman  göstərdi  ki,  ―titullu‖  millətdən 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

189 

dil,  din  və  mədəniyyət  baxımından  fərqlənən  icmaların  qatıldığı 



cəmiyyətlər «əriməyə» heç də can atmayan və etnomarginal adlanan 

dayanıqlı  etnoqam  icmaların  yaranmasına  gətirib  çıxartdı.  Bu 

icmaların  üzvləri  öz  mədəniyyətlərinin  təsdiqinə  can  atmalarını 

nümayiĢ etdirirlər, baxmayaraq ki, digər məsələlərdə  milli dövlətin 

tələblərinə  uyğunlaĢırlar.  Belə  ki,  ―bir  ölkə  –  bir  xalq‖  siyasəti 

özünün qeyri-perspektivliyini üzə çıxartdı. Beləliklə, yuxarıda qeyd 

etdiyimiz  kimi,  Avropa  cəmiyyətinin  yalnız  Qərb  mədəni 

dəyərlərinə  və  rasionallığına  əsaslanan  sosiomədəni  həyatının 

bürokratlaĢdırılması, mümkün ola bilən tanınmıĢ standart və dünya 

miqyaslı  dəyər  kimi  özünü  doğrultmadı.  Hər  hansı  bir 

cəmiyyətlərdə  mövcud  olan,  sosial  quruma  inteqrasiya  etməyən, 

aĢağıstatuslu, fərdlərin və ya qrupların  birgə yaĢayıĢı mədəniyyətin 

marginallığına  gətirib  çıxara  bilməzdi.  Eyni  zamanda  iki  və  daha 

çox mədən dünyaya məxsus olmaq və fərdin Ģüurunda dünyanın bir 

neçə  mənzərə  qrupunun  birgə  mövcudluğu  lap  əvvəldən  özündə 

nifaq  toxumu  daĢıyır  ki,  bu  da  artan  sosial  gərginlik  təhlükəsi 

yaradır.  Nə  qədər  arzulansa  da,  həyati  təcrübələrin  bütün 

iĢtirakçılarının imkan bərabərliyinə nail olmaq mümkün deyil, lakin 

fərdlərin  və  vahid  sosial  məkan  təĢkil  edən  sosial  qrupların 

tarixindəki,  dinindəki,  həyat  tərzindəki  fərqlərə  qiqqət  yetirmək 

zəruridir. Multikulturalizm nöqteyi-nəzərindən tarixə baxıĢ, xüsusən 

də  son  hadisələrin  iĢığında  yüksək  rifahlı  Avropa  ölkələrinin 

görünüĢü  birbaĢa  deməyə  məcbur  edir  ki,  dünya  inkiĢafının  artan 

xətt üzrə mütərəqqi anlamına yönəlmiĢ qloballaĢma nəzəriyyəsinin 

köklü düzəliĢlərə və hətta, ola bilsin ki, yenidən baxılmağa ehtiyacı 

var.  Mədəniyyətlərin  qərb  və  belə  demək  mümkünsə,  Ģərq 

mədəniyyətləri  də  daxil  olamaqla  digər  bütün  mədəniyyətlərə  

bölünməsi,  qərb həyat  tərzli ilə  qərb  mədəniyyətlərinin  digərlərinə 

son bir neçə əsrdə müĢahidə edilən dominant təsiri, belə görünür ki, 

tam  əsaslı  deyil.  Multikulturalizm  konsepsiyasında  əsas 

mədəniyyəti  gündəlik  davranıĢ  faktlarında  müəyyən  edən  mədəni 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

190 


fərqlərin  mövcudluğu  nəzərdə  tutulur.  Təcrübə  isə  göstərir  ki, 

mədəniyyətin  onun  daĢıyıcıları  tərəfindən  qavrayıĢı  kənardan 

mühakimə 

yürüdən 


müĢahidəçilərin 

qiymətləndirməsindən 

fərqlənir. 

QloballaĢma 

mədəni 

müxtəlifliyin 



etirafına, 

mədəniyyətlərin rəngarəngliyinə gətirib çıxarır ki, bu da idealda heç 

də  pis  deyil.  Lakin,  bu  zaman  mədəniyyətlərin  qarĢılıqlı  təsirinin 

konkret təhlilinə və onların hər birinin qorunub-saxlanmasına artan 

tələbat  hiss  olunur.  Mədəniyyətlərin  intibahı  problemi,  xeyli 

dərəcədə  hazırkı  keçid  dövründə  məhz  Rusiya  cəmiyyətinin  dəyər 

orientasiyasının  istiqamətlərini  təyin  edən  həmin  o  mədəniyyətin 

qorunub-saxlanılmasına  həqiqətən  möhtac  olan  tarixi-mədəni  irsin 

rolu  məsələsi  ilə  bağlıdır.  XoĢbəxtlikdən,  Rusiya  çox  uduĢlu 

vəziyyətdədir,  çünki  onun  böyük  ərazisində  çoxlu  özünəməxsus 

mədəniyyətlər  lokallaĢıb.  Bu  mədəniyyətlərin  mənbəyi  qədim 

dövrlərə gedib çıxır. Əgər həmin irsə qayğıkeĢ münasıbət göstərilsə, 

onda  demək  olar  ki,  Rusiyanın  bu  maneəni  dəf  etmək  və 

vəziyyətdən lazımi Ģəkildə çıxmaq imkanı var. Mən düĢünürəm ki, 

Azərbaycan  dövlətində  də  bu  planda  pozitiv  təcrübə  toplanmıĢdır.  

Belə ki, digər dövlətlərdə toplanan bu cür müsbət təcrübələri nəzərə 

almadan, yalnız qərbdə cəmlənən təcrübəyə istinad etmək yəqin ki, 

alınmaz.  Bax,  əgər  bütün  bu  məsələlərə  lazımi  qaydada  baxılsa,  o 

zaman güman etmək olar ki, dünya birliyinin bu vəziyyətdən az və 

ya çox dərəcədə ləyaqətlə çıxmasına ümid yeri qalır. 

 

Gülçöhrə Seyidova, 



 Rusiya. Dağıstan Dövlət Universiteti 

 

 



 

 

 



 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə