www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
174
Ġtaliya məktəblərində xaç gəzdirmək və yerləĢdirmək;
Ġsveçrədə minarələrin tikilməsinə qadağa;
Etnik əlamətə görə dövri təqiblər (Fransadan qaraçılar, Böyük
Britaniyadan irlandiyalılar və s.)
müxtəlif geyim növlərinə, dini simvollara qadağa və s.
Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab
daĢımaq yasağı.
2008-ci ildə Fransa və Belçika ictimai yerlərdə baĢ örtüklərinin
geyilməsinə qadağa qoydu. Ġtaliyanın konstitusiya məsələləri üzrə
parlament komissiyası 2011-ci ilin avqust ayında ictimai yerlərdə
pərəncə geyməyi qadağan edən qanun layihəsini təsdiq etdi.
Qadağanı pozanlar ―islami cinayətdən ötrü‖ 150€-dan 300€-a kimi
ən sərt cərimə ödəməli, habelə ictimai iĢlər yerinə yetirməlidirlər.
Bu qadınların ərləri 30.000€-a qədər cərimə edilə və ya bir ilə kimi
həbs cəzası ala bilərlər. 2011-ci ilin 27 sentyabrında Ġsveçrənin
Milli ġurası 77 razılaĢmayan üzvə qarĢı 101 ―lehinə‖ səslə
xalqçıların ―sağ‖ partiyasından deputat Oskar Frayzingerin
təxribatçı Ģəkildə ―Maskaları atın!‖ adlandırdığı analoji təklifini
qəbul etdi. BaĢqalarının paltarları ilə mübarizə heç də özgə həyat
tərzini ―qəbul və təqdir etmə‖ devizi ilə uyuĢmur. Ancaq mahiyyət
etibarilə multikulturalizm əslində elə bundan ibarətdir.
Yaxud sonuncu nümunə.
Amerikalı Ġrum Abbasi mart ayında Kaliforniyada təyyarə reysinə
buraxılmadığına görə Southwest Airlines aviakompaniyasını
məhkəməyə verdi. Abbasinin iddia etdiyi kimi, bütün bunlar onunla
bağlı olub ki, baĢında müsəlman qadınların baĢ örtüyü – hicab var
imiĢ. Ġddiada deyildiyi kimi ―o, qorxudulmuĢ, pərt edilmiĢ, təhqir
edilmiĢ, mat qalmıĢdı‖. ABġ vətəndaĢı olan Abbasi San-Dieqodan
San-Xoseyə gedən reysdən endirilmiĢdi. Abbasinin sözlərinə görə,
stüardessaya elə gəlib ki, o, kiməsə mobil telefonla ―qərara alındı!‖
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
175
deyib (―it’s a go‖). Əslində, Abbasinin dediyinə görə, o söyləyirmiĢ
ki, getməlidir (I have to go), çünki təyyarə artıq havaya qalxmaq
üzrəymiĢ. Qadının üzərində axtarıĢ apardıqdan sonra təyyarənin
göyərtəsinə qayıtmasına icazə vermiĢlər. Ancaq pilot bildirib ki,
ekipaj onunla uçmaq istəmir və beləliklə Abbasini laynerə
buraxmırlar. Ona sonrakı reyslə uçmaq üçün icazə vermiĢlər. Los
Angeles Timesin verdiyi xəbərə görə üç gün sonra aviakompaniya
üzr istəmiĢdir.
Bütün bu faktları assimilyasiya siyasətinin aktları adlandıra bilərik.
Adıçəkilən siyasətin məqsədi azadlıqların müdafiəsi, dini və ya
etnik asılılığın bu və ya digər növləri ilə mübarizə deyil. Bu
siyasətin mahiyyəti ölkəyə gələn əmək miqrantları və qaçqınların
assimilyasiyası və onların mühacir qəbul edən cəmiyyətə xas olan
və qəti Ģəkildə təsbit edilmiĢ milli əlamətləri daĢıyan vicdanlı yerli
bürgerlərə çevrilməsidir.
Bununla yanaĢı, əgər Avropada həqiqətən də multikulturalizm
olsaydı, imiqrant və qaçqınlara dövlət həyatında iĢtirak etmələri
üçün geniĢ imkanlar verilərdi. Bu imkanlar o qədər geniĢdir ki,
Avropa dövlətləri-millətləri bu imkanları tamamilə təmin edə
bilmir.
Beləliklə, Avropadakı multikulturalizm haqqında hətta əvvəllər də
əsasən Ģərti olaraq danıĢmaq olardı. Avrointeqrasiya prosesinin
siyasi çərçivələrindən birinə çevrilmək üçün bu konsepsiyanın
bütün Ģansları var idi, ancaq demokratiyadan sui-istifadə və insan
hüquqlarının təhrif edilmiĢ Ģəkildə Ģərh edilməsi bir sıra böyük
Avropa dövlətlərinin yeni vətəndaĢlarına ―azad dünyanın‖
bəhrələrindən tam mənasilə yararlanmağa imkan vermirdi. ġərti
Avropa multikultiralizmi Ģərti dözümlü Avropa cəmiyyətində
özünün məntiqi Ģərti tənəzzülünü yaĢadı. Beləliklə, mulikulturalizm
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
176
siyasətinin nəticəsi istər ənənəvi, istərsə də yeni gəlmiĢ mədəniyyət
nümayəndələrinin mühitinə cavab olaraq fərdi və qrup Ģüurunda
nisbətən zəif dəyiĢikliklərlə səciyyələnən uzunmüddətli adaptasiya
prosesi olmalıdır.
Bugün keçmiĢin incikliklərinin, Ģovinist, millətçi, islamofob
təsirlərin aradan qaldırılması üçün vahid Rusiya dövlətinin təkibinə
daxil olan bütün xalqların azad inkiĢaf etmək imkanına malik
olmaları çox vacibdir. Təəssüf ki, çox vaxt millətlərarası, dinlərarası
təfriqələrə yol verməyən konstitusiya müddəaları deklarativ olaraq
qalır. Dövlət səviyyəsində xalqların inteqrasiyası, onların qarĢılıqlı
hörmət, etibar, ümumi problemlərin müasir həlli əsasında
birləĢdirilməsi siyasətini həyata keçirmək zəruridir.
Bütün deyilənlərdən də göründüyü kimi ―multikulturalizm‖ termini
Rusiya və bir sıra digər ölkələrə münasibətdə baĢqa məna qazanır.
Rusiyanın tarixi göstərir ki, onun bir çox xalqları əsrlər boyu yox
olmamıĢ, tamamilə assimilyasiyaya uğramamıĢlar, onlar öz həyat
tərzlərini, dillərini, mədəniyyətlərini saxlayaraq, rus mədəniyyəti,
rus hüquq sistemi əsasında inkiĢaf etmiĢlər. Bu baxımdan demək
olar ki, Rusiya onun siyasi və mədəni təsiri altına düĢən xeyli sayda
xalqı qoruyub saxlamıĢdır. Rusiya xalqlarının mədəniyyətləri daima
qarĢılıqlı təsirdə olmuĢ, bir-birinin təsiri altında zənginləĢmiĢlər.
PuĢkin, Lermontov, Tolstoy və digər dahi yazıçılar öz
yaradıcılıqları ilə Qafqaz xalqlarının milli Ģüurunun formalaĢmasına
yardımçı olmuĢlar. Rus, ümumrusiya mədəniyyəti Qafqaz xalqları
və digər Rusiya xalqlarının bu mədəniyyətə töhfəsi olmadan xeyli
kasıb olardı. Rusiya xalqları arasında sosiomədəni dostluq,
qardaĢlıq əlaqələrinin qurulması ziddiyyətlərin, qara qüvvələrin və
irtica güclərinin qarĢıdurmalarının aĢılmasından keçir.
Dostları ilə paylaş: |