MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə55/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   51   52   53   54   55   56   57   58   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

171 

də müxtəlif xarakterli böhran dövrlərini elmi tədqiqatlarının aktual 



obyektlərindən biri olub və olaraq da qalmaqdadır. 

 

Zümrüd Quluzadə, 



professor, Azərbaycan Milli Elmlər Akademiyası Fələsəfə, 

Sosiologiya və Hüquq Ġnstitutu 

 

 



 

 

 



 

 

 



Multikulturalizm Ģəraitində dinlərarası dialoq 

 

XX  əsrin  sonu  XXI  əsrin  əvvəlləri  qloballaĢma  prosesi  ilə 



əlamətdardır. Bu kontekstdə adıçəkilən prosesdə mədəniyyətlərarası 

və  dinlərarası  dialoq  problemi,  habelə  multikulturalizmlə  əlaqədar 

problemlər xüsusi yer tutur. 

 

―Multikulturalizm    termini  ötən  əsrin  60-cı  illərində  Kanadada 



meydana gəlmiĢ və rəsmi olaraq 1971-ci ildə qəbul edilmiĢdir‖ (1, 

səh.189).    Termindən  vahid  mədəni  məkanı  ifadə  etmək  üçün 

istifadə  edilir.  Multikulturalizm  mədəniyyətlərin  assimilyasiya 

(birləĢmə)  olmadan  inteqrasiyasını  (qovuĢma)  təklif  edir.  Ötən  əsr 

boyunca  assimilyasiya  Avropanın  bir  çox  dövlətləri  tərəfindən 

gəlmə  (immiqrant)  mədəniyyətlərə  münasibətdə  istifadə  edilən 

strategiya kimi bir çox hallarda özünü doğrultmadı. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

172 


Multikulturalizm siyasətinin əsasında üç əsas prinsipi fərqləndirmək 

mümkündür: 

 

dövlətin mədəni plüralizmi qəbul etməsi (vətəndaĢ cəmiyyətinin ən 



mühüm xarakteristikası); 

marjinal  mədəni  qrupların  sosiallaĢmasına  mane  olan  əngəllərin 

aradan qalxması; 

müxtəlif  mədəniyyətlərin  yenidən  dirçəlməsi  və  inkiĢafının 

dəstəklənməsi. 

Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  multikulturalizm  dar 

mənada qloballaĢma Ģəraitində mədəni dəyərlərin demokratiyası və 

ya bərabərhüquqluluğudur. 

 

Multikulturalizmin 



xarakterik 

xüsusiyyəti 

 

tolerantlıqdır 



(dözümlülükdür). 

 

Məsələn,  BMT-nin  keçmiĢ  baĢ  katibi,  hazırda  isə  Beynəlxalq 



Frankofoniya  təĢkilatının  baĢ  katibi  Butros  Qali  deyirdi:  ―Biz 

dayanmadan qloballaĢmadan bəhs edirik. Bu, həqiqətən də mövcud 

gerçəklikdir.  Ġqtisadiyyat,  maliyyə,  kommunikasiya  qloballaĢır. 

Dünya  ekologiya,  mütəĢəkkil  cinayətkarlıq  sahələrində  qlobal 

miqyas  alan  problemlərlə  üzləĢir,  qlobal  epidemiyalarla  mübarizə 

aparır.  Bizdə  çatıĢmayan  demokratiyanın  qloballaĢması,  onun 

beynəlxalq  münasibətlərdə  geniĢlənməsidir.  Buna  nail  olmağın  ən 

yaxĢı  üsulu  mədəni  müxtəlifliyin  dəstəklənməsidir  ki,  mən  bunu 

multikulturalizm adlandırıram‖. 

 

Günümüzdə  multikulturalizm  tədricən  ümumavropa  probleminə 



çevrilməkdədir  ki,  bu  da  imiqrasiya  və  inteqrasiya  sahəsində 

siyasətlə 

bağlıdır. 

Ġmiqrasiya 

problemi 

iqtisadiyyatın 

yenidənqurulması, 

məĢğulluq 

sahəsində 

böhran, 


Ģəhər 

seqreqasiyası,  aĢağı  ixtisaslaĢmaya  malik  olan  iĢçilərin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

173 

marjinallaĢması,  təhsil  sisteminin  yenidən  gözdən  keçirilməsi 



zərurəti,  rasizmin  təzahürləri  və  s.  kimi  analoji  ümumavropa 

problemləri  ilə  bir  sırada  durur.  Multikulturalizm  bütün  bu 

problemlər  üçün  özünün,  mübahisəsiz  və  qəti  olmasa  da  müəyyən  

həlli  yolunu  təklif  edir.  Onun  zamanın  çağırıĢına  ümumavropa 

cavabına 

çevrilib-çevrilə 

bilməməsi 

məsələsini 

zaman 

göstərəcəkdir. 



 

Multikulturalizm  tolerantlığın  daha  bir,  kütləvi  mədəniyyətin 

ümumbəĢəri  axınında  mədəniyyətlərin  qarĢılıqlı  Ģəkildə  bir-birinə 

nüfuz  etməsi,  zənginləĢməsi,  inkiĢaf  etməsi  məqsədləri  ilə  paralel 

mövcudluqlarını  sürdürməsi  tələbindən  ibarət  olan  aspektlərindən 

biridir.  Multikulturalizm  ideyası,  əsasən,  yüksək  mədəni  inkiĢaf 

səviyyəsinə  malik  olan  yüksək  inkiĢaf  etmiĢ  Avropa 

cəmiyyətlərində irəli sürülür. Müasir Avropada multikulturalizm ilk 

növbədə  ―üçüncü  dünya‖  dövlətlərindən  (o  cümlədən  Avropa 

ölkələrinin  keçmiĢ  müstəmləkələrindən)  olan  imiqrantların 

(mühacirlərin) mədəniyyət elementlərinin onu – qəbul edən ölkənin 

mədəni sahəsinə daxil edilməsini nəzərdə tutur. 

 

BMT-nin Ümumi insan hüquqları bəyannaməsinin azadlıq hüququ, 



milli və mədəni özünüidentifikasiya hüququ, milliyyət və ünsiyyət 

dili seçimi  azadlığı,  etiqad  azadlığını bəyan  etməsinə  baxmayaraq, 

faktiki  olaraq,  bu  hüquqlar  öz  qrup  mənĢələri  etibarilə  Ģifahi 

bəyannaməyə  müncər  edilir.  Burada  onu  gündəlik  təcrübə  ilə 

möhkəmləndirmək  hüququ  da  yoxdur.  Bütün  bunlara  baxmayaraq, 

Avropa  dövlətləri  insan  hüquqlarının  üzərindən  keçir,  onları 

görməzdən gəlir və assimilyasiya layihələri irəli sürür. 

 

Multikulturalizmin ―açıq-aĢkar‖ nümunələrindən bir neçəsinə nəzər 



salaq: 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə