MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə58/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   54   55   56   57   58   59   60   61   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

180 


 

 

Məmməd Əliyev, 



 Bakı Slavyan Universitetinin prorektoru, fəlsəfə elmləri 

doktoru, professor 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

DəyiĢən dəyərlər və multikulturalizm 

 

Bu  gün  multikulturalizm  ideologiya,  siyasət  və  diskurs  kimi 



səciyyələnir, bu da mültikulturalizm gündəliyinin geniĢ yayılmasına 

və  aktuallığına  gətirib  çıxarır.  Həmçinin,  multikulturalizm  özü 

diskurs növü olaraq, bir neçə diskursda baxıla bilər. Bunlardan biri 

posmodernist diskursdur. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

181 

Multikulturalizmin ideoloji və siyasi kontekstləri multikulturalizmə 



bir  hadisə  kimi  həm  müsbət,  həm  mənfi  münasibəti  özündə 

birləĢdirir. 

 

Multikulturalizmə  mənfi  münasibət,  60-ci  illərin  ortalarından 



multikulturalizm ideologiyası qarĢısında geriləyən, onun dominanta 

olaraq etnomilli əsas və müxtəlif mühacir qruplardan ibarət ―əritmə 

qazanı‖  kimi  anlaĢılmasılmasından  irəli  gəlir.  ―…Etnik  qrupların 

nümayəndələri  ümumi  əhval-ruhiyyəyə  və  ölkənin  dəyərlərinə 

uyğundurlarsa  yad  görsənmirlər‖,  yəni  kontekstin  çərçivəsindən 

çıxmayaraq,  müəyyən  əsas  sosial  zəmində  etnokulturoloji  fərqlər 

möhkəmləndirilir.  (bu  görüntünü  Neysbitin  ―Meqatrendlər‖ 

əsərində Amerika cəmiyyətinin timsalında izləmək olar). 

 

Bu  münasibət  multikulturalistin  açıq-aĢkar  irqçi  kimi  xarakterizə 



olunmamasında  da  özünü  göstərir,  belə  ki,  ―multikulturalistin 

BaĢqasının  özəlliyinə  hörməti  özünün  üstünlüyünü  təsdiq  etmə 

formasıdır‖. 

 

―Postmodernizm‖  dövri  mətbuatın  humanitar  istiqamətlərində  ən 



çox  iĢlədilən  termindir.  Hal-hazırda  postmodernizm  fenomeni 

fəlsəfi  maraqların  mərkəzindədir,  çünki  müasir  mədəniyyətə 

səciyyəvi olan mücərrəd mühakimə növünü ifadə edir. 

 

Miltikulturalizm  layihəsi,  yaĢama  hüququ  olan  və  özünə  hörmət 



tələb edən, bir çox mədəniyyətli qlobal birliyin yaranmasını nəzərdə 

tutan postmodern proqramının tərkib hissəsi hesab edilir. Bu fikrin 

özünəməxsus  təfsiri  multikulturalizm  konsepsiyasının  özülü  olan 

sinqulyarlıqlar nəzəriyyəsinin əsasını təĢkil edir. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

182 


Hakim  intellektual  paradiqmanın  əvəzlənməsi,  mədəni  kodların  və 

dəyərlər  sisteminin  dəyiĢməsi  ilə  səciyyələnən  bir  mədəni 

kontekstdən digər kontekstə keçmək deməkdir. 

 

Bu nöqteyi-nəzərdən postmodernin səciyyəvi xüsusiyyəti kimi çıxıĢ 



edən  NitĢenin  ―dəyərlərin  yenidən  qiymətləndirilməsi‖  və  ya 

dəyərlərə  təkrar  baxılması  prinsipi  aktuallaĢır.  Onu  həm  də 

―postmodernizmin 

dəyərlər 

sindromu‖ 

adlandırırlar. 

Bu 

transformasiya  mədəni,  dini  normaların,  makro  və  mikro,  baĢqa 



sözlə Ģəxsi və ictimai səviyyədə dünyagörüĢlərin dəyiĢməsi ilə ifadə 

olunur. 


 

Dəyər  transformasiyası  kontekstində  cəhdlər  dəyər  plüralizmi  ilə 

Ģərtlənən cəmiyyətin çox mədəniyyətlilik anlayıĢına əsaslanan yeni 

mədəniyyətin qurulmasına yönəldilmiĢdir. 

 

Bugünkü sosio-mədəni Ģəraiti mədəniyyətin ―klassik‖ modelinin və 



yüksək  nümunələrin  aradan  qaldırılması  kimi  səciyyələndirmək 

olar. 


 

Çox  yayılmıĢ  iddialardan  biri,  multikulturalizmin  postmodernin 

mədəni  vəziyyətini  əks  etdirməsidir.  Hər  Ģeydən  əvvəl,  əsas 

arqument, modern üçün xarakterik olan ümumi məxrəcə gətirmədən 

imtinadır  və  multikulturalizmin  mədəniyyət  modelinin  inkiĢafın 

mərkəzləĢmiĢ  vektorunun  aradan  qaldırılmasını,  fərqli  mədəniyyət 

formalarının  deiyerarxizasiyası  və  qanuniləĢdirilməsini  nəzərdə 

tutmasıdır.  Bütövlükdə,  demək  olar  ki,  multikulturalizm 

postmodernin dəyər istiqamətləri ilə həmahəngdir. 

 

Multikulturalist  diskursunun  postmodernist  formasını  Eynilik 



ritorikasının  yerini  alan  difference  ritorikası    ifadə  edir  və  bunun 

baĢlıca əhəmiyyəti Derrida və Delyoz tərəfindən qeyd edilirdi. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

183 

 

Multikulturalizmin  bügünkü  vəziyyəti  dialoqu  nəzərdə  tutur, 



multikulturalizm  özü  isə  qarĢılıqlı  əlaqənin  yeni  fəlsəfəsi  kimi 

qiymətləndirilir. 

 

Martin  Buberdən  tutmuĢ  Mixail  Baxtinə  qədər  ―dialogizm‖ 



ideyaları, ―dialoq fəlsəfəsi‖ əsasında yaranan Emmanuel Levinasın 

―baĢqalıq‖ konsepsiyası bu baxıĢın əsası ola bilər. 

 

Etnik, milli mədəniyyətin, alt mədəniyyətlərin polifoniyası müxtəlif  



yaranma  xassəsinə,  müxtəlif  təĢkilat  və  fəaliyyət  üsullarına  görə 

yeni  mədəni  kontekstdə  leqitimləĢir.  Mədəni  plüralizm  siyasəti 

etno-linqvistik  və  etno-dini  qrupların  arasındakı  ―dialoq‖un 

təĢviqində  və  həm  də  təbiətcə  etnik  mənsubiyyətdən  üstün  olan 

ümumi kommunikasiya məkanının formalaĢmasında görünür. 

 

Bu  zəmində,  ―fərqli  mədəni  mövqenin  və  bəlkə  də  müxalifətin 



―real,  natamam  problem,  ―yad    həqiqət‖  kimi  anlaĢılması  və  buna 

görə  də  özünün  ―doğma‖  həqiqətinin  açıq,  tamamlanmamıĢ  kimi 

baĢa düĢülməsi‖ ön plana çıxır. 

 

Plüralist  cəmiyyətin  kommunikativ  mədəniyyətinin  nailiyyəti 



dialoq,  dəyər  konsensusların  qurulması  ilə  Ģəxsi  normativlik 

hüdudlarının aĢılmasında görülür. 

 

Meynstrim  mədəniyyətinin  hakimliyinə  yönəlmə  təbii  hal  kimi 



ambivalentliyin  və  fərqlərin  mövcudluğunun  qəbul  edilməsinin 

posmodernist  mühakiməsi  ilə,  yəni  yanaĢma  tolerantlığı  ilə  aradan 

götürülür. 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə