MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə51/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   47   48   49   50   51   52   53   54   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

158 


fizikası  və  filosofem  adlanan  ayrı-ayrı  sentensiyalar  kimi  deyil, 

biliklərin  sistemli  təfsiri  kimi  fəlsəfənin  meydana  gəldiyi  antik 

Yunan dövrü ilə müqayisə etmək olar.  XX əsrdə yaĢadığımız fiziki 

və  kosmik  dünya  haqqındakı  təsəvvürləri  alt-üst  edən  yeni  kəĢflər 

edildi  və  elmlər  yarandı.  EynĢteynin  ümumi  və  xüsusi  nisbilik 

nəzəriyyəsi,  Nils  Borun  kvant  mexanikası,  Bertran  Rasselin 

məntiqi, Norbert Vinerin kibernetikasından söhbət gedir. 

 

Məhz  XX  əsrdə,  belə  demək  mümkünsə,  hibrid  elmlər  yarandı: 



astrofizika,  biofizika,  biokimya,  biotibb,  geokimya,  molekulyar 

biologiya  və  s.  Onlar  evristik  imkanlarını  iki  elmin  qovĢağında 

birləĢdirərək  zehni  biliklərin  yeni  üfüqlərini  açır  və  onun  idrak 

gücünü daha yüksək səviyyəyə yüksəldir. 

 

Bu  baxımdan  hər  iki  qeyri-evklid  həndəsəsini  –  Lobaçevskinin 



üçbucağın  daxili  bucaqlarının  cəminin  yüz  səksən  dərəcədən  az 

olduğu  batıq  hiperbolasını  və  Rimanın  bu  bucaqların  cəminin  yüz 

səksən  dərəcədən  çox  olduğu  sferik  həndəsəsini  xatırlamamaq 

olmaz. 


 

Reallıqda  bu  iki  həndəsə  XX  əsrin  kəĢfi  deyil,  onlar  hələ  əvvəlki, 

XIX  əsrdə  meydana  gəlmiĢdi,  ancaq  onların  həqiqi  təsirini  və 

gücünü  məhz  XX  əsr  açdı  və  tədqiqatlarda,  kosmos  və  subatom 

dünyasının  ram  edilməsində  onlardan  geniĢ  istifadə  etdi.  Bu,  milli 

azadlıq,  Ģəxsiyyətin  vətəndaĢlıq  və  siyasi  azadlığı,  insan  hüquqları 

uğrunda  mübarizə  əsri  idi.  XX  əsrin  əvvəlində,  daha  dəqiq  desək, 

Birinci Dünya Müharibəsinin sonunda imperiyaların süqutu baĢladı: 

Rusiya,  Avstriya-Macarıstan,  Prussiya,  Osmanlı  imperiyaları  bir-

birinin ardınca dağıldı, II Dünya müharibəsindən az sonra Britaniya 

imperiyası  və  Üçüncü  reyx  də  bu  sıraya  qoĢuldu.  Onlarla  yeni 

dövlət  meydana  gəldi,  daha  sonra  Qərbin  Asiya  və  Afrikadakı 

müstəmləkə sistemi də süquta uğradı. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

159 

 

Bütün  bu  baĢ  verənlər  hüquq  bərabərliyinə  zəmanət  verən  və 



ümumi  qəbul  edilmiĢ  beynəlxalq  hüquq  əsasında  super  dövlətlər 

arasındakı  münasibətlərə  nəzarət  edən  beynəlxalq  təĢkilatın 

yaradılması  zərurətini  doğurmaya  bilməzdi.  Beləliklə,  Xalqlar 

cəmiyyətini  əvəz  edən  BMT  –  BirləĢmiĢ  Millətlər  TəĢkilatı 

meydana gəldi. 

 

XX  əsrin  tarixə  ən  antihumanist  və  qanlı  əsr  kimi  daxil  olduğunu 



demək  çətin  olsa  da,  deməmək  mümkün  deyil.  Əvvəllər  heç  vaxt 

silah,  qazlar  və  radiasiyanın  köməyilə  Birinci  və  Ġkinci  dünya 

müharibəsi  zamanı,  Xirosima  və  Naqasakinin  bombalanması  və 

Çernobıl qəzası zamanı öldürülən qədər insan məhv edilməmiĢdi. 

 

Məhz  iyirminci  əsr  iki  məĢum  siyasi  hərəkat  –  faĢizm  və 



kommunizmi yaratdı. 

 

Bir  neçə  il  əvvəl  qərb  nəĢrlərindən  biri  iyirminci  əsrin  ən  böyük 



siyasi  cəlladlarının  siyahısını  çap  etdi.  Birinci  sırada  50  milyon 

çinlinin ölümü ilə Mao Tse Dun durur. Ondan sonra hesabında 40 

milyon  (bəzi  versiyalara  görə,  rəqəm  az  göstərilir)  qurban  olan 

Stalin gəlir. Üçüncü yerdə iyirmi milyon insanı məhv etmiĢ Hitler, 

ondan  sonra  on  milyonla  Çan  Kay  ġi  və  dörd  milyon  yarım 

qurbanla Lenin gəlir. 

 

Mənim  acizanə  fikrimcə,  siyahıya  altı  milyonluq  Kamboca 



əhalisinin üçdə birinin ölümünə səbəb olan Pol Pot və Ġenq Sari də 

daxil  ola  bilərdi.  Ancaq  sizin  diqqətinizi  bir  Ģeyə  cəlb  etmək 

istərdim  ki,  siyahıya  heç  də  Avropanı  iĢğal  edən,  nasist 

Almaniyasının lideri Hitler öz quldur dəstəsiylə baĢçılıq etmir, Çin 

və  sovet  xalqlarının  kommunistləri  öndə  gəlir.  Təəssüf  ki, 

kommunizmin  yaxĢı  yağlanmıĢ  repressiya  maĢınının  imkanları 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

160 


faĢist  rejimlərindən  qat-qat  geniĢdir.  Təsadüfi  deyil  ki,  Sovet 

Ġttifaqında  o,  70  ildən  artıq  mövcud  oldu,  Almaniyada  nasizm  isə 

cəmi ―on iki il üç ay altı gün‖ fəaliyyət göstərdi. 

 

Ġndiki əsrə, iyirmi birinci əsrin əvvəlinə qayıdaq! Bizim artıq baĢqa 



prioritetlərimiz  var.  BəĢəriyyət  ilk  növbədə  sülh  və  ekologiyanın 

qorunması,  yeni  xəstəliklər  və  insan  hüquqlarının  pozuntuları  ilə 

mübarizə  aparmağın  qayğısına  qalır.  ―ġər  imperiyası‖  –  Sovet 

Ġttifaqının  dağılmasından  sonra  sərhədlər  geniĢləndi,  insanların 

ölkədən-ölkəyə  köçməsi  prosesi  gücləndi,  qarıĢıq  nikahların  sayı 

dəfələrlə artdı, köhnə ehkam və məhdudiyyətlərdən azad olan yeni 

nəsil meydana gəlib uğurla inkiĢaf etməkdədir, Ġnternet milyonlarla 

insanın  vaxt  və  ağlının  sahibinə  çevrilib.  Miqyasca  kiçik  ölkələrin 

qarĢılıqlı  mənfəətli  ticarət  və  təhlükəsizlik,  inam  və  hüquq 

bərabərliyi prinsipləri əsasında birləĢmələri əhəmiyyət kəsb etməyə 

baĢlayıb.  Dahi  Nizami  çox  əsrlər  əvvəl  bu  barədə  yazırdı:  ―Həyat 

nəyə gərəkdir, bir həmdəmin olmasa?Ġnsan çətin yaĢayar dosta əmin 

olmasa‖. 

 

Bu baxımdan, Avropa Ġttifaqının hansı istiqamətdə inkiĢaf etdiyi və 



bu inkiĢafın nəticələri məsələsi bizim üçün ən önəmli məsələ olaraq 

qalır. O, adından və formasından (federasiya, konfederasiya, ittifaq 

və  ya  baĢqa  bir  birlik)  asılı  olmayaraq,  ölkələri  vahid  xarici 

siyasətlə – ən azı müasir dövrün əsas məsələləri üzrə, habelə vahid 

super-dövlət  kimi  böyük  ―oyunçulara‖  qarĢı  durmaq  üçün  – 

birləĢdirəcək qədər yaxınlaĢdıra biləcəkmi? Mən artıq kifayət qədər 

köhnəlmiĢ  ―çağırıĢ‖ sözünü  yenə iĢlədirəm,  ancaq  cəsarətli,  böyük 

və  icrası  asan  olmayan  ―Avropa  Ġttifaqı‖  layihəsinin  özünü  yalnız 

belə  adlandırmaq  olar.    Onun  təĢkili  imperiyanın  yaradılmasına 

oxĢamır, çünki zorakılıq və məcburiyyətdən istifadə edilmir, burada 

tabeliyində  əyalətləri  olan  mitropoliya  ola  bilməz.    Onu  Amerika 

BirləĢmiĢ ġtatlarının yaranması ilə də müqayisə etmək olmaz, çünki 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə