www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
146
Bəlkə də bu qəribə səslənir, amma mənə elə gəlir ki,
―multikulturalizm‖ termini ―beynəlmiləl sovet mədəniyyəti‖ sovet
fenomeninə cavab olaraq uydurulmuĢdur. Qərbdə 70 il ərzində
onlarla peĢəkar sovetĢünaslar bu fenomenin nadirliyini, bəzən ona
ağlabatan izah tapmayaraq öyrənirdilər. Yeri gəlmiĢkən, ―homo
sovetikus‖ termininin yaranmasının əsas amili də elə bu oldu.
Qərbdə anlaĢılmayan rassional və praqmatik xüsusiyyətlərə malik
olan insanı sovetĢünaslar belə adlandırırdı.
Rusiyanın dünyaya ibrət dərsi verməyinin, qərb nöqteyi-nəzəridən
tamamilə rassional olmayan yanaĢmasını iki misalda göstərmək
istərdim. 1919-cu ildə Rusiyada hər tərəfdə aclıq, soyuq, yoxsulluq
və vətəndaĢ müharibəsi tüğyan edirdi. Əhalinin böyük əksəriyyəti
kütləvi savadsız idi. DüĢünmək olardı ki, bütün ölkə, ən əsas da
mədəniyyət itirilmiĢdir. Və elə bu vaxt Maksim Qorkinin təĢəbbüsü
ilə Dünya Ədəbiyyatı kitabxanası nəĢr olunmağa baĢlandı.
Ġkinci fakt. 1941-ci ilin 19 oktyabrıdır. Mühasirəyə alınmıĢ
Leninqradda nə çörək, nə iĢıq, nə də istilik var, hücum etmiĢ alman
ordusu Pyotr Ģəhərinin mərkəzini bombalamağa baĢlayır. Elə həmin
vaxt, Leninqrad ĢərqĢünaslıq məktəbinin nümayəndələri Ermitajın
binasında görkəmli Azərbaycan Ģairi və mütəfəkkiri olan Nizami
Gəncəvinin təntənəli yubileyini qeyd edərək, ġestakoviçin məĢhur
7-ci simfoniyasını səsləndirirlər. Leninqrad cəbhəsinin siyasi
idarəetməsi ĢərqĢünas-məruziçilərinə əsas cəbhə xəttindən
(Kolpino və Vnukova ətrafından) bir günlüyə uzaqlaĢmağa icazə
verdi.
Məhz intellektual və mədəni elitanın bu fədakarlığı və mücahidliyi
əsas amil olaraq ölkəyə iki güclü dövlətdən biri olmağa, ikinci
dünya müharibəsində qalib gəlməyə, birinci kosmosa adam
göndərməyə, idarə olunmayan iki kosmik aparatın Ayda və Marsda
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
147
yerləĢdirilməsinə, atom elektrik stansiyasını tikməyə, lazer
texnologiyaları yaratmağa imkan verdi.
Multikulturalizm təkcə musiqi və ədəbiyyat sahələrini əhatə etmir, o
həm də cəmiyyətin bütün təbəqələrinə təsir edən siyasətə,
iqtisadiyyata, dövlət idarəetmə sisteminə, ictimai həyata, elmə və s.
təsir edən ictimai fenomendir. Rus və keçmiĢ ittifaqın baĢqa
xalqlarının mədəniyyəti kimi, Azərbaycan mədəniyyəti də həmin o
70 il ərzində beynəlmiləl sovet mədəniyyətinin məhsuludur. SSSR-i
xalqlarının milli mədəniyyətləri məhz onların həmahəng qarĢılıqlı
təsirinə görə kifayət qədər formalaĢıblar. Buna baxmayaraq, biz
azərbaycanlılar öz özünəməxsus mədəni dəyərlərimizi qorumaq,
ənənəvi milli dəyərlərimizi zənginləĢdirməyə müvəffəq olduq.
Həmin o mədəni və milli dəyərləri ki, terminologiyada dolaĢıb
qalan qərb intellektual əqidəsi itir.
Mənim zənnimcə, Rusiya və Azərbaycanın tarixi və mədəniyyəti,
hələ multikulturalizm termininin yaranmasından min il qabaq baĢ
verən mədəniyyətlərin qarĢılıqlı zənginləĢməsi və dərindən
çuğlaĢmasının bariz nümunələridir.
Biz fəxr hissi ilə muğamımızdan, misiqimizdən, memarlığımızdan
və mədəniyyətimizdən daniĢa bilərik, çünki Azərbaycan bir region
olaraq min illər boyu daim Ġran, ərəb və rus mədəniyyətlərinin
mədəni təsirinə məruz qalmıĢdır.
Yeri gəlmiĢkən, Rusiya Federasiyası öz ərazisində Azərbaycan
dilinə
dövlət
dili
statusunu
(Dağıstan
Respublikasının
Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qeyd olunub)
verən dünyada yeganə ölkədir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
148
Mən heç də beynəlmiləl sovet mədəniyyətinin tərəfdarı deyiləm.
Sadəcə olaraq biz nəzərə almaya bilmərik ki, məhkum olunmuĢ
totalitar sistemin ağırlığı altında devrilən bu model iĢləyirdi və
kifayət qədər effektiv idi. Nəhayət, bu beynəlmiləl mədəniyyət
sovet fenomeni kimi qərb analitikləri üçün gözəl və gələcəyi olan
alternativ multikulturalizmə, onların zənnincə, stimul ola bilər.
Sovet sistemində səhvlər və qüsurlar çox idi, lakin Sovetlər
PuĢkinin, ÇernıĢevskinin, Belinskinin, Dobrolyubovun, Gertsenin
mücahidlik, xalq maarifi ideyalarının təsiri altında təkcə Rusiya
Ġmperiyasının ucqarlarında milli elitanı deyil, həm də baĢqa
millətlərin nümayəndələrinin orta ziyalı təbəqəsini yarada bilmiĢdir.
Bu da öz növbəsində, indi Qərbdə yer almıĢ mədəni disbalansın
qarĢısını aldı.
Kiçik torpaq sahəsində mühüm tarixi hadisələr və nadir memarlıq
üslubunun həyata keçirildiyi ―Ġçəri Ģəhər‖ memarlıq ansamblının
YUNESKO tərəfindən dünya mədəni irsinin abidələri sırasına
salınması Azərbaycan ərazisində mədəniyyətlərin qarĢılıqlı təsirinin
əyani sübutudur.
Qız qalasının yaxınlığında Ģiə, ləzgi məscidi və xristian kilsəsi
yerləĢir. Məhz Qız qalasınını ətəyində xristianların 12 apostolundan
biri olan, əfsanəyə görə elə burada öldürülmüĢ, müqəddəs
Varfolomey apostolunun kiçik kilsəsi yerləĢir. Bütün bunlar
beynəlmiləl
sovet
mədəniyyətinin
və
multikulturalizmin
yaranmasından öncə olmuĢdur. Biz sadəcə belə yaĢayırdıq, bizim
xalq və mədəniyyətimiz müxtəlif etnik və mədəni proseslərin
sintezidir. Ölkədə indi də Azərbaycanın mədəni palitrasını
zənginləĢdirən milli və mədəni özünüifadə hüquqları olan onlarla
millət və etnik qruplar yaĢayır.
Dostları ilə paylaş: |