MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə50/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   46   47   48   49   50   51   52   53   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

155 

mədəniyyətləri  özümüzdə  birləĢdirərək,  çoxmədəniyyətli  dövlətə 



çevrilə  bilərik.  Lakin  bizim  hələ  də  problemlərimiz  mövcuddur. 

Əsas  problem  fundamentalist  insanların  problemidir.    Onlar  vahid 

mədəniyyətin  və  vahid  dilin  zorla  tətbiq    olunmasını  istəyirlər. 

Lakin xalqımızın, hökumətimizin, silahlı qüvvələrin köməkliyilə biz 

bunu tənzimləməyə  çalıĢırıq, ancaq deyərdim ki, bu istiqamətdə az 

nəaliyyətlər əldə etmiĢik. 

 

Arsel Brass, 

  Pakistan 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

156 


 

 

XXI əsr – dünyamız hara gedir? Bir qütblü, yoxsa 

çoxqütblü modelə doğru? 

 

Hörmətli  xanımlar  və  cənablar!  YaxĢı,  ya  da  pis  olduğunu  deyə 



bilmərəm,  amma  biz,  yaĢlı  nəslin  nümayəndələri  iyirminci  əsrin 

övladlarıyıq,  o,  bizdə  öz  izini  buraxıb.  Biz  məhz  həmin,  keçib-

gedən dövrdə etiqadlarımızı qazanmıĢ, tərbiyə, təhsil almıĢıq, ancaq 

Ģübhə yoxdur ki, o, Klaasın külləri kimi bizim ürəyimizə vurur. Çox 

vaxt özümü sənəd və ya məqalə üzərində tarix qoyarkən, mexaniki 

olaraq  rəqəmi  min  doqquz  yüzdən  baĢlayarkən  yaxalayıram,  lakin 

axı  artıq  iki  min  on  birinci  ildir!  YaĢıdlarım  deyir  ki,  onların  da 

baĢına  belə  Ģeylər  gəlir.  Ġyirminci  əsr  bizim  baxıĢlarımızı 

formalaĢdırıb, dəyərlərimizi təyin edib. 

 

Ona  görə  də  bizim  mövqelərimizi,  dəyərlərimizi,  uğur  və 



müvəffəqiyyətsizliklərimizi  iyirmi  birinci  əsrin  ayağına    yazaraq 

ona  qiymət  vermək  risklidir.  Əlbəttə  yeni  gələn  əsr  gedən  əsrdə 

qazanılan uğurların, texnologiyaların davamıdır – XX əsr XIX əsri 

əvəz edəndə də belə olmuĢdu. 1850-ci ildə kim güman edə bilərdi 

ki,  bəĢəriyyət  atomu  parçalayacaq,  elektrik  enerjisi  insanların 

həyatını asanlaĢdıracaq, ancaq bununla bərabər insan nəslinin məhv 

edilməsinə  xidmət  edəcək  –  atom  bombaları  neçə-neçə  Ģəhəri 

darmadağın  edəcək,  onların  insan  sağlamlığına  təsiri  hələ  də  hiss 

edilməkdədir.  XIX  əsrdə  bəĢəriyyət  kosmik  raketlərin  inĢasını, 

onların  kosmosa  göndərilməsini,  insanın  açıq  kosmik  fəzaya 

çıxmasını  və  bizim  mavi  planetin  Ģəklinin  Aydan  çəkilməsini, 

zondların GünəĢ sistemində hərəkət edərək, yer haqqında məlumat 

toplamasını  xəyal  edə  bilməzdi.  Eləcə  də  kommunikasiya 

vasitələrinin kəĢf edilməsi və inkiĢafı – yataq otağında duran və ya 

cibimizdəki  telefon  bir  neçə  saniyə  ərzində  okeanın  o  tayındakı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

157 

yaĢayıĢ  məntəqəsi  ilə  əlaqə  yaradır,  göyərtəsində  minlərlə  sərniĢin 



olan  uçan  aparatlar  gündüz  də,  gecə  də,  yağıĢda  da,  qarda  da, 

quĢlardan  yuxarıya  qalxaraq  çox  böyük  məsafələrə  uçur  –  bu 

fantastik dərəcədə mümkünsüz idi. 

 

Tərəqqinin paradoksu elə bundadır: mümkünsüz olan mümkün olur, 



mümkün  olan  isə  real,  gündəlik  həqiqətə  çevrilir.  Sözümü  ona 

gətirmək  istəyirəm  ki,  vaxt  gələcək,  XX  əsr  də  XXI  əsrin  fikir 

adamlarının  gözündə  sadəlövh  və  gülməli  görünəcək,  xüsusən  də 

totalitar  faĢizm  və  kommunizm  doktrinalarının  həyata  keçirilməsi 

yolu  ilə  yeni  insan  və  yeni  cəmiyyət  yaratmaq  cəhdlərinə  görə. 

Cisimlərin  daxili  məntiqi  elədir  ki,  demokratik  məqsədləri  qeyri-

demokratik  vasitələrlə  həyata  keçirmək  olmaz.  Məqsədlər  və 

vasitələr arasında ziddiyyət olduqda, ayrılmalar, ixtilaflar meydana 

gəlir, 

onda 


qeyri-demokratik 

instrumentarilər 

demokratik 

məqsədləri  çəkib  çıxarır,  sıxıĢdırır,  özü  isə  məqsədə  çevrilir, 

beləliklə ilkin məqsədlər yox olub gedir. BaĢqa sözlə desək, baĢqa 

cür  düĢünənlər  üçün  konslagerlər,  qaz  kameraları,  gizli  dinləmələr 

və donoslar, bütöv xalqların deportasiya və genosidi ədalətli, azad, 

demokratik cəmiyyət qurmağa yardımçı ola bilməz, əksinə, əxlaq və 

mənəviyyatdan xəbərsiz bir cəlalətpərəstlər kütləsi meydana gəlir. 

 

XX  əsri  yalnız  totalitar  faĢizm  və  kommunizm  rejimlərinin 



hakimiyyəti  və  onların  bəĢəriyyətə  gətirdikləri  Ģərlə  xarakterizə 

etmək  olduqca  birtərəfli  və  məhdud  bir  görüĢ  olardı.  Ən 

antihumanist, amansız, qanlı olması ilə yanaĢı bu ən ziddiyyətli, ən 

yaradıcı,  qurucu,  əzəmətli  bir  əsr  idi.  Böyük  elmi  kəĢflər,  elm, 

texnika,  mədəniyyət,  ədəbiyyat  və  kinematoqrafiya,  teatr  və 

rəssamlıq sahəsindəki nailiyyətlərdən danıĢmamaq olmaz. 

 

XX  əsr  elə  güclü  elmi  təfəkkür  sıçrayıĢı  ilə  səciyyəvidir  ki,  onu 



yalnız  Aristotelin  formal  məntiqi,  Evklidin  həndəsəsi,  Arximedin 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə