MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə52/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   48   49   50   51   52   53   54   55   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

161 

bu  quruma  daxil  olanlar  cəmi  200  il  əvvəl  geniĢ  ərazilərdə 



məskunlaĢan  təsadüfi  mühacirlər  deyil,    minillik  tarixi,  dərin 

mədəni, dini və hərbi ənənələri olan dövlətlərdir. 

 

Ona görə də Avropa Ġttifaqına üzv ölkələrin inteqrasiyasını ittifaqın 



bir super dövlət kimi çıxıĢ etməsi, bu zaman onu təĢkil edən böyük 

dövlətlərin  –  onların  heç  biri  öz  simasını,  əhəmiyyətini  itirməyə 

razılaĢmayacaq  –  suverenliyinə  zərər  yetirməyəcək  Ģəkildə 

gücləndirmək  çətin,  az  qala  qeyri-mümkün  olacaqdır.  Digər 

tərəfdən əslində Avropa Ġttifaqı üzv ölkələrin simasını itirməsində, 

unifikasiyasında  maraqlı  deyil,  çünki  bizim  fərqlərimizin  inkar 

edilməsi  Avropanın  yüz  illərlə  deyil,  min  illər  ərzində  toplanmıĢ 

siyasi, mədəni və hərbi irsindən imtina etmək demək olardı. Burada 

fərqlərə  təhlükəsiz  Ģəkildə  riayət  edilməsinin  kövrək  sərhədini 

tapmaq  üçün  problemi  hər  dəfə  ətraflı  Ģəkildə  düĢünmək  lazım 

gələcək. 

 

Əgər  ―Ġyirmi  birinci  əsr  necə  olacaq  –  birqütblü  ya  çoxqütblü?‖ 



mövzusuna  qayıtsaq,  bir  Ģeyi  əminliklə  demək  olar:  ikiqütblü 

olmayacaq. Ötən əsrdə dünyanın bu quruluĢ modeli özünü tamamilə 

etibardan  saldı,  çünki  onun  əsasında  hərbi-siyasi  və  ideoloji 

qarĢıdurmalar var idi ki, bunlar da qanlı müharibələrlə bitdi. Əsrin 

əvvəlində  bir  neçə  böyük  dövlətin  iki  antaqonist  blokda 

qruplaĢmasından sonra Antanta və Üçlük koalisiyası Birinci Dünya 

Müharibəsini alovlandırdı. Və nəhayət artıq yalnız Avropanın deyil, 

digər  qitələrin  də  bir    qrup  dövlətləri  tərəfindən  baĢlayan  Ġkinci 

Dünya Müharibəsi. Yenə iki blok formalaĢdı – faĢistlər və antihitler 

koalisiyası.  Bu  qarĢıdurmanın  nəticələrini  xatırlatdım,  amansız 

müharibənin nəticələri isə hələ də hiss edilməkdədir. 

 

―Soyuq  müharibə‖nin  səbəbi  də  iki  hərbi  quruluĢun:  NATO  və 



VarĢava  saziĢinin  meydana  gəlməsi  oldu.  Bəxtimiz  gətirdi  ki,  bu 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

162 


müharibənin  qan tökülmədən  bitməsinə  Ģahid  olduq, ancaq  hər iki 

qrupun nüvə silahı və maksimal uzaqlığa malik raketə sahib olması 

bəĢəriyyətin məhv edilməsinə səbəb olardı. 

 

Mənim  acizanə  fikrimcə,  çoxqütblü  modelin  Ģansları daha  çoxdur. 



Bir neçə güclü ―oyunçu‖ nəzərə çarpacaq sürətlə formalaĢmaqdadır, 

ABġ-dan və Çindən baĢqa siyasi  səhnənin ön planına çıxır. Rusiya 

Federasiyası  da  cəsur  tələblər  irəli  sürür.  BaĢqa  kimdə  bu  qədər 

təbii  resurslar,  müasir  silahlar  var?  RF-in  kosmosdakı  yerini  də 

unutmaq olmaz. Milyarddan çox əhaliyə, inkiĢafda olan iqtisadiyyat 

və texniki tərəqqiyə malik olan Hindistan da yaddan çıxmamalıdır! 

 

Avropa  Ġttifaqı  500  000  000    əhalisi,  dünya  xəritəsində  iqtisadi 



qüdrəti  və  geniĢlənmə  perspektivləri  ilə  bu  ―oyun‖da  ən  gənc 

oyunçu olacaq. 

 

Avropa  Ġttifaqının  iqtisadi  nəhəng  və  siyasi  cırtdan  olduğunu 



deyirlər ki, bu da əsassız deyil. Bu ―qayçılar‖ı  heç siyasətdən baĢı 

çıxmayan insanlar da adi gözlə görür. Hər hansı siyasi məsələ üçün 

kim  və  nə  vaxt  AĠ-nin  fikri  ilə  maraqlanıb?  Bu  fikirlə  kim 

hesablaĢar?  Heç  kim.  Çünki  Avropa  Ġttifaqının  üzvləri  olan  ayrı-

ayrı  ölkələrin  fikirləri  var,  bu  fikirlər  çox  vaxt  fərqlənir.  Məsələn, 

―Türkiyə Avropa Ġttifaqının tamhüquqlu üzvü olmalıdırmı?‖ sualına 

Almaniya və Fransa ―yox‖ dedi. Yunanıstan da onları dəstəkləyirdi. 

Böyük  Britaniya  ―hə‖  dedi.  AĠ-nin  üzvü  olmasa  da,  ABġda  bu 

namizədliyin ―lehinə‖dir. Türkiyəni Bolqarıstan, Rumıniya və baĢqa 

Balkan ölkələri də dəstəklədi. 

 

Məhz  Türkiyənin  Avropa  Ġttifaqına  qəbul  edilməsi  qədim  qitənin 



siyasətçiləri  və  dövlət  baĢçıları  qarĢısında  Ġttifaqın  öz  gələcəyinə 

dair  suallar  qoyur.  Onların  bu  suallara  verəcək  aydın  bir  cavabı 

yoxdur.  Hətta  dəvəquĢu  kimi  baĢını  qumun  altında  gizlətsən  belə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

163 

problemin  öz-özünə  itdiyini,  həll  olunduğunu  hesab  etmək  olmaz.  



Variant  kimi,  yeni  bir  terminologiya  quraĢdırılır,  məsələn, 

―imtiyazlı partnyorluq‖. Bu statusun məqsədi Türkiyənin qəbulunu 

qeyri-müəyyən  müddətə,  çox  güman  ki,  özünün  imtina  edib, 

namizədliyini geri çəkəcəyi zamana kimi uzatmaqdır. 

 

Türkiyənin Avropa Ġttifaqına qəbul edilməsinin əleyhinə bilavasitə 



çıxıĢlar  da  var,  məsələn,  Fransa  prezidenti  Nikola  Sarkozi  və 

Almaniya  kansleri  Anhela  Merkel  və  bəzi  avstriyalı  siyasətçilər 

bənzər  çıxıĢlar  edir.  Ancaq  bir  qayda  olaraq,  onların  arxasında 

inandırıcı,  əsaslandırılmıĢ  dəlillər  durmur.  Niyə?  Bu  yaxınlarda 

keçmiĢ Fransa prezidenti Jiskar d’Esten əhalisinin sayı AĠ-nin bütün 

əhalisinin  beĢ  faizindən  artıq  olan  ölkələri  Avropa  Ġttifaqına  qəbul 

etməyi qadağan edən qanun qəbul etməyi təklif etdi. Hazırda AĠ-nin 

əhalisi  beĢ  yüz  milyon  olduğundan,  bu  Türkiyə  və  Ukraynanın 

avtomatik  olaraq  namizədlərin  siyahısından  çıxarılması  deməkdir. 

Birdən Rusiya da nə vaxtsa Ġttifaqın üzvü olmaq istəsə?! Mən artıq 

bu barədə heç danıĢmıram. 

 

Bütün  bu  axtarıĢların  və  mülahizələrin  arxasında  böyük  Avropa 



dövlətlərinin  əsasən  də,  Fransa  və  Almaniyanın  daha  böyük 

dövlətlərlə  rəqabətə  girmək  qorxusu  görünür.  Çünki  böyük  dövlət 

daha  çox  deputata  sahib  olur,  deməli,  qərar  qəbuluna  və  Avropa 

Ġttifaqının bütövlükdə idarəedilməsinə təsir edə bilər. 

 

Bu  narahatlıqların  əsası  yoxdur.  Onlar  geri  qalmıĢ  zehniyyətə 



əsaslanır:  sanki  Avropa  parlamentində  ―solçular‖,  ―sağçılar‖, 

―mərkəzçilər‖  yoxdur,  deputatlar  isə  kompakt  Ģəkildə,  milli 

mənsubiyyətə görə səs verir. Ancaq bu belə deyil. Siyasi plüralizm 

olduqda,  qərarların  qəbul  edilməsində  yardımçı  olan  demokratik 

mexanizm və üsullardan istifadə edildikdə bu yanlıĢ anlaĢılmalar öz 

mənasını itirir. Bütün bunlar yalnız Avropa Ġttifaqının üzvü olmaq 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə