MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə63/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   59   60   61   62   63   64   65   66   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

197 

üçün zəruridir, konkret olaraq, bizim daxili sekresiya orqanlarımıza 



lazımdır.  Çünki  əgər  insan  oyaq  vəziyyətdədirsə,  onun  sistemini 

tamamilə  Ģüur  tənzimləyir,  tənzimləyici  sistem  olmadıqda  insan 

demək olar ki, xəstə olur, ona bəzən hətta dərman da kömək etmir, 

ancaq mədəni dəyərlər –  yaxĢı musiqi, gözəl rəsm əsəri kömək edir 

və  demək  istərdim  ki,  bu  milli  mənsubiyyətdən  asılı  deyil.  Əgər 

istənilən millətdən olan insan Parisə gəlib muzeydə orta əsrlərə aid 

– hansı əsrə aid olması önəmli deyil – gözəl bir rəsmə baxırsa, axı 

heç kim bu insanın millətini soruĢmur, ancaq bu insan rəsmi mədəni 

dəyər  kimi  qəbul  edir  və  ya  filarmoniyada  yaxud  da  teatrda 

musiqini  dinləyir.  Yəni  musiqinin,  təsviri  incəsənətin  milli 

mənsubiyyəti  olmur.  Onlar  ümumbəĢəridir,  insan,  bəĢəriyyət 

üçündür.  Çünki  onların  hamısı  vahid  təbiətə,  harmonik  təbiətə 

malikdir.  Ona  görə  də  milliyyət  soruĢulmur,  çünki  Allahın  vahid 

proqram  üzrə  yaratdığı  insan  beyni  insanın  qəbul  edə  biləcəyi 

istənilən mədəni dəyərin mütləq spektral analizatorudur. 

 

Digər tərəfdən əgər insan xüsusilə baxmaq, belə demək mümkünsə, 



mədəni  dəyərlərdən  yararlanaraq  yüksəlmək  istəyirsə,  bu  ayrı 

məsələdir və ya bir də görürsən ki, liftdə qalxanda gözəl bir musiqi 

çalınır  və  bu  musiqini  dinləyirsən.  Bu  ona  bənzəyir ki,  nəfəs  alıb, 

almayacağımızı  soruĢaq.  Mədəni  dəyərlər  də  bu  cür  bizdən 

soruĢmadan bizə nüfuz edir, daxil olur. Hesab edirəm ki, bu mənada 

hər  bir  xalq,  millət  ilk  növbədə,  öz  milli  mədəniyyətini  qoruyub 

inkiĢaf  etdirməli,  yeniləməlidir.  Ancaq  bununla  bərabər,  paralel 

olaraq  baĢqa  xalqların  mədəniyyətini  də  özünə  gətirməlidir.  Hər 

hansı millətdə, ölkədə mədəni dəyərlər nə qədər çox olsa, bu yalnız 

həmin millətin, bu ölkədə yaĢayan insanın xeyrinədir, Ona görə də 

hesab  edirəm  ki,  bu  gün  multikulturalizmdən  bu  aspektdə 

danıĢırıqsa, bunların tam vaxtıdır, mədəniyyətin həqiqətən də bütün 

evlərə, bütün millətlərə, ölkələrə nüfuz etməsi, daxil olması üçün bu 

istiqaməti daha da inkiĢaf etdirmək lazımdır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

198 


 

Ağacan Əbiyev, 

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman 

Akademiyasının rektoru  

 

 



  

 

 



 

Multikulturalizm: qloballaĢma dövrünün çağırıĢı 

kimi 

 

Son  zamanlar  KĠV-də  çox  geniĢ  istifadə  edilən  multikulturalizm 



anlayıĢı bir sıra elmi tədqiqatlar üçün əsas sayılır. Prinsip etibarilə, 

bu  həm  nəzəriyyə,  həm  praktika,  həm  tarix  və  nəhayət,  həm  də 

siyasətdir.  Bu  anlayıĢın  mahiyyəti  bir  tərəfdən,  müxtəliif 

eyniliklərin  konkret  milli  eyniliyin  quruluĢunda  açılır.  Yəni  milli 

mədəniyyət həmiĢə tarixi nəticədir. Ġstənilən müxtəlif mədəniyyətin 

məcmusu 


kimidir. 

Diğər 


tərəfdən 

isə, 


müasir 

dünya 


multikulturaldır,  yəni  onu  bir  mədəniyyətə  aid  etmək  olmaz. 

QloballaĢma Ģəraitində bu anlayıĢın aktuallığı elə bir yüksək həddə 

çatır  ki,  indi  dünya  qarĢısında  artıq  belə  bir  dilemma  mövcuddur: 

multikulturalizm, 

yaxud 

arxaikləĢdirmə  və  mədəniyyətlərin 



toqquĢması (S. Xantinqton). 

 

Aydındır  ki,  anlayıĢın  aktuallığı  onun  tədqiqatının  zəruriliyini 



Ģərtləndirir. 

Azərbaycanda 

multikulturalizm 

problemləri 

filosofların,  mədəniyyətĢünasların,  politoloqların  və  digərlərinin 

diqqət mərkəzindədir. Multikulturalizm problematikasının aktuallığı 

anlayıĢı  bizim  üçün  müəyyən  dərəcədə  onunla  izah  olunur  ki,  biz 

onun  dövlətlərarası  münasibətlərdə  kəskiliyi  ilə  hələ  80-ci  illərin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

199 

sonlarında  rastlaĢmıĢdıq.  O  vaxtki  Sovet  Ġttifaqında  yaranmıĢ 



millətlərarası  münaqiĢələr  göstərdi  ki,  millətlərarası  münasibətdə 

heç  də  hər  Ģey  yaxĢı  deyil,  beynəlmiləlçilik  bu  problemlərin  həlli 

üçün  kifayət  etmir.  O  zaman  aydın  oldu  ki,  millətlərarası 

münasibətlər  təkcə  Ģaquli  münasibətlərə  yönəlmir  və  ictimai  Ģüur 

millətlərarası  münasibətlərin  inkiĢaf  prosesinə  öz  anlayıĢını  ortaya 

qoyur. 


 

O  vaxtdan  biz  Azərbaycan  Milli  Elmlər  Akademiyasında 

problemləri  bu  və  digər  dərəcədə  araĢdırmağa  çalıĢaraq  müəyyən 

təcrübə  əldə  etdik.  DüĢünürük  ki,  bu  digər  ölkələrdən  olan 

həmkarlarımıza  maraqlı  olacaq.  Belə  ki,  multikulturalizm  və  onun 

milli  mədəniyyətin  inkiĢafında  rolu,  mədəniyyətlərin  dialoqu 

mövzusunda çoxlu məqalələr var.*  Qeyd etmək istərdik ki, bizim 

filosoflar  Rusiya  Akademiyası  Fəlsəfə  Ġnstitutundan  olan 

həmkarları  ilə  multikulturalizm  məsələlərinin  həllinin  dərk 

edilməsi,  mədəniyyətlərin  qarĢılıqlı  əlaqəsi  və  digər  mövzularda 

müntəzəm olaraq birgə tədqiqatlar aparırlar. 

 

Etiraf etmək lazımdır ki, multikulturalizmin tədqiqi birinci növbədə 



kompleks,  inzibati  yanaĢma  tələb  edir  və  məsələ  təkcə  onda  deyil 

ki,  o,  siyasi,  beynəlxalq  iqtisadi  hüquqi,  etik  və  digər  aspektlərə 

malikdir. Hər bir mədəniyyət problemi inzibati əhəmiyyət daĢıyır. 

 

Ġkincisi,  multikulturalizmə  aid  hər  bir  yanaĢma  müasir  dünyada 



fəlsəfənin  üstün  məqsədi  haqda  eyniliyin  dərk  edilməsi, 

qiymətləndirməsi, milli eyniliyin olması, bu  eyniliyin dəyiĢməsinin 

səbəbi,  eyniliyin  dərəcəsi  və  s.  kimi  məsələlər  üzərində  yenidən 

düĢünməyə, baĢ sındırmağa filosofları məcbur edir. 

 

Üçüncüsü, bu sualın araĢdırılmasına dair fəlsəfi aspekt böyüməkdə 



olan  nəslin  tərbiyəsində  digər  mədəniyyətlərin  nümayəndələrinə 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə