MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə68/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   64   65   66   67   68   69   70   71   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

213 

ölkələrin  təcrübəsi  göstərir  ki,  yalnız  yüksək  səviyyəli  texnoloji 



tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkiĢaf etmiĢ ölkəyə 

çevrilmək mümkündür». 

 

Tolerantlıq  və  multikulturalizm,  eyni  zamanda,  demokratiyanın 



təməl  prinsiplərindən  olan  vicdan  azadlığının  təmin  edilməsi  və 

qanunun  aliliyidir.  Vicdan  azadlığı,  təhsil  və  elmə  əlçatanlığın 

olması,  insanların  sosial  və  iqtisadi  rifahının  yüksəlməsi,  qanunun 

aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir 

hadisə  olan  multikulturalizm  və  tolerantlıq  həm  də  cəhalətin, 

irqçiliyin,  ksenofobiyanın  süqutu,  nəticə  etibarilə  isə  cəmiyyətdə 

əmin-amanlıq,  bəĢəriyyətdə  isə  sülh  deməkdir.  Beləliklə,  müxtəlif 

siyasi, iqtisadi və coğrafi Ģəraitlərdə yaĢayan xalqların ədalətə çıxıĢı 

məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. 

Çünki  multikulturalizmin  olması  cəmiyyətdə  bərabərliyin, 

demokratiyanın,  tərəqqinin,  sosial  rifahın,  baĢqa  sözlə,  ədalətin 

bərqərarı  deməkdir.  Multikulturalizm  haqqında  diskursun  təĢkil 

edilməsi  isə  dünyada  ədalətə  və  sülhə  çağırıĢdır.  Heydər  Əliyev 

Fondunun  prezidenti,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 

Əliyeva  Azərbaycanda  tolerantlığın,  dözümlülüyü,  dünya 

mədəniyyətlərinin  rəngarəngliyinə  hörmətin  tarixinin  qədim 

olduğunu  və  yalnız  dialoq  və  dözümlülük  vasitəsilə  insanları  bir 

araya  gətirə  bilmək  üçün  buna  səy  göstərildiyini  qeyd  edib. 

Multikulturalizmi  bir  dəyər  sisteminə  çevirmiĢ  Azərbaycanda 

çoxmədəniyyətliliyin inkiĢafı istiqamətində aparılmıĢ məqsədyönlü 

siyasətin  nəticəsində  bu  gün  müxtəlif  mədəniyyətlərin  təmsilçiləri 

Azərbaycanın  siyasi,  iqtisadi  və  mədəni  elitasında  təmsil  olunur, 

ölkənin  həyatında  əsaslı  dəyiĢikliklər  və  inkiĢaf  prosesində 

yaxından iĢtirak edirlər. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya 

örnək  bir  dövlət  kimi  özünü  təsdiqləyə  bilib.  Azərbaycan  hazırda 

burada  yaĢayan  bütün  xalqların,  bütün  səmavi  dinlərə  tapınanların 

azad  yaĢadığı  bir  dövlətdir.  Əsrlər  boyu  formalaĢan  və  bu  gün  də 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

214 


özünün  yüksək  həllini  tapan  məsələlər  xalqların  firavan  taleyi  ilə 

bağlıdır. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, 

Azərbaycan  dünyanın  multikulturalizm,  tolerantlıq,  dözümlülük, 

humanitar əməkdaĢlıq mərkəzinə çevrilib... 

 

Təbriz VƏFALI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Multikulturalizmin böhranı haqda 

 

 



Almaniyada  multikulturalizm  ideyasının  iflasa  uğraması  haqqında 

artıq  dövlətin  birinci  Ģəxslərinin  özləri  də  çoxdandır  rəsmən 

danıĢırlar.  Belə  ki,  Almaniya  kansleri  Angela  Merkel  2010-cu  ilin 

oktyabr  ayında  Xristian-Demokrat  Ġttifaqının  (XDĠ)  üzvləri  ilə 

keçirdiyi  görüĢdə  bəyan  etmiĢdi  ki,  Almaniyada  multikultural 

cəmiyyət  qurmaq  cəhdləri  ―tamamilə  iflasa  uğrayıb‖.  A.Merkel 

demiĢdi:  ―Bizim  hal-hazırda  yan-yana  yaĢamağımızın  və  özümüzü 

bundan  xoĢbəxt  saymağımızın  əsasında  dayanan  konsepsiya  artıq 

iĢləmir‖.  Kansler  daha  sonra  gur  səslə  bəyan  etmiĢdi  ki, 

immiqrantlar alman cəmiyyətinə inteqrasiya olunmalı, Almaniyanın 

mədəniyyətini və dəyərlərini qəbul etməlidirlər. Bu bəyanat böhran 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

215 

yaĢayan  Avropa  Ġttifaqındakı  ümumi  əhval-ruhiyyənin  inikasına 



çevrildi.  Lakin  bu  bəyanatın  müstəsna  əhəmiyyəti  onda  idi  ki,  bu 

bəyanatla  həmiĢə,  xüsusilə  də  XX  əsrin  ikinci  yarısında  digər 

xalqların  nümayəndələrinin  ünvanına  kəskin  ifadələr  iĢlətməkdən 

yayınan  bir  ölkənin  lideri  çıxıĢ  etmiĢdi.  Bu  bəyanat  Almaniyada 

immiqrasiya  məsələsi  ətrafında  qızğın  debatlara  təkan  verdi  və  bu 

sahədəki mübahisələri nəzərəçarpacaq dərəcədə gücləndirdi. 

 

Merkelin  fikirləri  özünün  yetərincə  açıq  olması  ilə  heyrət 



doğururdu.  Almanların  II  dünya  müharibəsindən  bəri  öz  milli 

mədəniyyətlərinin üstünlüyü haqda ehtiyatla danıĢdıqları halda indi 

bu  məsələdən  həvəslə  söz  açması  da  heyrətamiz  idi.  Bənzər 

bəyanatın  mümkün  sosial  və  geosiyasi  nəticələri  nəzərə  alınmaqla 

o, lap əvvəldən əksəriyyət tərəfindən ifrat ciddiyyətlə qarĢılandı. Bu 

bəyanat  lap  əvvəldən  daha  geniĢ  qavrayıĢ  kontekstində  - 

immiqrasiya  probleminə  təkcə  almanların  yox,  bütün  Avropanın 

reaksiyası kimi - müvafiq fikir yaratmağa doğru aparmalı idi. Belə 

də oldu. 

Böyük  Britaniyanın  baĢ  naziri  D.Kemeron  və  Fransa  prezidenti 

N.Sarkozi  də  2011-ci  ilin  əvvəlində  A.Merkelin  bu  rəyi  ilə 

razılaĢdılar.  D.Kemeron  2011-ci  ildə  Münhendə  keçirilən 

konfransda  multikulturalizm  haqda  aĢağıdakı  fikirləri  söylədi: 

―Böyük Britaniyada bəzi gənclər özlərini valideynlərinin təcrübədən 

çıxardığı, tətbiq etdiyi ənənəvi Ġslam praktikası ilə çox çətinliklə bir 

arada görürlər. Lakin bu gənc insanlar özlərini elə Britaniya ilə də 

çox çətinliklə təcəssüm etdirirlər. Bunlar ona görə baĢ verir ki, biz 

öz  kollektiv  identikliyimizin  zəifləməsinə  imkan  vermiĢik.  Biz 

onların bir parçası olmağı istəyəcəyi cəmiyyəti necə görmək lazım 

olması  yollarını  təklif  edə  bilməmiĢik.  Biz  həmçinin  ayrı-ayrı 

icmaların  belə  davranmasına  dözümlü  yanaĢmıĢıq.  Halbuki  bu 

davranıĢ bizim dəyərlərimizə tamamilə ziddir‖. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə