MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə67/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   63   64   65   66   67   68   69   70   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

210 


Azərbaycan  Dillər  Universitetinin  RegionĢünaslıq  və  beynəlxalq 

münasibətlər  fakültəsinin  dekanı  Anar  Nağıyevin  mövzu  ilə  bağlı 

fikirləri ilə tanıĢ olarkən çox maraqlı məqamlarla rastlaĢdıq. O yazır 

ki,  müasir  beynəlxalq  münasibətlər  sistemi  çərçivəsində  dünyanın 

hər  bir  nöqtəsində  yaĢayan  insanların  gələcək  inkiĢafının 

konturlarının  müəyyən  edilməsində,  eləcə  də  bu  istiqamətdə  elmi 

nailiyyətlərin  müzakirəsində  «Bakı  prosesi»  beynəlxalq  platforma 

olaraq  mühüm  əhəmiyyət  kəsb  etməkdədir:  ―Azərbaycanın  bu 

platformanın  mərkəzinə  çevrilməsində  Bakı  humanitar  forumları, 

eləcə də son on ildə ölkədə keçirilmiĢ müxtəlif beynəlxalq konfrans 

və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təĢkil edir. 

Respublika  ərazisində  mövcud  olan  bütün  dillərin,  dinlərin, 

mədəniyyətlərin,  etnosların  nümayəndələrinin  bərabər  imkanlar 

əsasında  birgə  yaĢaması,  elmin,  təhsilin,  qanunvericiliyin  və  insan 

kapitalının  inkiĢafına  yönəlmiĢ  gələcək  rifahın  müəyyən  edilməsi, 

bu  siyasətin  Azərbaycanın  digər  ölkələrlə  münasibətlərinin 

formalaĢmasında  prinsipial  məsələlərdən  biri  kimi  qarĢıya  çıxması 

ölkəni tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət 

olması ilə yanaĢı, bu dəyərlər ətrafında beynəlxalq diskursun təĢkil 

edildiyi  mərkəzə  çevirmiĢdir.  15  noyabr  2013-cü  ildə  prezident 

Ġlham  Əliyev  Bakı  və  Azərbaycan  Yeparxiyasının  Pravoslav  Dini-

Mədəniyyət Mərkəzinin açılıĢında iĢtirakı zamanı qeyd etmiĢdir ki, 

belə bir mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin 

göstəricisidir.  Bu  fakt  Azərbaycanın  tarixən  tolerant  və 

çoxkonfessiyalı  ölkə  olduğunu  bir  daha  sübut  etməklə  yanaĢı, 

ərazisindəki  dini  baxıĢların  inkiĢaf  etdirilməsi  üçün  dövlət 

dəstəyinin  yüksələn  xətt  üzrə  getdiyinin  nümunəsidir.  Təbii  ki, 

müasir 


Azərbaycanda 

çoxmədəniyyətlilik 

və 

müxtəlif 



konfessiyaların  bərabər  yaĢaması  üçün  göstərilən  diqqət  tarixən 

ölkənin  dövlətçilik  ənənələrinin  əsasını  təĢkil  edib,  müasir 

tariximizdə  isə  bu  tendensiya  ulu  öndər  Heydər  Əliyev  tərəfindən 

uğurla  inkiĢaf  etdirilmiĢdir.  Cənab  prezident  Ġlham  Əliyevin  qeyd 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

211 

edilən 


məsələyə 

xüsusi 


diqqət 

və 


həssaslığı 

isə 


çoxmədəniyyətliliyin 

təcəssüm 

etdirilməsində 

Azərbaycanı 

tamamilə yeni bir mərhələyə yüksəltmiĢdir‖. 

 

Bu 



cümlələrdən 

də 


açıq 

gorsənir 

ki, 

Azərbaycanda 



multikulturalizm,  tolerantlıq  və  dini  dözümlülüyün  dövlət  siyasəti 

səviyyəsində  inkiĢaf  etdirilməsinin  əsaslarını  ölkənin  qədim 

dövlətçilik  tarixi,  o  cümlədən,  bu  ənənələrin  inkiĢafını  özündə 

ehtiva  edir.  Tarixi  ənənələrə  nəzər  salsaq  görərik  ki,  tariximizin 

ayrı-ayrı dövrlərində bu ciddi məsələ özünü müsbət tərəfdən büruzə 

verib.  Məsələn,  istər  Səfəvilər  dövləti,  istər  XIX-XX  əsrlər 

maarifçilik  dalğası,  istərsə  də  Xalq  Cümhuriyyəti  dövründə 

Azərbaycan ərazisində yaĢayan digər etnik xalqlar və dini qrupların 

nümayəndələrinin  təmsilçiliyini  özündə  ehtiva  etmiĢ  bu  siyasi 

davranıĢ  XX  əsrin  sonlarında  ulu  öndər  Heydər  Əliyev  tərəfindən 

dövlətçilik ideologiyası formasına gətirilib. Bu da faktdır ki, Heydər 

Əliyev  bu  ideologiyanın  ən  gözəl  izahını  2001-ci  il  noyabrın  9-da 

Dünya  Azərbaycanlılarının  Birinci  Qurultayı  zamanı  etdiyi 

çıxıĢında  «Mən  həmiĢə  fəxr  etmiĢəm,  bu  gün  də  fəxr  edirəm  ki, 

azərbaycanlıyam» sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını 

öz  milli-mənəvi  dəyərlərini  unutmamağa,  bizim  hamımızı 

birləĢdirən,  həmrəy  edən  azərbaycançılıq  ideyası  ətrafında 

birləĢməyə  çağırıb.  Bu  kəlam  Azərbaycan  coğrafiyası  daxilində 

yaĢayan  müxtəlif  mədəniyyətlərin  həmrəyliyinə  təkan  verib.  Bu 

həmrəyliyin  əsasını  isə  tolerantlıq  və  multikulturalizm  təĢkil  edir. 

Bir  sözlə,  azərbaycançılıq  ideologiyası  ölkə  daxilində  müxtəlif 

mədəniyyətliliyin  və  dini  dözümlülüyün  əks  olunduğu  vahid  bir 

dəyərlər  sistemidir.  Bundan  belə  qənaətə  gəlmək  olar  ki,  bizə 

tarixən  xas  olan  tolerantlıq  dini  dözümlülük  və  etnik  bərabərlik 

mənasında  iĢlədilir.  Azərbaycanın  timsalında  dözümlülük  və 

bərabərlik  həm  də  dini  konfessiyaların  və  etnik  qrupların  birgə 

mövcudluğu,  əməkdaĢlığı  və  bərabər  imkanları  üçün  qarĢılıqlı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

212 


hörmət  və  münasibətlər  sistemi  olaraq  qəbul  edilir.  Bir  sözlə, 

müasir Azərbaycan modeli həm dinlərin bərabər inkiĢaf imkanlarını 

və etnik qrupların birgə yaĢamasını təmin edir, həm də digər inanc 

və  mədəniyyətlərə  mənsub  olan  müxtəlif  qruplara  hörmətin  və 

təmsilçiliyin təqdim edilməsini özündə ehtiva edir. Prezident Ġlham 

Əliyev  III  Bakı  Beynəlxalq  Humanitar  Forumunda  etdiyi  açılıĢ 

nitqində  forumun  Azərbaycanda  keçirilməsinin  təbii  hal  olduğunu 

qeyd  edərək  bildirib:  «Azərbaycanda  hökm  sürən  ictimai-siyasi 

quruluĢdan  asılı  olmayaraq,  bütün  dövrlərdə  Azərbaycan 

dözümlülük,  tolerantlıq  məkanı  olmuĢdur.  Bu  gün  müstəqil 

Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur». 

 

Məhz  bu  səbəbdən  də  XXI  əsrin  Azərbaycanı  bu  münasibətlər 



sistemini  özündə  cəmləĢdirərək  müasir  dünyanın  tolerantlıq 

simvollarından  birinə  və  digər  cəmiyyətlər  üçün  örnək  modelinə 

çevrilib.  Dini  tolerantlığın  bir  həyat  tərzinə  çevrildiyi  Azərbaycan 

ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni 

zamanda,  müxtəlif  inancların  qarĢılıqlı  hörmət  Ģəraitində  yaĢaması 

tarixi  ənənələrin,  müasir  zamanda  isə  müvafiq  qanunvericiliyin  və 

məqsədyönlü  dövlət  siyasətinin  göstəricisidir.  2002-ci  ilin  22-24 

may  tarixində  Bakıda  rəsmi  səfərdə  olmuĢ  Vatikan  Dövlətinin 

baĢçısı, dünya katoliklərinin dini rəhbəri olan Roma Papası II Ġoan 

Pavel ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqətə görə ulu 

öndər Heydər Əliyevə təĢəkkürünü belə bildirib: «Qoy üç böyük din 

tərəfindən izhar edilmiĢ bu məhəbbət Ģahidliyinə görə Allaha həmd 

olsun!». 

 

Qeyd  edək  ki,  çoxmədəniyyətlilik  və  tolerantlıq  təhsilin  və  elmin 



inkiĢafına  təkandır.  2012-ci  ilin  28  yanvarında  Ġsveçrənin  Davos 

Ģəhərində  Azərbaycana  həsr  olunan  interaktiv  sessiyada  prezident 

Ġlham  Əliyev  deyib:  «Bir  neçə  il  əvvəl  mən  bəyan  etdim  ki,  biz 

«qara  qızıl»ı  insan  kapitalına  çevirməliyik.  Çünki  inkiĢaf  etmiĢ 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə