MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə62/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   58   59   60   61   62   63   64   65   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

194 


dövlət  təbii  ki,  daha  sabit  qalmaq  üçün  ―əridən  qazan‖dan  imtina 

edə bilməz. 

Nəhayət,  məsələnin  digər  bir  tərəfi  bütün  deyilənlərin  kütləvi 

mədəniyyət səviyyəsində ifadəsidir. Hər Ģeydən əvvəl xatırladaq ki, 

kütləvi mədəniyyət XX əsrin ortalarından, yəni kütləvi informasiya 

vasitələri  bütün  sosial  təbəqələr  arasında  yayılmaq  imkanı 

qazanandan sonra ortaya çıxmıĢdır. Maraqlı bir faktı da qeyd edək 

ki, hələ XX əsrin əvvəllərində sovet hakimiyyəti qurulanda yüksək 

mədəniyyəti  xalqın  səviyyəsinə  endirmək  məqsədi  ilə  alman 

marksist  Roza  Lüksemburqun  ―Ġncəsənət  xalq  üçün  anlaĢıqlı 

olmalıdır‖ fikrini əsas götürmüĢdülər. Lakin sonradan aydın oldu ki, 

əslində  Lüksemburq  ―Xalq  incəsənəti  anlamalıdır‖  demiĢdir.  Əgər 

birincidə 

incəsənətin, 

ümumiyyətlə 

mədəniyyətin 

primitivləĢməsindən söz gedirsə, ikinci halda söhbət xalqın ümumi 

intellektual  və  mədəni  səviyyəsinin  yüksəlməsindən  gedir.  Bəs 

kütləvi mədəniyyət bu gün nəyə xidmət edir? Məlum olduğu kimi, 

kütləvi  mədəniyyət  elit  və  xalq  mədəniyyətinə  nisbətdə  daha  az 

bədii dəyərə sahib olsa da, daha geniĢ auditoriyaya malikdir. Daha 

çox  əhalinin  gündəlik  həvəsləri  üçün  nəzərdə  tutulan  kütləvi 

mədəniyyət  təbii  ki,  yüksək  mədəniyyətlə  müqayisə  edilə  bilməz. 

Yüksək  və  milli  mədəniyyət  xalq  və  ya  etnos  tərəfindən  deyil, 

cəmiyyətin savadlı və intellektual təbəqəsi – yazıçı, rəssam, filosof, 

alimlər  tərəfindən  yaradılır.  BaĢqa  sözlə  desək,  milli  nüvəni 

formalaĢdıran  və  qoruyan  da  məhz  bu  intellektual  Ģəxsiyyətlər, 

ziyalı  təbəqəsidir.  Təsadüfi  deyil  ki,  ilk  vaxtlar  yalnız  yüksək 

təfəkkürlər və zövqlər üçün nəzərdə tutulmuĢ mədəniyyətin yüksək 

səviyyəsi, mütəxəssislərin də bildirdiyi kimi, yalnız 50 ildən sonra 

qeyri-mütəxəssislər aĢağı təbəqə üçün anlaĢılır. 

Müasir  dövrdə  informasiya  ötürücülərinin  artması  həm  də  kütləvi 

mədəniyyətin  daha  geniĢ  miqyas  kəsb  etməsi  deməkdir.  Kütləvi 

mədəniyyət  daha  çox  populyar,  primitiv,  eyni  zamanda,  xüsusi 

dəyər  kəsb  etməyən  keyfiyyətlərin  tərənnümüdür  və  bu  səbəbdən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

195 

onların  hər  gün  dəyiĢməsi,  itirilməsi  az  qala  bir  zərurətə  çevrilir. 



Yəni  kütləvi  mədəniyyətdə  bir  nihilist  ruh  hakim  olmaqdadır. 

Ġnsanın  mənəviyyatsızlaĢmasına  istiqamətlənmiĢ  və  hansısa  xarici 

qüvvələr  tərəfindən  məqsədyönlü  Ģəkildə  idarə  olunan  veriliĢlərin, 

filmlərin, musiqilərin yayılmasına xidmət edən kütləvi mədəniyyət 

o  dərəcədə  geniĢ  miqyas  almıĢdır  ki,  kəmiyyət  keyfiyyəti 

üstələməkdədir,  yəni  kütləvi  mədəniyyət  artıq  xalq,  hətta  elit 

mədəniyyət kimi təqdim olunmaqdadır. Bunun qorxulu tərəfi məhz 

ondadır  ki,  kütləvi  mədəniyyət  bütün  məkanı  doldurmaqla  bir 

tərəfdən  yüksək  mədəniyyətin  xalqa  açılan  yolunu  kəsir,  digər 

tərəfdən,  daha  geniĢ  auditoriyanı  əhatə  etməklə  və  bir  növ  yeganə 

mədəniyyət növü kimi qalmaqla xalqın təfəkkürünün, ümumiyyətlə 

mənəvi dünyasının istiqamətvericisi kimi çıxıĢ edir. 

Deyilənlər ilk baxıĢda çox ziddiyyətli görünə bilər. Lakin məsələyə 

bir  neçə  kiçik  Ģərhlə  aydınlıq  gətirək.  Bəli,  multikulturalizm  üçün 

siyasi  və  iqtisadi  yüksəliĢ  azdır,  mənəvi  inkiĢaf  lazımdır.  Elə  bir 

inkiĢaf ki, özünü dərk etmiĢ ―milli mən‖ baĢqalarından qorxmur və 

onları  tanıya-tanıya,  özü  ilə  müqayisə  edə-edə  özünün  müsbət 

keyfiyyətlərini kəĢf edir. Belə dialoq da hər kəsə yüksək tolerantlıq 

nümunəsi  ola  bilir.  Bu  mənada  Azərbaycanı  nümunə  göstərmək 

olar.  Muğamını  dünyaya  tanıdan  Azərbaycan  özü  də  musiqi 

festivallarına  ev  sahibliyi  edə  bilir. Təsadüfi  deyil  ki,  tədqiqatçılar 

multikulturalizmi  səslərin  polifoniyası  da  adlandırırlar.  Bu  gün 

dünya  vətəndaĢına  çevrilmiĢ,  eyni  zamanda  öz  Ģəxsiyyətini  də 

qoruyub  saxlayan  Cəlaləddin  Ruminin  məlum  tezisini  bura  tətbiq 

edərək  demək  olar  ki,  Azərbaycan  ―bir  pərgar  kimidir,  bir  ayağı 

milliliyinə,  dərin  köklərinə  bağlı,  digər ayağı  ilə  yetmiĢ  iki  milləti 

dolaĢır‖.  Göründüyü  kimi,  burada  iki  əsas  nöqtə  vurğulandı  – 

identiklik  və  multikulturalizm.  Bir  ayaq  yerdə  nə  qədər  möhkəm 

dursa, çevrə də o qədər aydın və düzgün çəkilər.  

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

196 


Könül Bünyadzadə

 fəlsəfə elmləri doktoru 

 

 



 

 

 



 

Multikulturallıq 

 

Əziz  dostlar,  doğrudan  da  iki  gündür  çıxıĢlara  qulaq  asıram,  və 



görürəm ki, onlar nə qədər maraqlı, insanlar və bəĢəriyyət üçün nə 

qədər əhəmiyyətlidir. Mən 5-6 dəqiqə ərzində çıxıĢ edərək bir neçə 

söz  demək  və  mədəniyyətin,  mədəni  dəyərlərin  təbiətindən  bəhs 

etmək  istərdim.  Allah  bizi  yaratdığı  kimi,  bizimlə  birlikdə  qidanı, 

suyu və havanı – bir sözlə, dünyada yaĢayan canlı varlıqlar üçün hər 

Ģeyi yaradıb. Lakin Ģüurlu varlıq olan insan üçün O haqqında artıq 

ikinci  gündür  bəhs  etdiyimiz  daha  bir  qidanı  yaradıb.  Bu  mədəni 

qida, mədəni dəyərlərdir. Bəlkə də insan elə məhz bu qidanı qəbul 

etdiyinə görə insan olub. Necə? Biz necə yediyimizi, su içdiyimizi, 

hava  ilə  nəfəs  aldığımızı  və  bunun  orqanizmimizə  necə  təsir 

etdiyinə  bilirik.  Bəs  əgər  mədəniyyət  qidadırsa,  bizim 

orqanizmimizə necə təsir edir. Məsələ bundadır ki, bizim bildiyimiz 

bütün mədəni dəyərlər – musiqi, incəsənət, rəsm əsərləri, teatr, kino, 

arxitekturadır.  Demək  olar  ki,  onların  hamısı  harmonika 

xüsusiyyətə  malikdir,  yəni  əgər  musiqiyə  nəzər  salsaq,  o, 

musiqidəki  spektrlərin  cəmi,  tezliklər,  harmoniyadır.  Gözümüzlə 

qəbul  etdiyimiz  əsərlər  –rəsmlər,  rənglər  –  də  müəyyən  tezliyə, 

harmoniyaya  malikdir.  Deməli,  beynimiz  mədəni  dəyərləri  qulaq, 

göz və məhz tezlik spektrləri vasitəsilə qəbul edir. Belə çıxır ki, bu 

halda  beynimiz  həmin  mədəni  dəyərlərin spektral  analizatoru  kimi 

çalıĢır.  Və  bu  spektrlar,  bu  harmoniklər  bizim  daxili  orqanlarımız 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə