www.elmler.net
-
Virtual İnterne
t Resurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
134
134
hərdən bir araq da içəsən, birdən-birə isə bunların hamısına
yox deyəsən. Ətdən, çörəkdən, yağdan imtina edəsən.
Burada nəfsdən də əlavə kənardan tənə də var idi. Elə öz
redaksiyamızda ancaq tərəvəz yediyimə görə mənimlə
zarafatlaşırdılar. Qohumlar da deyərdi ki, nə günə
qalmısan?! 96 kiloqramdan 52 kiloqrama düşdüm. Hamı
mənə vahimə ilə baxırdı. Daha bilmirdilər ki, mən hələ indi-
indi özümə gəlirəm.
- Sizi özünüzə gətirən üsullardan biri də Nişi sistemidir.
Nişi kimdir?
- Nişi özü-özünü ölümdən xilas etmiş bir yapon mühəndisi
idi. Anadan olandan ağır xəstəliklə vuruşub. Özü-özünü
qurtarmağa çalışıb. Bu yolda bütün mütərəqqi ölkələrin tibb
kitablarını oxuyub. Deyilənə görə, Nişi 70 minə yaxın
ədəbiyyat oxuyub. Qədim Çin, Hindistan, Orta Asiya, Misir,
Almaniya, Qərbi Avropa eləcə də bir çox ölkələrdə yazılan
tibb ədəbiyyatlarını mənimsəyib. 70 min kitabın içindən
cəmi 362-sini seçib və özünün möhtəşəm sistemini yaradıb.
İxtisasca mühəndis olsa da, düşüncə etibarilə İbn Sina
təfəkküründə olan bir loğman idi. İbn Sinanı da mükəmməl
mənimsəyib. Onun möhtəşəm sağlamlıq sistemi cəmi 6
qaydadan ibarətdir ki, o qaydalar həqiqətən möcüzə yarada
bilir.
- Bir az o qaydalar haqqında danışaq...
- Cəmisi altı qaydadır. Onlardan ikisi yataqla bağlıdır. Yataq
bərk və düz olmalıdır. Fəqərə sütunu düz qalsın deyə.
İkincisi yastıq balaca və bərk olmalıdır. Özü də başın altına
yox, boynun altına qoymaq lazımdır. Qalan dördü isə
təmrinlərdi. Yəni, faydalı hərəkətlər. Mən onları öz
kitabında vermişəm. Hərəkətlər də şəkillərlə göstərilib və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
135
izah edilib. Bu hərəkətlər insan orqanizmini oksigenlə
qidalandıran, qan dövranını sürətləndirən hərəkətlərdir.
Ümumiyyətlə, bu sistemin iki ali məqsədi var: birincisi,
bədəndə sağlam qan yaradır, ikincisi həmin sağlam qanın
bədəndə hərəkətinə şərait yaradır. İki ali məqsəd budur.
Bunları təmin edən adam xəstəliklərdən kənar olur.
- Hər insan özü öz içində bir həkimi öldürür. Bu “həkim”
ən çox hansı hallarda ölür ?
- Yaxşı dedin ki, hər insan özü öz içində bir həkimi öldürür.
Hər insan özü öz həkimi olmalıdır. Başqasına canını əmanət
etməkdənsə, özünə əmanət etmək yaxşıdır. Çünki sənin
qədər heç kəs səni istəyə bilməz. Sizin də dediyiniz
―həkim‖in
öldürməyin
ən
yaxşı
yolu
düzgün
qidalanmamaqdır. Dünyada Natural Gigiyena Hərəkatının
hazırladığı qidalanma prinsipləri var ki, onların hamısının
əksinə hərəkət edirik. Onlardan ən vacibi budur ki,
sağlamlıq mənbəyi olan qidanı öldürüb yeməməlidir. Yəni,
onu bişirib, qaynadıb, duza, şəkərə qoyub yeməməlidir. Bir-
biri ilə uzlaşmayan, yola getməyən qidaları qarışdırıb
yeməməlidir. Bu iki prinsipi pozduğumuz üçün bir çox
bəlalara mübtəla oluruq. Təsəvvür edin, hələ eradan əvvəl
Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq.
- İnsan öz daxilində “bakteriya bankı” yaradıb. Bu bankı
necə “müflis etmək” olar?
- Bilirsən nə təhərdir? Bakteriyalar və mikroblar çürüntüləri
xoşlayır. Təsəvvür et ki, bir həyət zibillə doludur. Ora
qarışqa da gəlir, siçan da gəlir, it, pişik də gəlir. Sən o həyəti
sil, süpür, təmizlə onların heç biri gəlməyəcək. Bakteriyalar
da belədir. Əgər yoğun bağırsaq təmizdirsə, orada onların
yaşama mühiti olmayacaq. Yəni, yem bazası olmadığından
www.elmler.net
-
Virtual İnterne
t Resurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
136
136
orada qalma ehtimalları da olmayacaq. Yoğun bağırsaqla
zir-zibil, çürüntü, elmi dillə ona ―şlak‖ deyilir olanda, onlar
sürətlə artıq və hüceyrələri məhv edir. Hüceyrələr zəifləyir,
amma
mikroblar
güclənir...
– 80 yaş... Sizi yormadıq ki?
- Mən yorulmuram ki! Hər gün 10 km qaçıram. Sonra da
gəlib işləyirəm. İşləməkdənsə doymuram. 40 yaşımda bir
məqalə yazanda deyirdim ki, bunu nə vaxt qurtaracam.
Amma indi kitablar yazıram, yorulmuram. Sonuncu kitabımı
da nəşriyyata verdim. ―Bəşəriyyətin xoşbəxtlik düsturu‖
adlanır. Amma onu rusca yazmışam.
- Bəs yoqa üsulu ilə müalicəni necə dəyərləndirirsiniz ?
- Nişi yoqanı çox gözəl mənimsəyib. Amma oradan cəmi bir
şey götürüb. O da özünü təlqinetmə. Yəni, özünü inandırma.
İnsan özünü hər şeyə inandırmalıdır. İnandırmalıdır ki, hər
şey yaxşıdır və bundan sonra da yaxşı olacaq. Təmrinlərində
də yoqa elementləri var. Amma ifrata varmağa ehtiyac
yoxdu.
- Hərəkətlərdən bir neçəsinin izahını verə bilərsiz? Sizin
sağlamlıq sistemində hansı üsullar var?
- Bayaqkıların hamısı yoqadan alınan keyfiyyətlərdi. Elə
mənim özüm də təkcə Nişi ilə kifayətlənmədim. Ondan
sonra İbn Sina, Hippokrat, Amerika alimləri Pol Breqq,
Şelton, Uoker, Vilhelm Benner kimi alimlərini oxudum.
Hərəsindən bir şey götürüb öz sistemimi yaratdım.
- Özünüz də jurnalistsiz. Biz jurnalistlər yorulduğumuz
Dostları ilə paylaş: |