MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 


şəhərlərindən biri olan Bakıdan Baba bəy adlı bir elm fədaisi 
biliklərini 
zənginləşdirmək, 
dünyagörüşünü 
artırmaq 
məqsədilə 
yola 
düşür.  
 
Əslində  o,  missionerdir.  Təmsil  etdiyi  sufi  təriqətinin 
konsepsiyasını  başqa  şəhərlərdə  yaymaq,  İlahi  eşqi  insanlar 
arasında  təbliğ  etmək  işini  üzərinə  götürüb.  Belə  insanlara  o 
zaman mühəddislər deyirlərmiş. 
Yəni  hədis  toplayanlar. 
Hədis,  yəni,  hikmətli  həyat  hekayələrini  toplayıb,  onları 
daşıyıcıları  olduğu  hər  hansı  sufi  cərəyanının  nəzəri-
konsepsiyası  ilə  əlaqələndirirmişlər.  Yəni,  təcürübə  ilə 
nəzəriyyə 
burada 
bir 
araya 
gəlirmiş.  
 
Baba  bəy  Nişapura  yol  alır.  Çünki,  X  əsrin  sufizm  mərkəzi 
məhz, ora idi. Orta əsr alimi Ənsarinin dediyinə əsasən Baba 
bəy  Kuhi  Nişapura  varınca  fasilələrlə  bəzi  şəhərlərdə 
məskunlaşır,  oranın  elmi,  mənəvi  aurası,  bir  sıra  dəyərli 
alimlər  ilə  tanış  olur.  Bu  ərəfələrdə  o  hətta  30000-ə  yaxın 
hədis  də toplayır. Əvvəlcə Şiraza gəlir və orda  Şərqin böyük 
alimi  yəni,  ―Şeyx  Kəbir‖i  adlanan  Hafifi  ilə  tanış  olur.  Bu 
tanışlıq  ona əşərilik cərəyanını  sevdirir.  Sonra  Bağdada,  daha 
sonra isə Nişapura gedir. Amma o heç yerdə qərar tuta bilmir. 
Bir  dərviş  kimi  öz  missiyasında  çox  maraqlı  olan  Baba  bəy 
sufizmin  sirlərinə  vaqif  olmaqdan  ötrü  dövrün  böyük 
alimlərinin 
Kuşayrinin,  Xereqaninin,  Sərracinin,  Əbu 
Yəzdinin cəm olduğu Nişapurda o biri şəhərlərə nisbətən xeyli 
müddət  qalır.  Amma  yenə  də  bu  uzun  və  mürəkkəb  eşq 
yolunda könlünü tam olaraq işıqlandıra bilmir. Könlünün hürr, 
ruhunun  quş  misalı  olmasına  çalışan  Baba  bəy  dövrünün 
beyin 
mərkəzini 
də 
tərk 
edir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 

 
Böyük şərqşünas Bertels də öz əsərində belə qeyd edir: Kuhi 
ora  sufizmin  möcüzələrini  öyrənməyə  getmişdi.  Amma  buna 
nail  olmadığı  üçün  bədbinlik  içində  oranı  tərk  edir”. 
 
Kuhi 
nə 
deməkdir? 

necə 
dağa 
döndü?  
 
Nişapuru tərk edən zaman Baba Bakuvinin nə az, nə çox, düz 
97  yaşı  olur.  Amma  o,  yenə  də  uzun  həqiqət  yolçuluğundan 
usanmır. Sükunətə qapılmaq, yalnız Allahla ünsiyyətdə olmaq 
istəyir.  Odur  ki,  səssiz-səmirsiz  insanları  tərk  edir  və  Şiraz 
yaxınlığında  bir  dağa  çəkilir.  20  il  guşənişin  ömür  sürür. 
Məskunlaşdığı  dağı  da  könlündəki  İlahi  nura  bürüyür.  117 
yaşında vəfat edir və həmin dağda dəfn olunur. Məzarı ilə öz 
mənəvi  təcəssümünü  məskunlaşdığı  dağa  aşılaya  bilir. 
 
Beləcə, insanda cəm alan işıq, dağı müqəddəsləşdirir. İnsanlar 
onun məzarına müqəddəs  yer kimi  baxır. Özü ölür və işığını 
dağda qoyub gedir. Beləliklə, insan bax beləcə dağa dönərək 
əbədi  olaraq  bəşəriyətin  xidmətində  dayanır.  Ona  görə  də  o, 
Kuhi  (yəni,  `dağ`)  təxəllüsü  ilə  xatırlanır.  Xatırlanır  və 
əfsanələşir.  Rəvayətə  görə  Şərqin  böyük  şairi  Hafiz  Şirazi 
gecə  ikən  o  sufinin  dağdakı  qəbrini  ziyarət  edir  və  ondan 
sonra 
şairlik 
istedadı 
qazanır.  
 
 
Başqa  bir  rəvayətə  görə,  Şirvanşahlardan  birinin  qızı  öz 
mərhum  sevgilisinə  yaxın  olmaq,  onun  qəbrinə  və  bütün 
müsəlman  aləmindən  ziyarətinə  gələnlərə  qulluq  eləmək 
məqsədilə buraya gəlir öləndə isə onun yanında dəfn olunur.  


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
10 
10 
 
Baba 
Kuhi 
Bakuvi 
haqqında 
başqa 
bilgilər. 
 
Baba  Kuhi  Bakuvi  sağlığında  da  belə  böyük  hörmət-izzət 
qazanmışdı.  Adına  hətta  Abbasqulu  ağa  Bakıxanovun 
"Gülüstani-İrəm"  əsərində  onun  barəsində  bu  kimi  fikirlərə 
rast 
gəlinir:  
"Tarixçilərin  dediyinə  görə,  Şeyx  Əbu  Abdulla  Əli  bin 
Məhəmməd  Bakılı  həm  dünyəvi,  həm  də  ruhani  elmlər 
sahəsində  seçilirdi.  O,  uşaqlıq  illərindən  dövrünün  ən 
görkəmli  alimlərindən  şeyx  Abdulla  Xəfifdən,  şeyx  Əbül-
Qasım Quşeyridən və başqalarından dərs almış,  məşhur şeyx 
Əbu  Səid  Əbül  -Xeyrlə  elmi  mübahisəyə  girişmiş  və  onun 
biliyini  yüksək  qiymətləndirən  şeyx  Əbül-Abbas  Nəhavəndi 
ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, 
xəlvətə  çəkilərək,  Şiraz  yaxınlığında  bir  mağarada  yaşamış, 
Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər‖.  
 
Baba  Kuhi  Bakuvi  haqqında  məlumatlara  Sara  Aşurbəylinin 
"Orta  əsrlər  Bakısının  tarixinə  dair  oçerk"  kitabında  da  rast 
gəlirik:  "Baba  Kuhi  batinidir.  Lakin  batiniliyin  diapozonu  o 
qədər  genişdir  ki,  bu  məsələ  üzərində  xüsusilə  konkret  bir 
şəkildə  dayanmaq  lazım  gəlir...  Belə  hesab  edirlər  ki,  o, 
sufidir.  Bəzi  tədqiqatçılar  isə  düşünürlər  ki,  o  qələndər  idi. 
Qələndərlər  isə  heç  də  bütün  məsələlərdə  sufilərlə 
uzlaşmırdılar."  Baba  Kuhi  Bakuvinin  ərəb  dilində  bizə  gəlib 
çatmış  fəlsəfi  əsərləri  arasında  "Əxbar  əl-arifin",  "Əxbar  əl-
qafilin", "Bədayət hal əl-həllac" və başqalarının adını çəkmək 
olar. Bunlardan başqa onun farsca şerlər divanı da olmuşdur.  
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə