MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
23 
Həməvi onun barəsində yazırdı:  ―O, Bağdadda su daşıyır, öz 
qazancını yeyirdi‖.  
Çətin güzəran, zəhmətli günlər keçirən Əbunəccab Sührəverdi 
görkəmli  alim  ,  böyük  sufi  şeyxi  kimi  şöhrət  qazanaraq 
Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət ora başçılıq 
etmişdi. Əbunəccab xalq içində böyük nüfuza malik sufi şeyxi 
kimi  tanındığı  üçün  onun  hüququ  hakim  dairələr  tərəfindən 
toxunulmaz  olub.  Mütəfəkkir  təqib  olunan  şəxslərə  belə  öz 
sufi  ribatlarında  yer  verməkdən  çəkinmirmiş.  Onun  qardaşı 
oğlu Əbuhəfs Sührəverdi bu cərəyanı inkişaf etdirir. O, böyük 
sufi mütəfəkkir olmaqla yanaşı siyasi xadim, nüfuzlu diplomat 
idi. 
Qısa  müddət  ərzində  böyük  şöhrət  tapdığından  xəlifə  Nasiri 
Dinillahın  qazanmış  və  Bağdadda  baş  şeyx  rütbəsini 
tutmuşdu.  Şihabəddin  Əbuhəfs  Sührəverdi  mühüm  işlərdə 
xilafət üçün elçilik etmiş, diplomatik danışıqlar aparmışdı. Bu 
səbəbdən Əbuhəfs Sührəverdinin müsəlman Şərqinin mədəni, 
ictimai-siyasi 
həyatında 
özünəməxsus 
yeri 
vardı. Azərbaycanda  XI-XII  əsrlərdə  sufizmin  ifrat  qoluna 
mənsub  mütəfəkkirlərə  gəldikdə  isə  onlardan  Məhəmməd 
Bakuvi  Əbdülfərəc  Zəncani  daha  məşhurdurlar.  Məhəmməd 
Bakuvi Şiraz , Nişapur və digər şəhərlərdə yaşayıb. Bakuvinin 
ərəb  dilində  aşağıdakı  traktatları  var:  ―Həllacın  həyatının 
başlanğıcı  və  sonu―,  ―Sufilərin  hekayətləri‖,  ―Ariflərin 
xəbərləri,  Qafillərin  xəbərləri.  Birinci  kitabı  L.  Massinyonun 
vasitəsilə  fransız  dilinə  tərcümə  olunaraq  Parisdə  çap  edilib. 
Ömrünü  axır  çağlarında  Şiraz  yaxınlığında  bir  mağaraya 
çəkilərək  orada  tək-tənha  yaşayıb.  Mütəfəkkirin  həmin  yerdə 
məzarı ―Bakuhi‖, ―Baba Kuhi‖ adlanır.  Yusif Səmədoğlunun 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
24 
24 
―Qətl günü‖ romanındakı məşhur Baba Kaha mistizmi məhz, 
bu  anlamı  ifadə  edir. Bunların  sırasına  Mahmud  Təbrizi, 
Əbülqasım  Qüçeyrinin  də  əlavə  etmək  olar.  Qüşeyrinin 
əsərləri  daha  çox  əxi  ordenləri  ilə  bağlı  olub.  Qüşeyri 
əxilikdən  söz  açarkən  bildirib  ki,  bu  cərəyanın  əsasında  
humanizm,  ictimai  bərabərlik,  sosial  ədalət  durur.  Onun 
―təsəvvüf  elminə  aid  traktat‖ı  sufizmin  əsaslarını  öyrənmək 
üçün əsas vasitələrdən hesab olunurdu. 
Sufilərə  görə  insan  öz  ―Mən‖ini  itirib  Allahın  ―Mən‖ində 
vücuda  gəlir.  Cüneyd  Bağdadi  yazır  ki,  ―Haqq  sənə  məxsus 
―Sən‖i  öldürür,  özünə  məxsus  ―Sən‖i   dirildir.  ,  bilavasitə 
Allahla  birgə  mövcud  olursan‖.  Pantezim  orta  əsr  Şərq 
mütəfəkkirlərinin  əsərlərində  adətən  əl-hülul  və  əl-ittihad 
terminləri  ilə  ifadə  edilir.  Əl-hülul  ilahi  təbiətin  insanda 
təcəssüm  etməsini,  insanın  təbiətə  çevrilməsini  göstərir,  əl 
illihad  isə  ilahi  və  insani  başlanğıcın  birgə  mövcudluğu 
deməkdir. Panteizmin  ən  görkəmli  nümayəndələri  İbn  Ərəbi 
və  Eynəlqüzzat Miyanəçi sayılır.   
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
25 
Eynəlqüzzət Miyanəçi-Öz ölüm fitvasını 
dostundan xahiş edən filosof 
 
Eynəlqüzzat  Abdulla  Miyanəçi  əslən  Cənubi  Azərbaycanın 
Miyanə şəhərindəndir. Coğrafiyaşünas Yaqut Həməvi yazırdı 
ki,  bu  şəhər  Təbriz  ilə  Marağa  arasında  yerləşdiyi  üçün  belə 
(Miyanə-orta  )  adlanmış  və  həmin  iki  şəhərlə  üçbucaq  təşkil 
etmişdir.  Eynəlqüzzat  Miyanəçi  Həmədanda  doğulub  boya-
başa  çatdığı  üçün  Həmədani  kimi   də  məşhurdu.  O,  baş  qazi 
vəzifəsində dərin hörmət qazandığından ―Eynəlqüzzat ‖ fəxri 
adını  alıb.  Eynəlqüzzat,  yəni   ―Ayn  əl  qüzat   azərbaycan 
dilində 
Qazilərin 
gözü‖ 
deməkdir.     
 
Təhsildə  yaradıcılıq  fəaliyyətində  ənənəvi  yollarla  getməyən, 
həmişə  axtarışlarda,  həqiqət  sorağında  olan  Eynəlqüzzat 
Miyanəçi  keçdiyi  həyat  yoluna  nəzər  salaraq  yazırdı: “Mən 
bu yolu seçdim. Mühüm və qeyri-mühüm elmləri nəzərdən 
keçirdim.  Zərərli  və  faydalı  olan  hər  şeyi  mütaliə  etdim. 
Hətta  öz  mətləbimdə  məni  maraqlandıran  nə  vardısa  , 
onun  təhsilinə  nail  oldum.  Faydası  az  şeylərə  baş 
qoşmadım, elmdə dolanbac yollarla getmədim. Çünki elm 
çox,  ömürsə  qısadır.  Az  fayda  verəcək  təhsildə  ömrü 
itirmək 
axmaqlıqdır“.       
 
Azərbaycan  filosofu  elmdə  və  fəlsəfədə  çoxlarının  qəbul 
etdiyi  bəzi  məqamları,  aksiomları  kəsinliklə  rədd  edib.  Yenə 
də  mütəfəkkirin  özü  bu  haqda  yazır: “Təqlidin  ətəyindən 
bəsirət  zirvəsinə  yüksəlmək  axtarışı  ilə  kəlam  kitablarını 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
26 
26 
mütaliə  etdim.  Məqsədimə  çatmadım.  Məzhəblərin 
yalnışlığını gördüm”.         
O,  28-29  yaşlarında  azad  fikirliliyinə  görə  müsəlman 
qanunçuları-fəqihlər  tərəfindən  təqiblərə  məruz  qalır.  Ayrı-
ayrı  yerlərdə  onu  kafir  elan  edir,  ölümünə  fitva  verirlər.  O, 
1127-ci  ildə  bu  xəbəri  eşidib,  dostu  qazi  Kəmalüldövləyə 
yazır.: “Şəhərdə   deyirlər  ki,  Eynəlqüzzət  allahlıq  iddiası 
edir.  Mənim  qətlimə  fitva  veriblər.  Ey  dost,   əgər  səndən 
fitva  istəsələr  ,  sən  də  fitva  ver”.  (Böyük  maarifçi  Mirzə 
Fətəli  Axundzadənin  1865-ci  ildə  yazdığı  ―Kəmalüldövlə 
məktubaları‖ məhz bu məsələlərdən bəhs edir. E. N.) 
Azadfikirli  filosof  yaxın  vaxtlarda  cəzalanacağını  bilirdi. 
Lakin o öz amalları, idealları uğrunda qurban getməyi böyük 
səadət  sayır  və  bu  xoşbəxtliyi  barədə  fəxrlə  yazırdı:“Günlər 
keçəcək  və  bir  səhər  görəcəksən  ki,  Eynəlqüzzat  bu 
müvəffəqiyyətə 
nail 
olubdur”.  
 
Azərbayacan  filosofu  dinsizlikdə  təqsirləndirilir.  Nə  sayılan 
ailədən  çıxması,  nə  də  böyük  mənsəb  sahibi  olması 
(Həmadanın baş qazisi idi. E. N) onu ölümdən  xilas edir. O, 
1128-ci  ildə  həbs  olunur  və  Bağdada  göndərilir.  Onun 
müasiri   İmadəddin  İsfahani  yazırdı ki, Əbülqasim  Dərgəzani 
Miyanəçini  həbsə  aldı,  öz  zülmündə  tələsdi,  hökmündə 
insafsızlıq etdi. Vəzir filosofun qanını axıtmağa imkan tapmaq 
və cismən əldə saxlamaq üçün onu qolubağlı Bağdada apardı.  
 
Miyanəçi zindanda ikən yazdığı ―Şəkva əl Qərib‖ (Bir qəribin 
şikayəti)   əsərində  öz  acı  dolu  həyatından  danışır.  O,  doğma 
elindən-obasından  uzaq  düşdüyünə  görə  iztirab  keçirir, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə