MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   2   3   4   5   6   7   8   9   10   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
27 
yuxusuz  qalır,  həsrətə  dözə  bilməyib  göz  yaşlarını  axıdır. 
Əsərdə  belə  cümlə  diqqəti  çəkir:  ”Vətən  sevgisi  imandır, 
gizli deyildir ki, vətən sevgisi insan fitrəti ilə qatışmışdır”. 
Bir  müddət  qürbətdə  saxlandıqdan  sonra  Eynəlqüzzat 
Miyanəçi  Həmədana  qaytarılır  və  1131–ci  ildə   33  yaşında 
dərs dediyi mədrəsədə edam edilir. 
Eynəlqüzzat  Miyanəçinin  şah  əsəri  olan  ―Təmhidat‖dan 
seçmələr:  (Orda  olan  orijinal  mülahizələr  indi  də  elm  və 
fəlsəfə nəzəriyyələri üçün keçərlidir.) 
―Elmə sahib olanlar Allahın yanında ən əziz insanlardı. 
Elm üç qisimdir: 
Birinci qisim: Bəni-adəm elmi 
İkinci qisim: Mələklərə xas elm 
Üçüncü qisim: Mövcud varlığa aid elm. 
Ancaq  dördüncü  qisim  bilik  də  var  ki,  uca  və  müqəddəs 
Allahın elmidir. Bu gizli elmi Allahdan savayı kimsə bilməz. 
Peyğmbər  deyir:  ―Elm  tələbi  ilə   Çinədək  getmək  lazım. 
Alimlər  öz  dərəcələrinə  görə  peyğəmbərlər  kimi  dəyərli 
sayılır.  Elmə  sahib  olmaq  üşün  hansı  yolla  getmək  olar? 
Cavab  budur:  -  Əməl  yolu  ilə.  Ancaq  bədənin  deyil,  qəlbin 
hökmünə əsaslanan əməl yolu seçməlisən. . 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
28 
28 
*** 
Ey  əziz  dost,  ürək  iki  qismdir:  Birisi  Allahın  qələmi  ilə 
üzbəüzdür,  buraya  iman  yazılar:  ―Allah  onların  qəlblərinə 
iman  yazmışdır  (Əl-Mucadələ  surəsi,  22).  Belə  şəxs  bir  şey 
bilməsə  öz  qəlbinə  müraciət  etməklə  bir  şey  kəsb  edə  bilər. 
İkinci  qism  üsə  xam  və  yetişməmiş  ürəkdir  və  belə  qəlb 
Allahın  qələmi  ilə  üzbəüz  deyil.  O,  qəlbi  Allahın  lövhəsi  və 
aynası olan başqa birisindən soruşmaqla Allahı kamil insanın 
qəlbində görməyin nə olduğunu bilər‖. 
 
*** 
Əfsuslar  ki,  bəşərin  qəlbi  möhürlənib  və  qıfıllanıb,  düşüncə 
isə  qəflət  zindanında  ilişib  qalıb.  Aşağıdakı  Allah  kəlamı  bu 
mənada işlənib: ―Onlar Quran barədə düşünməzlərmi? Yoxsa 
ürəklərinə  qıfıl  vurulmuşdur‖  (  Məhəmməd  surəsi,  24). 
Allahın  uğuru  və  fəthi  gəldikdə  isə  bu  qıfıl  ürəklərdən 
götürülür. Quran bu məqamı ― Allahın köməyi və zəfər gəldiyi 
zaman...‖ adlandırır. (Ən Nəsr surəsi, 1)   
 
*** 
Ey, əziz dost, bu sirlərdə olan gözəlliyin sənin üçün açılmasını 
istəyirsənsə,  uşaq  kimi  bir  şeyə  adət  etməkdən  və 
bütpərəstlikdən  əl  götür.  Adətkar  olmaq  bütpərəstlikdir. 
Görmürsənmi,  bu  camaatın  tənələri  nə  işlər  görür.?  Bu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
29 
məxluqdan eşitdiklərini unut! Eşitdiklərini eşitməməzliyə vur, 
gördüklərini  görməməzliyə  vur.  Güman  üzərində  mülahizə 
yürütmə.‖ 
Qeyd: 
Azərbaycan 
fəlsəfə 
tarixində 
Eynəlqüzzat 
Miyanəçinin  ilk  və  yeganə  tədqiqatçısı  böyük  şərqşünas 
alim  Zakir  Məmmədov  olub.  Sitatlar  gətirdiyimiz 
“Tımhidat  “  əsərini  isə  filologiya  elmləri  namizədi  Nəsib 
Göyüşov tərcümə edib. 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
30 
30 
Musiqinin gizli müalicəvi hikmətləri və sirləri 
I yazı-  Muğamlar, xəstəliklər, sirlər 
 
İnsan  anadan  olduğu  andan  etibarən  həyatının  hər 
mərhələsində  musiqi  ilə  iç-içə  olmuş,  əsrlər  boyu  musiqini 
həm mənəvi, həm də maddi məqsədlərdən dolayı istifadə edib. 
Sevinc,  kədər,  qəhrəmanlıq,  qorxu,  cəsarət,  ümid,  ümidsizlik 
və başqa duyğularını musiqi vasitəsilə ifadə edib, onlara yeni 
anlam  verib.   Günümüzdə  aktual  olan  məsələlərdən  biri  də 
musiqi ilə müalicədir. Bu müalicə üsulu  insanı ruhi və fiziki 
cəhətdən  üzləşdiyi  problemlərdən  xilas  etməyə,  ehtiyacı  olan 
rahatlığa  çatdırmağa  qadirdir.  Musiqi  ilə  müalicə  şəfa 
üsullarının ən qədim növünə aid edilir. Antik dövrdə  insanlar 
musiqinin  İlahi  məfhum  olmasına  inanır  və  onu   İlahi   lütf 
hesab  edirdilər.  Qədim  Misir,  Şumer,  Çin,  Yunanıstan  və 
Hindistanda musiqinin  cənnətdən gəldiyinə inanırdılar. İnsan 
oğlunun  səsin  təsirinə  düşmə  məqamında  yaranan  musiqi 
müalicəsi  zaman-zaman  bir  sıra  formalarda  aparılmış  və  elm 
inkişaf etdikcə o da öz ali mərhələsinə qədəm qoymuşdur. 
Platon musiqinin aliliyini və onunla müalicənin vacibliyini bu 
sözlərlə  ifadə  edir:  ―Bilin  ki,  filosoflar  musiqini  oyun  və 
əyləncə  üçün  deyil,  insana  fayda  vermək,  mənəvi  zövq  bəxş 
etmək, psixoloji durumunu rahatlamaq,  quru temperamentini  
―nəmləndirmək,   fizioloji  müvaziməti  bərpa  etmək,  qan 
dövranını tənzimləməkdən ötrü istifadə edirlər. Bu deyilənləri 
inkar  edənlər  isə  musiqini  sadəcə  olaraq  meyxanələrdə,  yol 
kənarlarında  dinləyərək  əsil  sədanın  ortaya  qoyduğu  elmi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə