MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
63 
yüksək  qiymət  verdiyini  söyləyən  rəssam  get-gedə  qalxan 
imicinə  əsaslanaraq  auksionlarda  əsərlərinin  qiymətini  də 
qaldırır. 
Hazırda Bakıda ev-qalareyası olan rəssamın ən ucuz əsəri 30 
min  dollardan  başlayır.  Burada  pul  məsələsini  qabartmaqla 
iqtisadi  məsələləri  ön  plana  çəkməyi,  kimin  nə  qədər 
qazanmasını  düşünmürük.  Yüksək  məbləğləri  ona  görə 
hallandırırıq  ki,  bu  gün  də  sənətə  verilən  yüksək  qiymət  bir 
daha xatırlanmış olsun. Rəssamın özü də istər mediada, istərsə 
də  digər  kütləvi  yerlərdə  heç  zaman  əsərlərinin  qiymətini 
deməkdən  utanmayıb:  ―Bu  yaxınlarda  bir  əsərim  auksionda 
250 min dollara satıldı. Həmin əsəri məndən bir neçə il qabaq 
15 min dollara türkiyəli bir kolleksioner almışdı. Elə olub ki, 
məndən  vaxtilə  əsəri  15-20  min  dollara  alıblar,  bir  neçə  il 
sonra  Sinqapurda  100,  150,  ən  aşağısı  80  min  dollara 
satıblar‖. 
Rəssam mütəmadi gedib-gəldiyi  qardaş Türkiyədə də  yüksək 
nüfuza  sahibdir.  Deyilənlərə  görə,  Türkiyə  Rəssamlıq 
Akademiyasına  məhz  Sakit  Məmmədovun  adını  vermək 
istəsələr  də,  o  bunu  qəbul  etməyib.  Türkiyədə  sənətə 
münasibətdən  o  qədər  də  razı  olmayan  rəssam  incəsənətin 
qardaş ölkədə hələ ki, Avropa və Rusiyadan az duyulduğunu 
da tez-tez qabardır. Bu, əslində dünya səviyyəli rəssamın ürək 
yanğısı  ilə  göndərdiyi  mesajdır.  Belə  ki,  çağdaş  Türkiyə  və 
Azərbaycan  rəssamlığında  bəzi  sahələrdə  olduğu  kimi, 
Avropanı  yamsılama baş alıb gedir. Bu isə ruh məhsulu olan 
sənəti  təbiilikdən  uzaqlaşdırır.  Abstrakt  rəssamların  gətirdiyi 
―yenilik‖lər  normal  rəssamlıq  ənənəsinə  köklü  zərbə  vurur.  
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
64 
64 
Sakit Məmmədovun əsas cığırı modern  rəssamlıqda ənənələri 
qoruyub  saxladığı  üçün  hər  zaman  təbiidir.  Rəsmlərdə  onun 
öz  cığırı,  qopduğu  məkan  həmən  hiss  olunur.  Əsərlərindəki 
insan öz mənşəyi  etibarilə bəllidir. O insan susmağı ilə belə, 
kimliyini  və  haralılığını  çox  gözəl  əks  etdirir.  O  həm  susur, 
həm  susmağın  içində  mahiyyətini  inkar  etməmək  şərtiylə 
bütün  dünyaya  aidliyini  bildirir. O insanın susmağı  dünyaya, 
susmağın içindəki mahiyyət isə konkret bir məkana tabedir. 
Bu  gün  dünya  Sakit  Məmmədovu  qəbul  edir.  Böyük 
auksionlar, sərgi salonları və muzeylər durmadan ona dəvətlər 
göndərir.  Amma  bəzən  Sakit  Məmmədov  hətta  Luvr  kimi 
muzeyin  də  təklifini  geri  qaytarır.  Kulis.az  saytına  verdiyi 
müsahibədə  rəssam  özünün  möhtəşəm  auksion  təkliflərindən 
danışıb: 
―Sinqapurda  Opera  Qalereyası  ―Rus  məktəbi  ‖  adı  altında 
mənimlə Mark Şaqalın sərgisini təşkil etmişdi. Təsəvvür edin 
ki, Şaqalın əsərlərinin qiyməti 5-10 milyon dollardır. Mən də 
düşündüm  qiyməti  elə  qoyum  ki,  gülünc  görünməsin.  Ona 
görə  də  bildirdim  ki,  sərgidəki  əsərlər  satılmır.  Elə  də  oldu. 
Bundan  sonra  əsərlərimin  qiyməti  birdən-birə  qalxdı. 
Sinqapurda  əsərlərimin  qiyməti  ən  aşağısı  100  mindən 
başladı‖.  
Sakit  Məmmədovun  rəsm  əsərləri  həm  də  Patrisiya  Kaas,  
Mirey 
Matye, 
―Koç 
qrupu‖nun 
bütün 
üzvlərinin, 
―Sabançı‖ların,  ―Bayrakdar‖ların  evində,  Rusiyanın  ünlü 
simaları  Kasyanovun,  Narışkınin,  Lujkovun,  Şvıdkoyun, 
Kobzonun,  Vahid  Ələkbərovun,  Telman  İsmayılovun 
kolleksiyasında da var. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
65 
Fırçadan daman adam 
Şair   bir  insanın  qələmdən  kağıza  süzülmüş  variantı  olduğu 
kimi,  rəssam  da  sənət  ruhunu  özündə  gəzdirən  adamın 
fırçadan  kətana  daman  nüsxəsidir.  Odur  ki,  Sakit 
Məmmədovu  həyatda ayaq üstə duran vəziyyətdə deyil, məhz 
kətanın içində sakit halda daha  yaxından duymaq və  görmək 
olar.  O,  insan  ruhunun  görünə  bilinməyən  tərəflərini 
çəkdiyindən  özünə  məxsus  orijinal  dəst-xəttə  sahibləndi. 
Əsərlərində  ikinci  maraqlı  xətt  musiqi  ilə  rəsmin  vəhdətidir. 
Hər bir natura, yaxud portret sanki bir musiqini insan üçün ifa 
edir. Bu vəhdəti yaratmaq nə qədər çətin olsa da, Azərbaycan 
rəssamı  işin  öhdəsindən  çox  böyük  bacarıqla  gəlib.  
Əsərlərinə  misal  olaraq  ―Qızımın  portreti‖,  ―Nüşabə‖, 
―İtaliyalı  qız‖,  ―Güzgü  qarşısında‖,  ―Yaşasın  İstanbul‖, 
―Yorğun  şəhər‖,  ―Ad  günü‖,  ―Həzin  musiqi‖,  ―Suriyalı 
rəssam‖,  ―Filosof‖,  ―Melodiya‖,  ―Adəm  və  Həvva‖,  ―Yatmış 
mələk‖,  ―Türk  motivi‖,  ―Leninqrad  xatirələri‖,  ―Rəfiqələr‖, 
―Dədə  Qorqud‖,  ―Məhəbbət‖,  ―Bayram  axşamları‖,  ―Arzu‖, 
―Gün  aydın‖,  ―Şah  İsmayıl  Xətai‖,  ―Gəncə  simfoniyası‖, 
―Dəllək  Əliş‖i  göstərmək  olar.  Əsərlərin  özünə  tamaşa 
etməyənlər  belə,  onun  adını  eşitcək  rəssamdakı  millilik 
hissinin  şahidi  olurlar.  Milli  mentalitetin  təzahürçüsü  olan 
―Dəllək  Əliş‖  Sakit  Məmmədovun  sayəsində  Avropa 
qalereyalarını  gəzir.  Bu  əslində  Azərbaycanın  və  ―Dəllək 
Əliş‖in həmvətənlərinin uğurlarıdır. 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə