MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə23/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
93 
fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var.  O 
zaman  Azərbaycanın  adının  çəkilməsi  və  dünyada  sülhə 
xidmət  edən  bir  təşkilatda  onun  da  nümayəndəsinin  olması 
təbii ki, mənim üçün bir qürurdur‖. 
Azərbaycan və Bəxtiyar Siracov 
Elmin  vətəni  olmur  deyirlər.  Çünki  elm  özü-özülüyündə 
bəşəriyyətə  xidmətdir.  Ancaq  alim  heç  vaxt  öz  mənsub 
olduğu milləti, ―çıxdığı qını‖ unuda bilmir. Elmə, yəni bəşəri 
düşüncəyə  xidmət  etsə  də,  ruhu  həmişə  anadan  olduğu 
vətənlə bağlı olur. Bəxtiyar Siracov üçün də Azərbaycan bu 
anlamı daşıyır.: 
―Vətənlə  bağlılığım  daim  olub.  Mən  həmişə  azərbaycanlı 
kimi yaşamışam. Azərbaycanlı kimi hərəkət etmişəm. Burda 
da ölkəmizin səfirliyi, diaspor ilə əlaqələrimiz var və mədəni 
tədbirlərə  gedirəm.  Görkəmli  sənətkarlarımız  burda  konsert 
verir  və  mən  də  iştirak  edirəm.  Yoldaşlarla  görüşür, 
Azərbaycanla bağlı məsələləri müzakirə edirik. İki ildən bir 
də özüm vətənə gedir,  qohumlarla görüşürəm‖ 
Amma narazı olduğu məqamlar da var… 
―17  ildir  ki  mən  burdayam  amma  hələ  də  görməmişəm  ki, 
Azərbaycandan  ərizə  verib  burda  işləməyə  gələnlər  olsun. 
Burda  çox böyük imkanlar var. Həmyerlilərimiz də bundan 
istifadə etsələr, yaxşı olar‖.   


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
94 
94 
“Azərbaycan pasportu hələ də cibimdədi” 
―Vətənə  bağlılıq  bizim  qanımızdadır.  Bu,  doğulduğumuz 
gündən  bizə  verilən  tərbiyədən  irəli  gəlir.  Hara 
getsək,Azərbaycan  ürəyimizdədir.  Mən  17  ildir  burdayam, 
amma  hələ  də  Azərbaycan  vətəndaşıyam,  pasportumu 
saxlamışam.  Mən  evdə  xüsusi  antenna  qurmusam  ki, 
Azərbaycan TV-lərini tuta bilim. Televiziyaya böyük zövqlə 
baxıram‖. 
Həmişə baxdığı heykəl 
Vyananın  mərkəzi  parklarının  birində  Azərbaycan  səfirliyi 
tərəfindən  dahi  bəstəkar  Üzeyir  Hacıbəylinin  abidəsi 
qoyulub.  Məhz,  bu  səbəbdən  yorucu  iş  gününün  sonunda 
alim  hər dəfə o parka  gedərək abidəyə baxır. Söhbətlərində 
qeyd  edir  ki,  hər  dəfə  Avstriya  vətəndaşları  bu  heykəlin 
yanından  keçərkən,  ayaq  saxlayıb  bəstəkar  haqında 
məlumatları 
oxuyurlar.  
‖Bu 
məni 
çox 
sevindirir‖.   
Evindəki  pianoda  da  çox  vaxt  Üzeyirin  bəstələrini  ifa  edir. 
Həmçinin  Agentlik  tərəfindən  Nobelin  ona  şamil 
olunduğunu bildirən diplom da o pianonun üzərindədir.   
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
95 
 
Hansı Azərbaycan aliminin nəzəriyyəsi bütün 
dünyanı dəyişəcək 
 
Əvvəlcə  o  nəzəriyyə  haqda.  Bütün  dünya  vahid  harmoniya 
içində hərəkət  edir. Orta əsr  İslam  Şərq  fəlsəfəsinin  intibah 
dövrünün  məhsulu  olan  ―Vəhdəti-vücud‖  nəzəriyyəsi  də 
bütün  var  olanların  vahid  ahəng,  harmoniya  altında  cəm 
olduğunu əks etdirir. XIV əsrdən sonra Şərq öz harmoniyası 
siyasi təzahürlər nəticəsində itirdi. Elm əsri olan XXI əsr isə 
bütün  elmlərin  inteqrasiyasına  can  atdı.  Əslində  buna 
müəyyən qədər nail də olub. Bunun özü Ahəngə , dünyanın 
harmonik  inkişaf  xətti  üzrə  hərəkət  etməsinə  bir  sübutdur. 
1990-cı ildə Azərbaycan alimi tərəfindən tamamlanan? lakin 
hələ  indi  –  indi  xarici  ölkələrdə  tətbiq  olunub  tanınmağa 
başlayan  Ahəngyol  nəzəriyyəsi  də  bu  yaxınlaşmanı 
sürətləndirmək  üçün  nəzərrdə  tutulub.  Nəzəriyyə  ilə 
yaxından  tanış  olaq:  Ahəngyol  —  dünyanın  vəhdətdə 
olduğunu  əsas  tutaraq  bütün  sahələrdə  elmi  tədqiqatların 
ahəng  məntiqi  ilə,  ahəng  meyarları  üzərində  aparılmasını, 
elmdən  yalnız  ahəngə  xidmət  prinsipi  ilə  istifadəni  zəruri 
sayan  elmi-fəlsəfi  konsepsiya.  Hər  hansı  sahədə  aparılan 
tətqiqatlar  geniş  mənada  ahəngin  pozulmasına  yol  açırsa, 
həmin tətqiqatların tətbiqinin ən azı müvəqqəti olaraq (onun 
ahəngə  xidmət  edəcəyi  vaxta  qədər)  dayandırılmasını 
məqsədəuyğun  bilir.  Bu  nəzəriyyə  müasir  dövrdə  bəzi 
Avropa  alimləri  tərəfindən  elmşünaslığa,  səhiyyəyə, 
diplomatiya  ,  ekologiya  və  digər  sahələrə  tətbiq  edilmək 
ərəfəsindədir. Müəllifi kimdir? Bu elmi-fəlsəfi nəzəriyyənin 
sahibi Azərbaycanın tanınmış sosioloqu və riyaziyyatçı alimi 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
96 
96 
professor, Əhməd Qəşəmoğludur. O, 1950-ci ildə Naxçıvan 
MR-ın Babək rayonunda anadan olub. 16 yaşında BDU-nun 
mexanika-riyaziyyat  fakültəsinin  tələbəsi  olub.  Alimin  özü 
banisi  olduğu  nəzəriyyə  və  onun  tarixçəsi  barədə  bunları 
deyir:  ―Bu  elmim  tarixi  mənim  hər  kəs  kimi,  uşaqlıq 
illərimdə  yer  üzü,  dünya  haqda  özümə  verdiyim  suallardan 
başlayır.  Bu  sualları  ətrafımdakılara  verdikcə,  riyaziyyat 
müəllimi  olan  dayım  hər  zaman  deyirdi  ki,  sən  bu  suallara 
cavab tapmaq üçün hökmən riyaziyyatı yaxşı bilməlisən. 16 
yaşımda  çox  yüksək  qiymətlərlə  BDU-  nun  mexanika  – 
riyaziyyat  fakutəsinə  girdim.  Universiteti  bitirdikdən  sonra 
riyaziyyatın  tətbiqi  sahələri  ilə  məşğul  oldum  və  SSRİ  də 
riyaziyyatın 
sosiologiyaya 
tətbiqi 
sahəsində 
ilk 
mütəxəssislərdən biri oldum. Moskvada elmi dərəcə alıb bir 
müddət  çalışdıqdan  sonra  Bakıya  döndüm.  20  ilə  qədər 
müxtəlif elmi qurumların rəhbəri oldum. Yenə də, hər zaman 
uşaqlıq  illərində  olduğu  kimi  məni  yer  üzünün,  həyatın 
mahiyyəti  ilə  bağlı  suallar  dərindən  düşünməyə  məcbur 
edirdı.  Suallarıma  heç  bir  fəlsəfi  sistemdə  əməlli  başlı 
cavablar  tapa  bilmirdim.  Ona  gorə  də  bütün  dini  kitabları 
dərində  oxumağa,  mahiyyətini  dərk  etməyə  çalışdım.  Eyni 
zamanda  hələ  uşaqlıqdan  poeziya  məni  heç  vaxt  tərk 
etməyib.  Hər  zaman  elmi  olaraq  izah  edə  bilmədiklərimi 
şeirlə  ifadə  etməyə  çalışmışam.  Bakıda  və  başqa  ölkələrdə 
xeyli 
şeir 
kitablarım 
çıxıb. 
Ahəngyol 
elminin 
formalaşmasına bu poetik ovqat da xeyli komək edib. 1988 
ci ili ahəngyol sahəsində başlanğıc ili kimi qəbul etmək olar. 
Amma  o  zamanlar  bu  sahənin  hələ  özülləri  qoyulurdu. 
Doğrudur,  on  il  öncə  bu  elm  sahəsini  formalaşdırmağa 
başlayanda onun bu imkanları heç ağlıma da gəlməzdi. 2006 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə