MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
100 
100 
bilər.  Ortada  olan  sinergetika  elmi  özü-  qüsurlu  elm 
sahələrinin qüsurlu olaraq bir araya gətirilməsindən ibarətdir 
və  yer  üzündəki  indiki  xaosu  ortadan  götürmək  gücündə 
deyil.  Yer  üzünu  məhəbbət  xilas  edəcək  deyirlər….  ahəng 
olmadan  məhəbbət  ola  bilməz!  Yer  üzünü  gözəllik  xilas 
edəcək deyirlər…. ahəng olmayan yerdə gözəllik ola bilməz! 
Yer üzünü  yalnız və  yalnız ahəng prinsipləri  ilə  dərk etmə, 
idarə  etmə  xilas  edə  bilər.  Ahəng  yolu  Allahın  yoludur. 
Ahəngyol elminin parlaq gələcəyinə heç bir şübhəm yoxdur‖ 
Sonda  onu  da  qeyd  edək  ki,  bu  nəzəriyyə  Avropada 
yayılmaqdadır.  İtaliya,  Almaniya,  Türkiyə  kimi  ölkələrdə 
gniş müzakirələr keçirilib və yerli alimlər ayrı-ayrı sahələrə 
tətbiq  etmə  üsulları  haqqında  düşünürlər.  Alimin  özü  isə 
nəzəriyyəni  hələlik  ekologiya  və  səhiyyə  sahəsində 
tətbiqinin tərəfdarıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
101 
 
Eynşteynin evinə çağırdığı, Stalinin həbsə atdığı 
məşhur BAKILI ALİM...
 
 
 
Budəfəki  qəhrəmanımız  dünya  şöhrətli  alim,  sovet  nəzəri 
fizikasının  banisi,  1962-ci  ildə  Nobel  mükafatıma  layiq 
görülmüş köhnə bakılı Lev Landaudur. 
Köhnə Bakıda bir ailə … 
İndiki  Nizami  və  Səməd  Vurğun  küçələrinin  kəsişməsində 
Bakıda  hamının  hörmət  etdiyi  çox  sakit  və  mədəni  bir 
yəhudi ailəsi  yaşayırdı. O vaxtın Bakısı ilə bu ailə arasında 
çox dərin bir əlaqə var idi. Hər ikisi alicənab, hər ikisi sakit 
və  mədəni.  Amma  o  ailə  bir  məsələdə  Bakını  qabaqladı. 
Belə  ki,  bu  ailə  dünyaya  Lev  Landau  kimi  bir  dahi  alimi, 
fiziki bəxş etdi. Dünya sonralar Nobel mükafatı almış alimə 
görə 
Bakıya 
təşəkkür 
edəcəkdi.  
Lev Landau 1908-ci il yanvarın 22-də anadan olub. O zaman 
gələcək  böyük  alimin  atası  David  Landau  Balaxanı  neft 
mədənlərində  mühəndis,  anası  Lyuba  xanım  isə  mama-
ginekoloq  işləyirdi.  1913-cü  ildə  kiçik  Levin  təhsil  alması 
üçün  onun  ailəsi  indiki   Nizami  və  Səməd  Vurğun 
küçələrinin  kəsişməsində  yerləşən  evə  köçür.  Lev  Landau 
düz  1924-cü  ilə  qədər  həmin  evdə  yaşayır  (hazırda  o  evin 
qarşısında Landaunun orada yaşadığını bildirən lövhə var). 
14 yaşında tələbə, 16 yaşında mühazirəçi 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
102 
102 
Kiçik  Lev  uşaq  vaxtından  hamını  öz  dərin  zəkası  ilə 
təəccübləndirir. 8 yaşında Bakıda gimnaziyaya daxil olur və 
12  yaşında  oranı  bitirir.  Özü  də  əla  qiymətlərlə.  Lakin 
yeniyetmə olması onun  ali məktəbə  gedən  yolunu kəsir. 12 
yaşlı  yeniyetmənin  ali  məktəbdə  oxumasına  qarşı  çıxırlar. 
Ailəsi məcbur olub onu Bakıdakı İqtisadiyyat Texnikumuna 
qoyur.  Əvvəldən  riyaziyyatdan  xüsusi  zövq  alan  Lev  üçün 
iki  illik  texnikum  təhsili  göydəndüşmə  olur.  Dərindən 
sevdiyi  riyaziyyatla  daha  əhatəli  məşğul  olmağa  başlayır. 
1920-ci  ildə  daxil  olduğu  texnikumu  1922-ci  ildə  bitirir. 
Oranı  bitirəndə  Landaunun  14  yaşı  var  idi.  Elə  həmin  il 
 Azərbaycan  Dövlət  Universitetinə  (indiki  BDU)  imtahan 
verərək,  eyni  vaxtda  iki  ixtisasa  qəbul  olunur:  fizika-
riyaziyyat 
və 
kimya.  
Kimyanı yaxşı bilsə də, ürəkdən bağlandığı fizika sahəsi onu 
özünə  daha  çox  cəlb  edir.  Odur  ki,  sırf  fizika  üzrə 
təkmilləşmək istəyən Lev universitetin daxilində yaradılmış 
―Matezis‖  Tələbə  Elmi  Cəmiyyətində  fizikanın  aktual 
mövzuları üzrə məruzələr hazırlayır. Bu məruzələr onsuz da 
qeyri-adiliyinə  görə  təhsil  ocağında  seçilən  Landaunu  daha 
da məşhurlaşdırır. Artıq həm özü,  həm də ətrafı anlayır ki, 
Bakı mühiti onun üçün çox darısqaldı. Odur ki, 16 yaşlı Lev 
1924-cü  ildə  SSRİ-nin  elm  mərkəzi  olan  Leninqrad  Dövlət 
Universitetinin fizika- riyaziyyat fakültəsinə köçürülür. 
Eynşteyn 21 yaşlı Landaunu evinə dəvət edir 
Lev  Landau  1927-ci  ildə  Leninqrad  Dövlət  Universitetində 
təhsilini  başa  vurur  və  Leninqrad  Fizika-Texnika 
İnstitutunun  aspiranturasında  təhsilini  davam  etdirir.  Sovet 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
103 
nəzəri fizikasının atası hesab olunan Landau bu sahədə geniş 
tədqiqatlara 
başlayır.  
1928-ci  ildən  gənc  aspirantı  elmi  qurultaylara  dəvət  edirlər. 
Landau  orada  təklif  etdiyi  tədqiqat   işlərinə  görə  hamı 
tərəfindən  maraqla  qarşılanır.  Onu  həmin  qurultayda  kəşf 
edən alimlərdən biri də böyük fizik, Nobel mükafatçısı Nils 
Bor  olur.  Hansı  ki,  o  dövrün  bütün  fiziklərinin  atası 
sayılacaq  Bor  gələcəkdə  Landauya  çox  kömək  edəcəkdi. 
Həm  elmdə,  həm  də  şəxsi  həyatında.  Amma  1929-cu  ildə 
onlar ötəri tanış oldular. Elə həm il Landau Berlinə gəlir və 
zəmanəsinin  ən  böyük  alimlərindən  olan  Albert  Eynşteynlə 
görüşmək  istəyir.  O,  Berlinə  kimi  Avropanın  bir  çox  təhsil 
ocaqlarında  -  Kembric,  Kopenhagen,  Leyspiq,  Sürix 
universitetlərində  olur.  Berlinə  gələrkən  isə  ilk  arzusu  dahi 
Eynşteynlə Kvant  mexanikasına aid söhbət aparmaq olur. O 
zaman Levin 21 yaşı var idi. Amma iddialı gənc üçün Berlin 
Universitetində  bu  görüş  təşkil  olunur.  Eynşteyn  ilk  dəfə 
tanış  olduğu  gəncin  iradəsini  yüksək  qiymətləndirir  və  onu 
elmi  müzakirə  üçün  evinə  dəvət  edir.  Böyük  alimlə 
görüşmək  və  nəyisə  müzakirə  etmək  təbii  ki,  çoxlarının 
əlçatmaz  arzusu  idi.  Amma  Landau  bunu  bacarır  və 
Eynşteynin  evinə  gedərək  Kvant  mexanikası  mövzusunda 
müzakirələr  aparır.  Qeyri-müəyyənlik  prinsipinin  kvant 
mexanikasının  əsas  prinsipi  olduğunu  sübut  etməyə  çalışır. 
Landaunun əminliyi, aydın və dəqiq mülahizələri Eynşteynin 
xoşuna  gəlsə  də,  o,  dahi  fiziki  razı  sala  bilmir. Sonralar  bu 
iki  böyük  alimin  görüşmək  imkanı  olmur.  Faşistlər 
Almaniyada  hakimiyyətə  gəldikdən  sonra  Albert  Eynşteyn 
Amerika Birləşmiş Ştatlarına qaçmaq məcburiyyətində qalır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə