MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə28/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
111 
dövlətinin  hökmdarı  Məhəmməd  Cahan  Pəhləvan  mədh 
olunur.  1175-ci  ildə  hakimiyyətə  gələn  və  dövlətin 
çiçəklənməsində  əsaslı  rol  oynayan  Cahan  Pəhləvanın 
dövründə  Təbriz,  Gəncə,  Naxçıvan  kimi  şəhərlər  xeyli 
inkişaf edir. O həm də şair və elm adamlarına rəğbəti ilə də 
seçilirdi.  Azərbaycan  dilində  tapılan  divanda  Nizami 
Gəncəvinin onu mədh etməsi daha məntiqə uyğundur. Həm 
də  ―Xəmsə‖yə  daxil  olan  ―Xosrov  və  Şirin‖  poemasının 
Məhəmməd Cahan Pəhləvana həsr olunması  və  onun orada 
mədhi  fikrimizi  daha  da  əsaslandırır.  Nizami  Qaraxani  isə 
XVI əsrdə qurulan Səfəvilər dövlətində saray şairi olub. Çox 
istedadlı  şair  kimi  tanınan  Qaraxani  çox  gənc  ikən  –  24 
yaşında  vəfat  edib.  Onun  Məhəmməd  Cahan  Pəhləvanı 
mədh 
etməsi 
inandırıcı 
deyil.  
Divanda rast gəlinən digər faktlar da onu Nizami Gəncəvinin 
adı ilə bağlayır. Belə ki, Nizami Gəncəvi  dövründə yazılan 
əsərlərdə  əsasən  Firdovsinin  ―Şahnamə‖sindən,  Əhvədinin 
―Cəmşidin  Camı‖ndan,  digər  şəxslər  Dara  və  İsgəndərdən 
danışmaq  ənənə  idi.  Nizaminin  bizə  məlum  olan  başqa 
əsərlərində, xüsusən ―Sirlər xəzinəsi‖ poemasında buna rast 
gəlmək  olar.  Həmçinin  divanda  da  bu  şəxslərin  adı  çəkilir. 
Amma Qaraxaninin yaşadığı dövrdə Səfəvilər hakimiyyətdə 
idi.  Belə  ki,  dövlət  dili  Azərbaycan  dili  olan  ölkədə 
türkləşmə  siyasəti  aparılırdı  və  İran  məfhumu  olan 
məsələlərdən danışmaq qeyri-mümkün idi. 
Divanı Azərbaycan dilinə köçürən şəxsin açıqlaması 
Sənan  İbrahimov  da  bu  faktlara  öz  münasibətini  bildirir: 
―Nizami  Gəncəvi  öz  dövrünün  tələbinə  uyğun  olaraq 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
112 
112 
divanda  ―Şahnamə‖dən  də  danışır,  Cəmşiddən  də  Daradan 
da.  Qaraxaninin  yaşadığı  Səfəvilər  dövründə  bunu  etmək 
qeyri-mümkün  idi.  Şah  İsmayıl  Xətai  tam  olaraq  hər  şeyi 
türkləşdirmişdi.  O,  İrana  aid  məfhumların  işlənməsinin  qəti 
əleyhinə idi. Həmçinin  özü də fars dilini bilmirdi. Bu dildə 
yazan şairlərə də rəğbət  bəsləmirdi. Bundan başqa, mən bir 
mətnşünas kimi divanla işləyərkən tam olaraq ayırd etdim ki
bu, 
Nizami 
Gəncəviyə 
aiddir. 
Tarixi 
faktların 
əsaslandırılması ilə yanaşı mətnşünaslıqda müəllifi müəyyən 
etmək  üçün  8  atribusiya  var  ki,  ondan  istifadə  etdik.  Bu 
atribusiyalardan biri şairin yaradıcılıq əzmidir. Belə ki, Şeyx 
Nizaminin  digər  poemalarında  olan  ana  düşüncələr,  ifadə 
forması  burda  da  var.  Sonrakı  atribusiya  leksik  fonda 
müraciətdir. Yəni şairin ən çox işlətdiyi sözləri aşkarlamaq. 
Cəmşiddən,  ―Şahnamə‖  qəhrəmanlarından  və  s.  bəhs  edən 
cümlələrin  divanda  olması  bunlara  əyani  sübutdur.  Nizami 
ərəbləri  təsvir  edərkən  həmişə  ―Çətri  siyah‖  deyib.  Yəni 
―qara çətirli adam‖. Bunu onun başqa poemalarında da görə 
bilərsiniz‖. 
Hələ ki işlər gedir... 
Belə  ki,  soyuq  münasibətin  ucundan  hələ  də  özünü 
təsdiqləyə  bilməyən  bu  divan  ətrafında  müzakirələr  davam 
edir. Şərqşünaslıq İnstitutunun əməkdaşları Sənan İbrahimov 
və  Rəşid  Təhməzoğlu  divanı  transliterasiya  etməklə 
məşğuldurlar. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
113 
 
Sirli "Bermud üçbucağı"ndan sağ qayıdan 
Azərbaycan aliminin dedikləri 
 
Elm  xadimləri  barədə  silsilə  yazıları  davam  etdiririk.  Bu 
dəfəki  qəhrəman  öz  sahəsində  tanınan  mütəxəssislərdən 
olan  geologiya-minereologiya  elmləri  doktoru  mərhum 
Rüstəm  Babayevdir.  Alimin  özəlliyi  əfsanəvi  ―Bermud 
üçbucağı‖na  səyahət  etməsidir.  Dünya  Okeanının  ən 
təhlükəli  nöqtəsi  sayılan  ―Bermud  üçbucağı‖  çox 
obyektlərin, insanların məhvinə səbəb olub. Alimlərin bu 
müəmma  barədə  fikirləri  birmənalı  deyil.  Bəziləri  onun 
sadə  elmi  izahını  verir,  okeanla  atmosferin  qarşılıqlı 
əlaqəsi  nəticəsində  hava  kütlələrinin  güclü  hərəkəti  ilə 
əlaqələndirir.  Bəziləri  bunu  fizika  və  geofizika  elminin 
aydınlaşdıra bilməyəcəyi bir müəmma, bəziləri isə yalnız 
və  yalnız  böyük  dövlətlərin  ortaya  atdıqları  uydurma 
adlandırır.  
 
Azərbaycandan isə bu sirli obyektə elmi tədqiqat üçün iki 
alim gedib çıxa bilib. Bunlar 1982-ci ildə ora səfər etmiş 
iki  geoloq  alim  Rüstəm  Babayev  və  Xəlil  Əliyulladır. 
Yazının  qəhrəmanı   Rüstəm  Babayev  ötən  il  rəhmətə 
gedib. Amma həqiqətən də həm ―Bermud üçbucağı‖,  həm 
də  digər  məsələlər  barədə  çox  maraqlı  xatirələri  var  idi. 
 
Rüstəm  Babayevin  ―Bermud  səfəri‖  barədə  yazı 
hazırlayərkən  onun  ailə  üzvləri  köməyimizə  çatdı.  Oğlu 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
114 
114 
Qulam  Babayev  mərhum  atasının  yolunu  davam  etdirir. 
Geologiya İnsitutunda çalışır və goelogiya–minereologiya 
elmlər namizədidir. Alimin həyat yoldaşı Məlahət xanımla 
əlaqə  saxlayanda  o,  çox  kövrəldi.  ―Heyif  ki,  ayaqlarım 
tutulub, yoxsa sizin iş yerinizə gəlib onun haqqında  özüm 
nə  qədər  istəsəniz  danışardım.  Vallah,  mənim 
yoldaşımdan 
yox 
idi‖. 
Həyacanlanan  Məlahət  xanıma  zəngimizin  məqsədi 
barədə 
məlumat 
veririk.  
―Düzdür, 
o, 
―Bermud 
üçbucağı‖nda 
olan 
iki 
azərbaycanlıdan biridir. 1982-ci ildə ora getdilər. Bir növ 
onunla  birlikdə  gedən  alimlərin  müəllimi  idi.  Ondan  çox 
şey  öyrənirdilər.  Hətta  gəmidə  olan  ―Pravda‖  qəzetinin 
müxbiri  Poçevalov  onun  haqqında  roman  da  yazdı. 
Düzdü,  romanda  Mamedov  kimi  gedirdi.  Amma  müəllif 
özü  demiş  ki,  mən  bu  romanı  sizə  həsr  etmişəm.  O  vaxt 
çoxları ―Bermud üçbucağı‖ndan sağ qayıtmırdı. Amma o, 
elm  naminə  ora  getməyi  üstün  tutdu.  Qızım  Səidə  onun 
―Bermud  üçbucağı‖  barədə  xatirələrini  və  orda  apardığı 
tədqiqatları  bir  yerə  cəmləyib‖-deyə  Rüstəm  Babayevin 
həyat yoldaşı bildirir. 
Qeyd  edək  ki,  Məlahət  xanım  yataq  xəstəsidir.  Ömrünü 
demək olar ki, elm fədaisi olan alimə həsr edib. Odur ki, 
ürəyi dolu olduğundan mövzumuzdan kənara çıxır: 
―Hər  ikimiz  1951-ci  ildə  geologiya  fakültəsinə  daxil 
olduq.  1956-cı  ildə  oranı  bitirdik.  Akademiyanın  indiki 
prezidenti  Akif  müəllim  bizimlə  paralel  oxuyurdu.  Yeri 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə