MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
82 
82 
 
Stalinin bakılı arvadının faciəsi  
 
 O harada dəfn olunub? 
 
 
Vaxtilə   ―millətlər  atası‖  sayılan  Stalin  1943-cü  ildə  öz 
qeydlərinin  birində  yazırdı:  ―Mən  bilirəm  ki,  ölümümdən 
sonra  mənim  məzarıma  çoxlu  sayda  zibil  atacaqlar,  amma 
tarixin 
küləyi 
amansızcasına 
onları 
dağıdacaq‖.  
Qılıncının qəbzəsinin də kəsdiyi bir vaxtda bunu etiraf edən 
Stalin bilirdi ki, o, nəinki ictimai həyatda, beynəlxalq siyasi 
arenada, hətta şəxsi ailəsi daxilində belə,  çoxsaylı fəsadların 
səbəbkarıdır.  1961-ci  ildə  də  keçirilən  müşavirədə  nəşinin 
Mavzoleydən  qaldırılması  ilə  bağlı  çıxışlarda  da  bu  amillər 
qeyd  olunurdu.  Doğrudur,  orada  daha  çox  Stalini  Lenin 
ideyalarına  sadiq  qalmadığı  üçün  tənqid  edirdilər.  Amma 
insanlığa  vurduğu  zərbələr  də  təbii  ki,  unudulmurdu.  Hansı 
zərbələr  ki,  özünü  ailə  daxilində  də  əks  etdirirdi.  Bu 
fəsadların  ən  ağırını  yaşayan  isə  diktatorun  ikinci  xanımı 
əslən Bakıdan olan Nadejda Alliluyeva idi. 
 
O, Stalinlə 14 il birgə həyat yaşadı. Məhz 14 ildən sonra, o, 
həyatındakı dözülməz hallara tab gətirməyərək intihar edib. 
1932-ci  ildə  ürəyinə  odlu  silahdan  atəş  açaraq  ölüb.  İntihar 
etməzdən  bir gün əvvəl isə Stalinə onunla həyatın dözülməz 
olduğunu 
və 
boşanmaq 
istədiyini 
deyibmiş…  
 
Bu  haqda  bir  az  sonra  daha  ətraflı  məlumat  verəcəyik. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
83 
Amma əvvəlcə, diktatorun birinci  evliliyinə  də  nəzər salaq: 
O, ilk dəfə 1904-cü ildə gürcü əsilli Yekaterina Svanidze ilə 
ailə  həyatı  qurub.  İlk  evliliyin  ömrü  çox  qısa  olub. 
Yekaterina  1907-ci  ildə  vərəm  xəstəliyi  səbəbindən 
dünyasını  dəyişib.  İlk  nikahdan  Yakov  adlı  oğlu  olub  ki, 
sonradan  onun  barəsində  yaranacaq   müharibə  əfsanələri  ilə 
daha  da  məşhurlaşıb.  Bu  həmin  Yakov  idi  ki,  əsir  düşən 
zaman Stalin ―bir əsgəri heç vaxt  feldmarşala dəyişmərəm‖ 
deyərək  doğma  oğlunun  ölümünə  səbəb  olmuşdu.  
 
O  zaman  almanlar  Yakovu  əsir  götürərək,  onu  alman 
ordusunun feldmarşalı Paulyusla dəyişməyi təklif etsələr də, 
Stalin oğlunun ölümü ilə nəticələnən qərar qəbul edib. 
Stalin ikinci dəfə 1919-cu ildə evlənib. İkinci həyat  yoldaşı 
milli  məsələlər  üzrə  Xalq  Komissarlığında  çalışan  Nadejda 
Alliluyeva  idi.  Nadejda  elə  bu  səbəbdən  soyadını 
dəyişdirmir. Əslən bakılı olan bu xanımla rəsmi nikah 1919-
cu il martın 24-də bağlanıb. Bu nikahdan iki uşaq – Vasili və 
Svetlana  dünyaya   gəlib.  Vasili  Böyük  Vətən  müharibəsi 
illərində  general-leytenant  kimi  SSRİ-nin  müxtəlif 
nöqtələrinin,  eləcə  də  Moskvanın  havadan  müdafiəsində 
böyük  xidmətlər  göstərib.  Stalinin  vəfatından  sonra  həbs 
olunan  Vasili  1960-cı  ildə  azadlığa  çıxsa  da,   çox  yaşamıb. 
Elə  həmin  il  də  dünyasını  dəyişib.  Qızı  isə  məcburiyyət 
qarşısında qalaraq, 1967-ci ildə Amerika səfirliyindən siyasi 
sığınacaq istəyərək, orada yaşayıb. 
Yazının qəhrəmanı olan  Nadejda Alliluyeva  Bakıda anadan 
olub.   Nikita  Xruşşovla  eyni  kursda  oxumuş  xanım  aktiv 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
84 
84 
ictimai şəxs kimi ―İnqilab və mədəniyyət‖ jurnalı, ―Pravda‖ 
qəzeti ilə yaxından əməkdaşlıq edib. Bu xanımın Stalinlə 14 
il  birgə  yaşaması  və  sonda  intihar  edərək  özünü  öldürməsi 
barədə 
yuxarıda 
məlumat 
verdik.  
 
Araşdırmaçı  jurnalist  İlham  Cəmiloğlu   Nadejdanın  necə 
intihar  etməsi  və  bu  intiharın  səbəbləri  barəsində  çox 
maraqlı  qeydlərlə  çıxış  edib.  Onun  da  fikrincə,  Nadejdanı 
məhz 
Stalinin 
qəddarlığı 
məhv 
edib: 
―Stalinin  qəddarlığı  ailədə  də  hökm  sürüb  və  o  öz  həyat 
yoldaşına qarşı da amansız olub. 1932-ci ilin noyabrın 8-də 
Nadejda Alliluyeva ―Valter‖ tapançası ilə özünü güllələyib. 
İntihara səbəb bir gün əvvəl Voroşilovun mənzilində ziyafət 
zamanı  aralarındakı  kiçik  mübahisə  olub.  Nadejda 
Alliluyeva  mübahisədən  sonra  ziyafəti  tərk  edərək  evə 
qayıdıb,  Stalin  isə  bağa  gedib.  Gecə  Nadejda  bir  neçə  dəfə 
Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb. 
Müəmmalı  olümlə  bağlı  digər  versiyalar  da  mövcuddur. 
Hətta  deyilir  ki,  Nadejda  Alliluyevanı  elə  Stalinin  yanında 
Budyonnı 
güllələyib.  
Digər bir versiyaya görə Stalin qısqanclığa görə köməkçisinə 
əmr  edib  ki,  Nadejdanı  güllələsin.  Daha  bir  versiya  isə 
Nadejda  Alliluyevanın  xəstəliyi,  dözülməz  baş  ağrılarından 
əziyyət  çəkməsi  olub.  Onun  ölümündən  sonra  otağından 
yazılmış məktub tapılıb. Bu məktubda şəxsi hisslərdən çox, 
hakimiyyət  haqqında  ittihamlar  öz  əksini  tapıb.  Stalin 
məktubda  yazılanlardan  belə  qənaətə  gəlib  ki,  Nadejda 
Alliluyeva üzdə özünü dövlətə yaxın bir insan kimi göstərsə 
də,  o,  daxilən  hələ  lap  gənc  yaşlarından  Stalinə  və  onun 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə