MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
74 
74 
radioqram  göndərdi:  ―Quyu  bütün  qaydalara  uyğun  olaraq 
əməlli-başlı  fontan  vurur‖.  Ən  qəribə  teleqramı  isə  Fərman 
Nikita Xruşşova göndərmişdi: ―Mən nefti tapdım. Bax belə. 
Salmanov‖. 
Bundan  sonra  kəşflər  bir-birinin  ardınca  düzüldü: 
Mamontov, 
Meqion, 
Pravdinski, 
Ust-Balık, 
Surqut, 
Fyodorov,  Urenqoy,  Yamburq  və  başqa  iri  yataqlar  açıldı. 
Hər neft yatağı fontan vurduqca Salmanov haqqında fikirlər 
müsbət  istiqamətdə  tamamilə  dəyişir,  o,  irəliləyir,  rəqibləri 
isə  məğlub  olurdu.  1962-64-cü  illərdə  Salmanov  Ust-Balık 
neft kəşfiyyatı ekspedisiyasının (NKE) baş geoloqu, 1964-cü 
ildən  isə  Pravdinski  NKE-nin  rəhbəri  olur.  1970-ci  ildə  o, 
Baş  Tümen  Sənaye-Geoloji  İdarəsinin  rəisi  Y.  Ervyenin 
müavini,  neft  və  qaz  üzrə  baş  geoloq,  1978-ci  ildə  isə 
―Baştümengeologiya‖nın rəhbəri təyin olunur. 
O, Rusiya iqtisadiyyatına  necə təsir etdi? 
1970-ci  illərdə  SSRİ  enerji  böhranı  ilə  üz-üzə  idi.  Artıq  o 
illərdə xüsusi çəkiyə malik olan Salmanovla rəhbərlik hər bir 
variantda  razılaşmalı  olurdu.  Qərb  Sibir  və  Tümen 
vilayətlərinin  neft  ehtiyatları  barəsində  dediyi  proqnozların 
düz  çıxması  mərkəzə  böhranın  qarşısını  almaq  üçün  çox 
böyük kömək etdi. Bu həm də iqtisadiyyatın yenidən bərpası 
demək idi. Sonradan onun tapıntıları ―Qazprom‖, ―Sibneft‖, 
―Rosneft‖ kimi nəhəng şirkətlərə gəlir gətirir. 
SSRİ-nin çöküşünə az qalmış Sibir neftinin atası Moskvaya 
dəvət  edilir.  Burada  rəhbər  vəzifələrə,  hətta  neft  sənayesi 
nazirinin  müavini  postuna  da  yüksəlir.  İttifaq  dağılandan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
75 
sonra geologiya sahəsinin dövlətin əlindən çıxıb özəl biznes 
layihələrinin  tabeliyinə  keçməsi  görən  Salmanov  böyük 
təcrübəsindən  istifadə  edərək  1992-ci  ildə  özünün 
―Rosplan‖  şirkətini  yaradır  və  maksimal  qazma  səviyyəsi 
3500-dən  5000  metrə  qədər  olan  çətin  yataqların  işlənməsi 
ilə  məşğul  olmağa  başlayır.  Samotlor  və  Urenqoy  kimi  iri 
yataqlarda  ehtiyatları  daha  dərin  qatlarda  axtarmağa  çalışır. 
2002-ci  ildən  F.  Salmanov  ―İtera‖  MMC  Direktorlar  Şurası 
sədrinin   müşaviri,  ―Yuqnefteqaz‖  MMC  Direktorlar 
Şurasının sədri vəzifələrində işləyir. Onun rəhbərliyi altında 
―Rosplan  İnterneşnl‖də  Yeni  Urenqoy  və  Şərqi  Urenqoy 
yataqlarında  dərin  qatların  öyrənilməsi  başa  çatdırır  və   ilk 
dəfə olaraq qaz, kondensat və neft hasilatı üçün işlənilir. F. 
Salmanov  ömrünün  son  günlərinə  qədər  ―İtera‖  şirkətində 
Kalmıkiya Respublikasında neft və qaz ehtiyatlarının axtarış 
və kəşfiyyatı ilə məşğul olur. 
Fərman  Salmanov  2007-ci  il  martın  31-də  uzunsürən 
xəstəlikdən  sonra  76  yaşında  dünyasını  dəyişmiş  və 
Moskvada Vaqankov qəbiristanlığında dəfn edilir.  
 
Salmanov və Azərbaycan 
 
Rusiya Elmlər Akademiyasının müxbir üzvi, neft hasilatı və 
qazma  üsulları  barədə  ondan  artıq  monoqrafiyanın  müəllifi 
olan Salmanovun ömrü Sibir, Tümen, Moskva ilə bağlı olsa 
da o Azərbaycan üçün  heç zaman  yad olmayıb.  İstər rəsmi 
dövlət  dairələri,  istərsə  də  Azərbaycan  və  Rusiya  Elmlər 
Akademiyaları  arasındakı  münasibətlərdə  Salmanov  hər 
zaman  Azərbaycan  alimi  kimi  xatırlanıb.  Mərhum  öz 
vəsiyyətinə  uyğun  olaraq  Vaqankov  qəbiristanlığında  dəfn 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
76 
76 
edilib.  Lakin  əsas  fakt  budur  ki,  o  bu  gün  də  Azərbaycan 
elmi və neft sənayesi üçün ―dəfn edilməyib.‖  
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
77 
 
 
Sovet atom bombasının yaradıcılarından biri, 
külü Bakıda dəfn edilən gizli azərbaycanlı alim... 
 
 
O,  uşaq  olarkən  bir  qaraçı  təsadüfən  onun  falına  baxır  və 
gələcəyi  haqqında  iki  nişan  verir:  birincisi,  onu  deyir  ki, 
gələcəkdə  böyük alim olacaqsan. Sonra da düz 90 il yaşında 
vəfat edəcəyini söyləyir. nədənsə bu sözlər sonradan böyük 
alim  olan,  kimya,  nüvə  reaktorları  sahəsində  ən  peşəkar 
mütəxəssislərdən  olan  Abbas  Çayxorskinin  əbədi  olaraq 
yaddaşında qalır. 
Barəsində  danışacağımız  adam  qədim  Göyçədə  doğulub 
sonradan  bütün  SSRİ-nin  ―atom‖una  nəzarət  edən 
akademik Abbas Çayxorskidir. 
SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının 
sədri  (1969-1981),  neptunium  elementinin  kimyası 
sahəsində  dünya  şöhrətli  tədqiqatçı,  kimya  elmləri  doktoru 
Abbas  Çayxorski  1917-ci  ildə  indiki  Basarkeçər  qəzasının 
Çaxırlı  kəndində  anadan  olub.  1908-ci  ildən  sonra  ailə 
əvvəlcə  Ağdama,  oradan  da  Ağdaşa  köçür.  Gələcək  alimin 
uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta 
məktəbi  bitirir,  sonra  Bakıda  texnikuma  daxil  olur,  ali 
təhsilini  isə  1939-cu  ildən  başlayaraq  Bakı  Dövlət 
Universitetinin kimya fakültəsində alır. 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə