MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
66 
66 
 
 
Bakıdakı qəbir yeri boş qalmış Ceyhun Hacıbəyli 
 
 
Mühacirət həyatının son illərini daha da ağır nisgillə keçirən 
Ceyhun  Hacıbəyli  xatirələrində  çox  xəfif  və  kövrək  bir 
şəkildə  ötənlərə  boylanaraq  yazırdı:  "Doğmalarımdan 
ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən 
çox  da  yadıma  düşən  bacılarımdı.  Bəzən  də  anamın  və 
ortancıl  qardaşımın  surətləri  bacılarımın  surətlərini  əvəz 
edirdi. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı 
göz  yaşları  tökdülər.  Anamın  dolu  gözləri  xəyalımdan 
çəkilmir.  Mən  onları  inandırırdım  ki,  cəmisi  iki  aylığa 
gedirəm.  Nə  üçün  ağlayırsınız?  Amma  mən  özüm  də 
bilmədən 
onları 
aldatmışam. 
İndi 
məmləkətimdən 
ayrılmağımın 41 ilini yaşayıram. Onları bir daha görmədim 
və  heç  vaxt  da  görməyəcəyəm.  Doğmalarım  -  kişilər  və 
qadınlar  bir-birinin  ardınca  dünyadan  köçürlər.  Elə  mən 
özüm də köçəcəyəm...‖. 
Bunu  yazanda  həmin  adam  az  qala  70  yaşı  haqlayacaqdı. 
Amma  qürbətə  gələndə  onun  cəmi  28  yaşı  var  idi.  O, 
Azərbaycan  istiqlal  mücadiləsinin,  azadlıq  hərəkatının  ən 
gənc  mühaciri  olmaqla  yanaşı,  qürbətdə  ən  acı  və  ən  çox 
ömür keçirən bir şəxs kimi yadda qaldı: 
1891-ci  ilin  fevralında  Şuşada  anadan  olmuş  Ceyhun  bəy 
nüfuzlu  Hacıbəylilər  ailəsinin  Azərbaycan  maarifçiliyinə 
daha  bir  hədiyyəsi  idi.  Əsasən  bədii,  elmi  ədəbiyyat  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
67 
publisistika  ilə  məşğul  olmasına  baxmayaraq,  bir  şuşalı 
balası  kimi   musiqi  sahəsində  də  qardaşı  Üzeyirə  kömək 
edirdi. Şərqin ilk operası  olan ―Leyli və Məcnun‖un ərsəyə 
gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci 
ildəki  ilk  premyerada  Ceyhun  Hacıbəylinin  İbni  Səlam  və 
Nofəl 
rolunu 
da 
oynadığı 
deyilir.  
Amma  təbii  ki,  ictimai  arena  onu  özünə  daha  çox  çəkirdi. 
Murtuza Nağıyevin maliyyə dəstəyi hesabına əvvəlcə Sankt-
Peterburqda,   daha  sonra  isə  o  zamanın  ən  nüfuzlu 
universiteti  sayılan  Parisin  Sorbonn  Universitetində  Siyasi 
işlər  fakültəsində   təhsil  alıb.  Bu  təhsil  sayəsində  Ceyhun 
bəy geniş dünyagörüş qazanmaqla yanaşı, bir neçə xarici dili 
də  öyrənməyə  macal  tapdı.  Elə  bu  üzdən  də  1918-ci  ildə 
qurulan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Versal  sülh 
konfransında  müşaviri  təyin  olunur.  Əlimərdan  bəy 
Topçubaşov 
komandasının 
əsas 
simalarından 
olan 
C.Hacıbəyli  bundan  əvvəl  parlamentin  rəsmi  orqanı  olan 
―Azərbaycan‖  qəzetində  redaktor  kimi  də  öz  bacarığını 
göstərmişdi. 
Versal  Sülh  Konfransı  respublika  üçün  ciddi  əhəmiyyət 
daşıdığından  1919-cu  ilin  yanvar  ayının  7-də  orada  iştirak 
edən  Ceyhun  bəylə  birgə  bütün  heyətə  Nazirlər  Şurasının 
sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə 
―general‖ mandatı təqdim olunur. 
Versala  ezam  olunan  nümayəndə  heyəti  öz  işini  çox  böyük 
ustalıqla  yerinə  yetirir.  Fasilələrlə  davam  edən  konfransın 
yekununda  ―Antanta‖   ittifaqı  Azərbaycanın  müstəqilliyini 
tanıyır.  Bu,  təbii  ki,  sovet  Rusiyasını  qəzəbləndirməyə 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
68 
68 
bilməzdi.  
 
Nümayəndə  heyəti  məcburiyyət  qarşısında  qalıb  elə 
Avropada məskunlaşmalı olur. Ceyhun Hacıbəyli də vətənə 
qayıda  bilməyəcəyini  qərarlaşdıraraq,  ailəsini  Fransaya 
gətirtməli  olur.  Həyat  yoldaşı  Zöhrə  Hacıqasımova-
Hacıbəyli  2  yaşı  hələ  tamam  olmamış  uşağını  da  götürüb 
Ceyhun bəyin yanına gedir. 
O zaman Ceyhun bəyin cəmi 28 yaşı var idi. O hələ bilmirdi 
ki,  həyatdakı  bütün  çətinliklər  məhz  bundan  sonra 
başlayacaq.  Doğrudur,  o,  hələ  daha  gənc  ikən  qürbət 
şəhərlərdə  aclığın  ,  səfalətin  dadını  görmüşdü.  Elə  bu 
səbəbdən  də  təhsilini  yarımçıq  qoyub  Bakıya  qayıtmışdı. 
Amma  bu  dönəm  tamam  ayrı  bir  dönəm  idi.  
 
 
Üzeyir 
və 
Ceyhun 
Hacıbəyli 
qardaşları 
 
Siyasi mühacir kimi heç yanda iş tapa bilməyən Ceyhun bəy 
məcburiyyət  qarşısında  qalaraq  ödənişli  məktəbdə  oxuyan 
oğlunu  da  məktəbdən  xaric  etdirir.  Yalnız  Parisdə  yaşayan 
dostu  Topçubaşovun  məktəb  direktoruna  yolladığı  xahiş 
məktubundan  sonra  oğlu  yenidən  dərsə  bərpa  edilir.  Bu 
haqda  əvvəlcə  Zülfüqar  Hacıbəyovla  məktublaşır.  Öz  ağır 
güzəranını  ondan  gizlətməsə  də,  böyük  qardaşı  Üzeyirin 
həssas olduğunu bilib ondan sirr kimi saxlayır. Amma təbii 
ki,  tanınmış  bəstəkar  da  qardaşının  vəziyyətindən  bir  gün 
xəbər tutur. Bütün gücü ilə onun vətənə qayıtmasına çalışır. 
Amma  hakim  dairələr  arasında  böyük  nüfuzu  olan  Üzeyir 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
69 
bəy 
də 
çox 
qabağa 
gedə 
bilmir.  
 
Ceyhun  bəy  özü  də  inanmırdı  ki,  Sovet  rejimi  onu  nə 
zamansa bağışlaya bilər. Amma Bakıdakı ailəsi, xüsusən də 
Üzeyir  bəy  onun  vətənə  dönüşünü  ömrünün  sonuna  qədər 
gözləyib. 
Araşdırmaçı-jurnalist Qərənfil Quliyevanın danışdığı bir fakt 
bunun 
əyani 
sübutudur:  
 
―Fəxri  Xiyabanda  Hacıbəylilər  ailəsinin  dəfn  olunduğu 
hissədə  Üzeyir  bəyin  məzarının  yanında  bir  boş  yer  var  ki, 
onu da Ceyhun Hacıbəyli üçün saxlamışdılar. Ailəsi istəyirdi 
ki, o, Üzeyir bəyin yanında dəfn olunsun. Yəni onun vətənə 
qayıdacağına axıradək inanırdılar‖. 
Ceyhun  bəy  isə  buna  heç  inanmırdı.  Elə  yazının  əvvəlində 
onun  adından  verilən  qeydlərdə  bildirildiyi  kimi,  Ceyhun 
bəy ömrünün axırına qədər bunun acısını çəkib: ―Onları bir 
daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım 
-  kişilər  və  qadınlar  bir-birinin  ardınca  dünyadan  köçürlər. 
Elə 
mən 
özüm 
də 
köçəcəyəm...‖ 
 
Onu haqqında xatirələrin birində deyilir: ―Ceyhun bəy Parisə 
özü ilə birgə daim həsrətini çəkdiyi, ömrünün sonuna qədər 
xəyallarında  yaşatdığı  Qarabağı  da  gətirmişdi.  O,  qürbətdə 
iki  həyat  yaşayırdı  -  bir  real  Paris  həyatını,  bir  də 
xəyallarında  qurub-yaratdığı  nisgillərdən,  gümanlardan, 
xatirələrdən ibarət vətən həyatını‖. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə