MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
70 
70 
Azərbaycanı  Avropada  tanıtdıran  bir  şəxsi  sovetlər  birliyi 
təbii  ki,  bağışlaya  bilməzdi.  Lap  elə  bağışlasaydı  da,  onun 
özü  buna  razı  olmazdı.  Baxmayaraq  ki,  Şuşa  üçün  az  qala 
burnunun ucu göynəyirdi. Bunun səbəbini Qərənfil Quliyeva 
belə 
əsaslandırır:  
―1960-cı  ildə  Ceyhun  bəy  Fransanın  bir  jurnalına  verdiyi 
müsahibədə  ona  ünvanlanan  suala  cavab  olaraq  yaxın 
zamanlarda SSRİ-nin çökəcəyini deyib. Qeyd edib ki, ―mən 
inanmıram ki, o quruluş 100 il yaşasın‖‖. 
Ceyhun  Hacıbəyli  bu  müsahibədən  2  il  sonra  dünyasını 
dəyişdi. Parisdə dəfn edilən Ceyhun Hacıbəylinin vətəndə də 
hələ  qazılmamış  məzarı  var.  Üzeyir  bəy  hələ  də  onu 
―gözləyir...‖. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
71 
 
 
Keçmiş sovet iqtisadiyyatını dəyişən Azərbaycan 
alimi 
 
Ötən  əsrin  60-cı  illəri...  Bir  qrup  alim-geoloq  Sibirin  qan 
donduran şaxtalarına baxmayaraq israrla öz ekspedisiyalarını 
davam  etdirirlər.  Xüsusən  də  onların  rəhbərlərində  hiss 
olunan  inad  və  nikbinlik  geoloqları  ayaq  üstə  saxlayır. 
Baxmayaraq  ki,  onlar  ailə  və  övladları  ilə  birlikdə  Qərbi 
Sibirdə  demək  olar  ki,  çöl  şəraitində yaşayırlar.  Taxta 
evlərdə  gecələyən  bu  ailələri  sovet  rəhbərliyi  də  çox 
sıxışdırır.  Geoloqların  rəhbəri  olan  şəxs  isə  bu  təzyiqlərin 
qarşısında  elə  Sibir  şaxtasının  özü  kimi  soyuq  dayanır. 
Rəhbərlik  isə  onu  neft  tapmadığına,  ölkənin  sərvətini  israf 
etdiyinə  görə  həbslərlə  hədələyir.  Amma  baş  geoloq 
yolundan  dönmür.  İnanır  ki,  indi  onu  hədələyən  insanlar 
vaxt gələcək ki, bu alimi yəni , əslən Azərbaycanın Şəmkir 
rayonundan  olan  ―Sibir  neftinin  atası‖  Fərman  Salmanovu 
bir qəhrəman kimi qəbul edəcəklər. 
Beləliklə,   elm  xadimləri  silsiləsindən  növbəti  yazını  Sibir 
Tümen  ərazilərində 100-dən  artıq  neft-qaz  yatağını  kəşf 
etməklə  Rusiya  neft  istehsalına  ikinci  nəfəs  gətirən  alim, 
geologiya elmləri doktoru Fərman Salmanova həsr edirik. 
“Gənc, biz yeni yataqlar kəşf etməliyik” 
1940-cı  illər...  SSRİ-nin  neft  sənayesi  naziri  Baybokov 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
72 
72 
deputatlığa  namizəd  kimi  bir  çox  yerlərdə  görüşlər  keçirir. 
Rayonların  birində  məktəbdə  görüş  keçirərkən  rus  dilini 
yaxşı  bildiyi  üçün  qabaqcadan  hazırlanmış  bir  şagirdi  onun 
qarşısına çıxarırlar. Şagird ―protokol‖ çıxışını edəndən sonra 
qəfildən  qayıdaraq  nazirə  müraciət  edir:  - Əziz  Nikolay 
Konstantinoviç

 Bizim  yollarımız  çox  pis  vəziyyətdədir. 
Evdən təmiz çıxırıq , amma məktəbə gələndə artıq bütün üst-
başımız  palçıqlı  olur.  Bir  də  ki,  mən  böyüyəndə  neftçi 
olacağam.  Sizi  əmin  edirəm  ki,  mən  məktəbi  bitirəndən 
sonra neft  institutuna  daxil  olacağam.‖  Bu  zaman  rəyasət 
heyətində oturan Baybokov 3 ay ərzində yolun düzəldilməsi 
üçün  vaxt  verir.  Daha  sonra  həmin  şagirdin  yanına  gələrək 
deyir:-  ―Gənc,  sənin  peşə  seçimini  bəyənirəm.  Biz  Qərbi 
Sibirdə yeni yataqlar kəşf etməliyik.‖ 
“O, avantüristdir, partiyadan getməlidir” 
1955-ci il... Ali məktəbin geologiya ixtisasa üzrə qurtaran bir 
gənc  Sibirə  neft  axtaran  ekspedisiyanın  rəhbəri  kimi 
yollanır. Az sonra Plotonski neft kəşfiyyat idarəsinin rəhbəri 
təyin  edilən  geoloq  ezam  edildiyi  yerdə  neftin  varlığına 
inanmır.  Qazıntı  apardıqları  Kuzbas  ərazisində  neftin 
varlığına  inanmayan  geoloq  o  zaman  üçün  görünməmiş  bir 
risk  edir.  Nə  sənaye  sahəsindəki  rəhbərliyi,  nə  də  mərkəzi 
xəbərdar  etmədən  ekspedisiya  qrupunu  özbaşına  Surqut 
ərazisinə  aparır.  Bu  geoloq  10  il  bundan  əvvəl məktəbdə 
Baybokova şikayət edən və neftçi olacağını bildirən şagird – 
Salmanov  Fərman  idi.  O  Salmanov  ki,  bu  1950-ci  illərdə 
avantürist,  hesab  olunsa  da  çox  keçmədən  bütün  ittifaqın 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
73 
qəhrəmanına çevriləcəkdi. 
Amma o vaxta hələ ki, qalırdı. Mərkəz Qərbi Sibirdə qazıntı 
məkanını dəyişən, bununla da subordinasiya prosesini pozan 
baş geoloqu cəzalandırmaq haqqında düşünürdü. Hətta onun 
partiyadan  kənar  edilməsi  də  gündəmdə  idi.  Amma 
rəqiblərin  hədəsinə  sinə  görə-gərə,  ailəsi  ilə  bərabər 
vağzallarda qala - qala 1961-ci ilə qədər səbir edə bildi. 
 Rus neftinin ikinci baharı 
1961-ci  ilin  Sibir  qışından  zorla  xilas  olan  geoloqlar  qrupu 
martın  ikisində  xoş  bir  hadisə  ilə  qarşılaşdılar.  1961-ci  il 
martın  21-də  Meqion  kəndi  yaxınlığında  ilk  quyu  fontan 
vurdu.  Salmanov  həyəcan  və  sevincdən  cəld  çöllüyün 
düzündə yerləşən taxta evciyindən telefonla çox çətinliklə də 
olsa 
sənaye 
idarəsinin 
rəhbərliyi 
ilə 
əlaqə 
saxlayır:
"Möhtərəm  yoldaşlar,  Megyonda  2180  metr 
dərinlikdən neft fışqırır. Aydındırmı". 
Lakin mərkəz yenə də 
öz qaragüruhluluğunu davam etdirdi.  Neft fəvvarə vursa da, 
ona  dedilər  ki,  sevinmək  hələ  tezdir  və  bu,  sadəcə,  təbii 
anomaliyadır, bir neçə həftədən sonra quyu sönəcək. Niyəsi? 
Qərbi  Sibirdə  böyük  neft  ola  bilməz!  Ona  görə  ki,  ola 
bilməz! 
  
“Yoldaş Xruşşov, mən nefti tapdım” 
Geoloqlar  qrupu  Megyondakı  bu  uğurdan  sonra  Salmanova 
daha  da  bağlandılar.  Onun  ekspedisiya  qrupuna  o  zaman 
cəmi bir traktor verilmişdi. Atla qarlı-buzlu yerlərdə tədqiqat 
aparan  geoloqlar  bu  uğurdan  sonra  daha  da  ruhlandılar. 
Martın  20-də  Ust-Balık  rayonunda  ikinci  quyu  fəvvarə 
vuranda  Salmanov  rəhbərliyə  aşağıdakı  məzmunda 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə