MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
78 
78 
Nəyə görə Çayxorski? 
Alim  tədqiqat  sahəsinə  görə  SSRİ-nin  ―gizli  alimlər‖ 
siyahısına  daxil  idi.  Çünki  ―soyuq  müharibə‖nin  əsas 
elementlərindən olan atom və nüvə  reaktorları hələ Stalinin 
vaxtında SSRİ-nin  ən  güclü  alimlərinə tapşırılırdı. Xüsusilə 
də  Eynşteynin  atom  fizikası  üzrə  inqilabı  kəşfindən  sonra 
Stalin  rəqibindən  geri  qalmamaq  üçün  ən  akademik 
Kurçatovun rəhbərliyi altında ən güclü fiziklərin bu işə cəlb 
olunmasını  istəyir.  O  vaxtdan  bu  sahənin  alimləri  
təhlükəsizlik xidmətləri  ilə  bərabər  çalışdığından  adları  çox 
zaman  gizli  saxlanılırdı.  Professor  Çayxorski  də  bu 
gizlinlərdən biri idi. 
―Çayxorski  ‖  soyadının  yaranmasının  maraqlı  tarixçəsi  var. 
Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə 
səsləşən  soyad  götürürdülər.  Abbas  Çayxorskinin  hazırda 
ABŞ-da  yaşayan  oğlu  Aleksandr  müsahibələrindən  birində 
söyləyir:  ulu  babası  inanclı  adam  olduğundan  soyad  kimi 
―Çaxırlı‖  yox,  ―Çayxorlu‖  (―çay  xoşlayan‖)  soyadını  seçir. 
Onun  həm  də  liberal  baxışlı  insan  olduğunu  xatırladan 
Aleksandr ulu babasının çar III Aleksandr tərəfindən Polşaya 
sürgün olunduğundan bəhs edir. Elə Polşada da həmin soyad 
polyak sayağı formasını alır - ―Çayxorski‖.  
  
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
79 
Elmdəki Çayxorski 
A.  Çayxorski  neptun  kimyası  sahəsində  bu  gün  də  öz 
aktuallığını  saxlayan  nəzəriyyələrin  müəllifidir.  Həmin 
nəzəriyyələrə həsr etdiyi monoqrafiyalar bu gün də kimya və 
fizika  sahəsində  keçərlidir.  Bundan  əlavə,  12  il  atom 
enerjisindən  dinc  məqsədlərlə  istifadə  üzrə  SSRİ  Dövlət 
Komissiyasının rəhbəri olan alim dahi Mendeleyevdən sonra 
elementlərin  dövri  cədvəlini  hazırlayır.  1970-ci  ildə 
hazırladığı  cədvəl  Mendeleyev  cədvəlinin  modifikasiyası 
hesab  olunur.  Kimyaya  beşinci  kvant  ədədinin  gətirilməsi 
ideyasının  müəllifidir.  Çayxorskinin  1978-ci  ildə  yazdığı 
―Neptun  kimyası‖  monoqrafiyası  bu  gün  də  öz  sahəsində 
aktuallığını qoruyub saxlayır. Kitab ABŞ-da bir neçə patent 
də  qazanıb.   Bu  sahədə  onun  adı  Nobel  laureatları  –  Q. 
Siborq, V. Qoldşmit, R. Penniman, A. Nesmenyayev və V. 
Spitsınla yanaşı durur. Onun tələbələrindən 2-si SSRİ Elmlər 
Akademiyasının  akademiki  seçilib,  12  elmlər  doktoru  isə 
onu  öz  elmi  rəhbəri  sayırdı.  A.  Çayxorski  həmişə  yenilik 
axtaran  alim,  həssas  tədqiqatçı  kimi  nəzəri  məsələlərlə 
məşğul olub. 
O niyə boykot edildi? 
Zaman  elə  gətirir  ki,  Çayxorski  təhsil  aldığı  və  elm 
sahəsində  bərkidiyi  illərdə  müharibə  başlayır.  Hamı  kimi 
onun  da  işlərinə  müharibə  tərəfindən  sədd  qoyulur. 
Müharibədən  sonra  Bakıya  dönən  Çayxorski  universitetdə 
təhsilini  davam  etdirməyə  başlayır  və  tezliklə  onu  təhsil 
əlaçısı  kimi  SSRİ  Xalq  Komissarları  Sovetinin  qərarı  ilə 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
80 
80 
Leninqrad  Universitetinin  kimya  fakültəsinin  4-cü  kursuna, 
yenicə açılmış radiokimya bölməsinə keçirirlər. 1947-ci ildə 
o,  Çelyabinskdə  təşkil  olunmuş  atom  mərkəzinə  işləməyə 
göndərilir  və  burada  İqor  Kurçatovla  birlikdə  fəaliyyət 
göstərir. 
Tələbə 
yoldaşı 
Yevgeniya 
Romanova 
(Çayxorskaya)  ilə  ailə  qurur  və  1953-cü  ildə  Çelyabinskdə 
onların övladı Aleksandr dünyaya gəlir. Elə məqaləni yarım-
başlığı  da  məhz  bu  cümlədən  sonra,  yəni  oğlundan  sonra 
qüvvəyə  minir.  Əks  fikirli  insan  olan  oğlu  Aleksandr 
mühacirətə  getmək  üçün  on  il  səy  göstərməli  olur.  Bundan 
əvvəl  isə  1973-cü  ildə  onu  təhsil  aldığı  universitetdən 
uzaqlaşdırırlar.  O  zaman  universitetin  rektoru  Çayxorskinin 
yaxın  dostu  olsa  da,  o  oğlu  naminə  xahiş  etməyi  özünə 
sığışdırmır.  Dövlət  orqanları  oğlunu  boykot   etsələr  də, 
alimin  xüsusi  sahədəki  peşəkar  xidmətlərinə  görə  heç  kim 
ona toxunmur. 
SSRİ  dönəmində  yaxın  adamına  görə  bir  adamı  narahat 
etmək, vəzifədən çıxarmaq adi iş idi. Lakin bu öz sahəsinin 
tək-tük mütəxəssisi olan Çayxorskiyə qəti aid edilmir. əksinə 
o, daha da irəliyə getməyi bacarır və ―xalqlar həbsxanası‖nın 
atom  strategiyasına  nəzarət  edir.  Yalnız  1997-ci  ildə, 
müstəqil  Rusiya  dönəmində  alimə  qarşı  bəzilərində  illər 
ərzində  qalaqlanmış  kin  özünü  büruzə  verir.  Çayxorski 
1997-ci  ildə  80  yaşında  yeganə  oğlunun  yanına  ABŞ-a 
gedərək  yaşadığı  Rusiya  xüsusi  orqanları  tərəfindən  səhv 
anlaşılır. Rusiyanın hökumət orqanları onu bütün titullardan 
məhrum  edir  və  atom  kimyası  sahəsində  tədqiqatlar 
aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-da 
da elmi  fəaliyyətini  davam  etdirir, molekulyar biologiya ilə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
81 
məşğul  olur.  Amma  həm  qocalıq,  həm  də  başqa  psixoloji 
amillər alimə Amerika elmi cəmiyyətində uğur qazanmasına 
mane  olur.  91  yaşında  -  2008-ci  ildə,  Nevada  ştatının  Rino 
şəhərində başa vurur. 
Çayxorski və Azərbaycan   
Rusiya və  Amerika kimi ölkələrdə yaşamasına baxmayaraq 
alim  üçün  Azərbaycan  hər  zaman  ən  böyük  mənəvi  zirvə 
olub.  Oğlu  Aleksandr  da  söhbətlərində  bu  amili  hər  zaman 
qeyd edib. Belə ki, ömrünün son illərində Abbas Çayxorski 
dəfələrlə  Bakıya  da  gəlir,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının 
fəxri 
doktoru 
seçilir, 
məqalələri 
Akademiyanın  mətbu  orqanında  dərc  olunur.  2004-cü  ildə 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyəti 
ona  fəxri  doktor  adı  verir.  2009-cu  ildə  28  illik  fasilədən 
sonra  Azərbaycana  gələn  Aleksandr  Çayxorski  özü  ilə 
Bakıya həm də atasının külü olan urnanı gətirir.  Həmin kül 
Bakıda köhnə qəbiristanların birində basdırılır.  
  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə