MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə11/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
44 
44 
körpü  Mövlanənin  insanlara  dəfələrlə  tövsiyyə  etdiyi  bir 
məntiqdir.  Bir  il  bundan  qabaq  yazdığım  şeirin  bir 
misrasında dediyimi icazənizlə yazmaq istərdim… 
“Nə vaxt körpü quracağam yerlə göyün arasında 
Mən o zaman alacağam mələklərin sırasında” 
Mövlanəni  də bu körpünü qurmaq üçün oxumalıyıq. Bir də 
yəqin  ki,  onun  davamçılarının  ifa  etdiyi  səmavi  rəqsləri 
görmüsünüz. Rəqs zamanı bir ayaq mərkəzdə dayanır, digəri 
isə  tam  dairə  boyunca  fırlanır.  Bu  Qardaşlıq  etalonunu 
özündə  əks  etdirir.  Yənifırlanan  ayaq  Yer  kürəsinin  72 
millətini  ruhi  birliyə,  mərkəzə  doğru  dəvət  edir.  Həm  də 
yazının  əvvəlində  qeyd  etdiyimiz  dövr  fırlanan  məkan  və 
―körpü  vasitəsilə‖  dövr  edən  insan  məntiqini  tamamlamış 
olur. Mərkəzdə duran ayaq isə zənnimcə körpünün başlanğıc 
və  son  anını  göstərir.  Rəqs  edən  isə  Mövlanənin  Dilindən 
yazımızın epiqrafını səsləndirir; 
Gəl, gəl nə olursan ol, yenə gəl… 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
45 
 
Xətainin sirri necə aşkar olundu
 
 
(konspiroloji-esse-1) 
İlluziyalar,  xəyallar  aləmində  səyahət  edən  Jəmu-Dəmun 
yenə də müasirləri arasında darıxdı. İstədi keçmişə  bir daha 
baş çəksin, ordakı insanlarla görüşüb onlardan dərs alsın və  
qismən  də  olsa  özünə  gəlsin.  Sonuncu  dəfə  İmadəddin 
Nəsimi ilə görüşəndən sonra bir xeyli yaxşılaşmışdı. Camaat 
hamıdan  qaçan  Jəmu-Dəmunu  bu  cür  mehriban  görəndə 
təəccübünü   gizlədə  bilməmişdi.  O  xəyali  görüşdən  xeyli 
vaxt  keçmişdi,  Jəmu  Dəmun  sonsuzluq  aləminin  tükənməz 
işığından  aldığı  enerjini  artıq  xərcləmişdi.  Yenidən  növbəti 
səyahətə ehtiyacı  var idi. Həm onun, həm də  Kürsüdən onu 
dinləyəcək 
camaatın…                             
                                   
“Şah Xətai seyrə çıxdı…” 
I hücrəyə qəfil gəliş 
 
XVI   əsrin  20-ci  illəri...   Xristian  dünyasının  böyük  siyasəti 
və  türk  çılğınlığının  acı  fəsadı  olan  qanlı  Çaldıran 
döyüşündən  sonra  Şah  İsmayıl  hər  şeydən  təcrid  olunaraq 
  öz tənha hücrəsinə qapılmışdı. Artıq döyüşdən döyüşə yox, 
 mənadan  mənaya,  aləmdən   aləmə,  haldan   hala  səyahət 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
46 
46 
edirdi.  Artıq onun üçün insan döyüşlərdə qalib gələn igidlər 
deyil,  İlahi  eşqdən  pərvazlanan  və  kamillik  məqamına 
qovuşan  ərənlər  idi.  Sultan  Səlim  bütün  müsəlman-türk 
dünyasının  məğlubiyyəti  sayılacaq  qələbədən  vəcdə  gəlir 
sevinirdi.  Şah  İsmayıl  isə  artıq  səmalara  səfər  edib  hamıya 
da  ordan  baxırdı.  Qəfildən  hücrənin  qapısı  açıldı.   Jəmu-
Dəmun içəri girdi. Şah təəcüblənmədi. Haqq işığından alınan 
sözləri 
qara 
mürəkkəbə 
batıraraq 
yazırdı.                                                                            
                            Aləm başdan başa bir seyrangahdır 
                            Gir könül şəhrinə gör nə dərgahdır 
                            Bir gizlicə sirdir, qüdrətüllahdır 
                            Yazılmış dəfəri Divandan aldım.. 
-Heç kim məni bu böyük qələbə ilə təbrik etmədi. Yəqin sən 
də onlardan birisən. Amma nəsə heç  bu insanlara bənzəyişin 
yox.  Bilmirəm  hər  nəsən,  kimsən,  hardan  gəlmisən,  amma 
onu  bilirəm  ki,  biz  işıqlar  aləmində  görüşürük.  Zaman  və 
məkan  burdan  uzaqdır.  Yaxın  olan  ruhlar  eyni  səmanın 
altına  yığışarlar.  Heç  kim  məni  təbrik  etmədi.  Özümə  xoş 
gəldim, oğul. 
-  Bilirəm,  intəhasız  bir  seyrangahdasız.  Azmassızmı  bu 
yollarda?   Ulu  babanız  Şeyx  Səfi,  babanız  Şeyx  Cüneyd  və 
atanız Şeyx Heydərin ruhu sizdən kənarda. Siz qılınca qulluq 
edəndə onları özünüzdən kənar etdiz. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
47 
-  Bilirəm,  oğul.  Mən  indi  ayrı  Səmadayam  onlar  ayrı 
Səmada. Amma işıqlarını uzaqdan görür və o işıq tərəfə də 
gedirəm. 
-  Biz  da  azmışıq    ―mürşidi-kamil‖.   Yəqin  ki,  sizi  belə 
adlandırırdılar. Amma harda ki zaman və məkan var idi,  siz 
titullara   sahib  idiniz.  Burda  hərəyə  öz  işığına  görə  qiymət 
verilir.  Mən  işığınıza  görə  sizə  ―mürşidi-kamil‖  deyirəm. 
Bizim zamanda insanlar azır, insanlar mənən məhv olur. Siz 
şah  ola  –ola   öz  xoşbəxtliyinizi  Allaha  qoşuşmada 
mənəviyyat  və  idrak  üfüqlərinə  çatmada  gördüz.  Amma 
bizim zamanın insanları bununla öyünməz. Elə sizin özünüz 
də onlar üçün qılınc döydüyünüz üçün dəyərlisiz. 
-  Mən  amma  bunu  istəmirdim.  Mən  ―qələm‖ə  yer  ayırmaq 
üçün ―qılınc‖a əl atdım… 
- Amma onlar bütün dörvrlərdə qılıncı təbliğ etmək üçün ona 
əl atdığınızı zənn edər. 
-  Mən  ―qılınc‖ın  kölgəsində  mənəviyyat  və  irfan  işığını 
yandırmaq istədim. 
- Amma onların anladığı qılınc bu işıqları söndürür. 
- Mənim ―qələm‖im əbədidir, ―qılınc‖ım isə fani 
- Amma onlar fani olanı dərk edir… 

Onlar  seyrangaha  çıxırlarmı.?  Özlərində  səfərdə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə