MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
31 
mahiyyəti,  səbəb  və  nəticəni  dərk  etməyib  ona  oyun  və 
əyləncə kimi baxanlardı.‖ 
Böyük  Şərq  alimi  İbn  Sina   da  ―musiqi  dinləmək  və 
səsləndirmək ən yaxşı müayinə üsuludur‖,  deməklə musiqi ilə 
müalicənin nə dərəcədə gərəkli olduğunu anlatmışdır. 
Filosoflar  musiqi,  tibb,  astronomiya  üçlüyünün  sintezində, 
onların  yaratdığı  vahid  harmoniyada  musiqi  ilə  müalicənin 
üsullarını çatdırırdılar. Sufi  mütəsəvvifləri isə: musiqi mərifət 
sahibləri  üçün  ruhun  qidası  olduğu  və  insanın  kamilləşməsi 
mövqeyindən  islami  zəmində   özünə  daha  böyük  dəyər 
qazanmışdır‖  deyərək  ,  bu  ilahi  sənətin  zirvəsini  göstəriblər. 
Bu  düşüncə  çərçivəsində  Mövləvilik  başda  olmaqla  bir  çox 
təsəvvüf  cərəyanları  musiqidən  xüsusi  təlim  kimi  istifadə 
edib,   hətta  dəyərli  musiqi  əsərlərinin  yaranmasına  səbəb 
olublar. 
Osmanlı  imperiyası  dönəmində  yetişən  musiqi  xadimləri  və 
nəzəriyyəçiləri Səfiyyəddin  Urməvi  və Əbdülqadir Marağayi 
türk  musiqisi  və   muğamlarının   insan  temperamentləri, 
millətlər,   rənglər,  bürclər,  təqvimlər  və  bəzi  xəstəliklər 
üzərindəki  təsirləri  istiqamətində  təsnif  etmişdilər.  Türk 
musiqi nəzəriyyələrinin əks olunduğu ―ədvar ― kitablarında da 
musiqinin tiblə əlaqəsi və onun vasitəsilə müalicə üsullarından 
bəhs  olunur.   Məsələn,  Sultan  Süleymanın   dövründə  saray 
həkimi  Musa  Hamun  ona  həsr   etdiyi  diş  xəstəliklərinin 
müalicəsi aid əsərində bu xəstəliklərin musiqi ilə müalicəsini, 
 həmçinin, uşaqların axşamlar muisiqi ilə yatırılmasıını bunun 
da  öz  növbəsində  onların  əxlaqının  formalaşmasında  əsas 
ünsürlərdən  biri  olduğundan   bəhs   edib.  Bundan  başqa  şair-


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
32 
32 
həkim  olan  Həsən  Şüuri    ―Tədilül   Əmzicə‖  adlı  əsərinin 
―Musiqi  məqamı‖   fəslində  səslə  müalicə  mövzusunu  çox 
gözəl işləmişdir.     
İslam  mədəniyyət  tarixində  musiqi  ilə  müalicə  olunan  şəfa 
ocaqlarının sayı çox olub.  Onlardan bir neçəsi ilə tanış olaq: 
Nurəddin Zəngi xəstaxanası (Şam 1154), Amasya bimarxanasi 
(1308), Gövhər Nəsibə Tibbi Mədrəsəsi
Muğamların(təsnif,  şöbə,  rənglərin)    insanla  qarşılıqlı 
əlaqəsi 
Muğamların bürc qarşılıqları: 
Rast: Qoç,  ünsür - atəş 
İraq : buğa, ünsür- torpaq. 
İsfahan : əkizlər, ünsür- hava 
Zərəfkənd: xərçəng, ünsür- atəş 
Rahab: tərəzi, ünsür- atəş 
Hicaz : oxatan, torpaq  
Üşşaq: balığ, ünsür - su. 
Musiqi  ilə  atsronomiya  elmləri  arasındakı  qarşılıqlı  əlaqədən 
bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri) 
  bürclərlə  muğamların   uyğunluq  məsələsinə  də  toxunublar. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
33 
Onlar  bəzi  bürclərlə  muğamların  eyni  təbiətə  malik  olmasını 
da vurğulayıblar. 
Muğamların 
(şöbələrin, 
təsniflərin 

xəstəliklərlə 
əlaqələndirilməsi. 
Rast: iflic xəstəliklərinin sağalmasına şərait yaradır 
İraq : yüksək hərarətə, sətəlcəm və titrəmə 
İsfahan:  soyuqdəymə, halsızlıq, yaddaşın gücləndirilməsi. 
Rahab:  baş  ağrıları,  ürək  çırpıntıları  və  qan  azlığı  (eləcə  də 
digər qan xəstəlikləri) ;   
Hüseyni  (Mənsiriyyə): ürək  və  ciyərdə  olan  iltihabların,  
mədə problemləri; 
Hicaz :  bağırsaq xəstəlikləri, ağrı və sancıların müalicəsində 
işə yarayır. 
Üşşaq:  yuxusuzluq  və  ayaq  ağrılarının  müalicəsində 
xeyirlidir. 
Muğamlar və simalar. 
Qarayanız insanlar – isti təbiətin sakinləridir. Xasiyyətcə də 
istiqanlı  və  səmimi  olurlar.  Onlara  uyğun  musiqi  növü 
isə İraq  təsnifidir.   Bu  təsnifin  ruhunda  da  yaxınlıq, 
doğmalıq, mehribanlıq hiss olunmaqdadır.  


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
34 
34 
Qara  buğdayı  adamlar- təbiətinə  rütubət  və  nəm  amilləri 
uyğun gəlir. Bu da onların zəhmətsevərlik və məhsuldarlığına 
bir  nişanədir.  Bu  tip  insanlara  şəfa  verə  biləcək  muğam 
isə İsfahandır. 
Sarışın  insanlar- təbiət  etibarilə  soyuq  iqlim  zonalarının 
sakinləridir.  Təbiət  onların  temperamentinə  də  hakim  kəsilib 
və soyuq zonanın iqliminə xas olan ağırlıq, ciddilik onlarda da 
özünü  biruzə  verməkdədir.  Bu  tip  insanların  muğamı 
isə Rastdır. 
Muğamlar və Millətlər. 
Musiqişünaslardan bəziləri muğamları millətlərə uyğun olaraq 
da  qruplaşdırmışlar.  Onlar  birmənalı  şəkildə  millətin   rəğbət 
göstərdiyi meyarları nəzərə alaraq onlara uyğun muğamları da 
dəqiqləşdiriblər. 
Ərəblərə daha çox Mənsuriyyə muğamı uyğun gəlir. 
    Farslara  İraq uyğun gəlir 
   Türklər üçün Üşşaq daha mütanasibdir 
Muğamlar və məsləklər 
Rast- alim zümrəsi 
Dövlət adamları - İsfahan 
Sufilər-  Rahab 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə