MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
16 
16 
nurani  bir  qocanın  köməkçiləri  ilə  bərabər  xalqdan  vergi 
yığdığını  görür.  Bu  adamın  Hacı  Bayram  Vəli  olduğunu 
öyrənəndən  sonra  hiddətlənir.  Gəldiyi  ağır  yol  üçün  çox 
üzülür.  Amma  artıq  gec  idi.  Etirazını  bildirərək  Hələbdə 
məskən  salan  daha  bir  sufi  şeyxi  Zehnalabidin  Hafinin 
yanına  gedəcəyini  deyir.  O,  nə  biləydi  ki,  Hacı  Bayram 
Vəli  xalqın  öz  xahişi  ilə  onlardan  cüzi  vergi  alaraq 
müridləri  vasitəsilə  kasıblara  paylayır.  Hacı  Bayram  onu 
yolundan saxlamır. Bilir ki, onları mənəvi eşq zənciri bir-
birlərinə bağlayırsa daha heç kim bu bağı  qopara bilməz. 
Geri  qayıdan  Şəmsəddin  yolda  gecələdiyi  komada  qəribə 
bir  yuxu  görür.  Görür  ki,  bir  zəncir  onu  boğub  nəfəsini 
daraldır.  Uzaqda  isə  zənciri  əlində  tutan  Hacı  Bayram 
görünür. Bu yuxu gələcək pir üçün bir mesaj idi. Odur ki, 
ləngimədən geri qayıdır və Şəmsəddindən Ağ Şəmsəddinə 
gediləcək 
bir 
yolun 
təməlini 
qoyur.  
 
 
Böyük təbib, mikrob nəzəriyyəsinin kəşfi  
 
 
Şəmsəddin az keçməmiş Hacı Bayram Vəlinin ən nüfuzlu 
müridi  olur.  Onun  başqa  tələbələrdən  fərqləndirən  bir 
cəhəti də tibb və əczaçılığa az-çox vaqif olması idi. Bunu 
əvvəlcə  atasından,  daha  sonra  isə  Göynükdəki  mədrəsə 
ustasından  mənimsəmiş,  atasının  Şamdan  gətirdiyi  tibb 
kitablarını əzbərləmişdi. Elə bir gün də Hacı Bayram Vəli 
ilə  söhbətləşərkən  bir  kişi  çox  qaçmaqdan  təntimiş  halda 
içəri girir. Hacı Bayram kömək elə, obadakı uşaqlar bir-bir 
qırılır deyə, ağlayır və yeganə kömək ala biləcəyi sufidən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
17 
də  bunu  xahiş  edir.  Məlum  olur  ki,  Ankaranın  çox  kənar 
bir yerində oba başçısı olan bu kişi digər obanın başçısı ilə 
düşmən  kəsildiyindən  ondan  həmişə  pislik  görüb.  Axırda 
həmin  adam  bu  obanın  istifadə  etdiyi  su  quyusunu 
murdarlayaraq,  yəni,  ora  ölmüş  siçan  atmaqla  ölümcül 
mikrobu  yayıb.  Obaya  Hacı  Bayramla  gələn  Şəmsəddin 
uşaqları  yoluxduqdan  sonra  məsələnin  ağır  olduğunu 
anlayır. əczaçılıq qabiliyyətini işə salaraq müxtəlif dərman 
bitkiləri  toplayıb  məlhəmlər  hazırlayır.  Onun  əsas  işi 
nəticəni törədən fəsadları, səbəbləri  aradan qaldırmaq idi. 
Şəmsəddin 
xəstəliyin 
kökündə 
duran 
mikrobun 
zərərsizləşdirilməsi 
nəticəsində 
əsil 
sağlamlığın 
formalaşması  qənaətinə  gəlir.  Beləcə  o  topladığı  dərmanı 
da birbaşa nəticə olan xəstəliyin yox, səbəb olan mikrobun 
dəfinə  yönəldir.  Cəmi  bircə  həftədən  sonra  bütün  kiçik 
uşaqlar şiddətli qızdırmadan və halsızlıqdan xilas olur. Bu 
hadisə  Şəmsəddində  tibbə  olan  marağı  daha  da  artırır. 
Təbii  ki,  o  da  böyük  mənəvi  ustadı  İbn  Sina  kimi 
təsəvvüflə,  hikmətlə  tibbin  ortaq  sintezinə  meyl  edir. 
Sonradan  yazacağı  ―Kitabül  –  Tibb‖,  ―Şərhi  əhvali  Hacı 
Bayram  Vəli‖  əsərlərində  də  bu  məsələlərdən  bəhs  edir. 
Beləliklə,  o,  axtarışlarını  davam  etdirərək  mikrob 
nəzəriyyəsinin əsasını qoyur. ―Kitabül Tibb‖də bunun açıq 
-  aşkar  izahını  verir.  O  dövrün  Avropası  isə  mikrob 
nəzəriyyəsi  ilə  yalnız  XIX  əsrdə  tanış  olur.  Lui  Paster 
nisbətən  etdiyi  cüzi  əlavələrlə  ondan  400  il  əvvəl  bunu 
kəşf  edən  Ağ  Şəmsəddindən  yüngül  desək  oğurluq  etmiş 
olur.  Amma  ―Kitabül  Tibb‖də  ərz  olunan  mikrob  və  onu 
zərərsizləşdirməyin  yolları  bu  gün  də  öz  aktuallığını 
qoruyub 
saxlayır.  


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
18 
18 
 
 
 
İstanbul fatehi Ağ Şəmsəddin 
 
 
Bir  gün  Hacı  Bayram  Vəliyə  sultandan  namə  gəlir. 
Naməni  oxuyan  şeyx  müridlərinə  bildirir  ki,  Sultan  II 
Murad onu paytaxt Ədirnəyə dəvət edir. Bu onun özünə də 
çox təəccüblü  gəlir. Elə saray elçisinə qoşularaq paytaxta 
gələn  Hacı  Bayram  sultan  tərəfindən  böyük  hörmətlə 
qarşılanır.  Sultan  Murad  onu  bir  həftə  buraxmır, 
dayanmadan məsləhətlərini dinləyir. Axırda iş o yerə çatır 
ki,  sultan  ona  vəzirliyi  təklif  edir.  Ömrünün  ahıl  yaşına 
çatan  övliya  təbii  ki,  bu  təklifi  xəfif  bir  gülümsəmə  ilə 
qarşılayır.  Cavab  verir  ki,  könül  sultanlığını  bu  yaşda 
dünya  taxtına  dəyişəcək  halı  yoxdur.  Amma  sənə  elə  bir 
gövhər  verəcəyəm  ki,  gələcəkdə  par-par  parlayacaq,  indi 
bizdən uzaqda qalan Konistantinopolu (İstanbulu E.N) da 
ələ keçirəcək deyir. Sözlərdən sultan təəccüblənir və cavab 
verir  ki,  onun  bu  yaxınlarda  bir  övladı  olacaq.  Bütün 
ruhumla  oğlan  olacağını  və  nəhəng  İstanbulu  fəth 
edəcəyinə inanıram. Bayram Vəli təmkinini pozmadan :  - 
İstanbulun  fəthini  nə  sən  görəcəksən,  nə  də  mən.  Onu 
sənin  gövhərin  olan  sultan  oğlunla  mənim  gövhərim  Ağ 
Şəmsəddin  fəth  edəcək.  Belə  də  olur.  Gənc  Şəmsəddin 
Osmanlının ən güclü sultanlarından olan Fateh Məhmədin 
müəllimi olur. Vaqif olduğu elmləri ona da öyrədir, gənc 
Məhməti əsil idarəçi və fateh kimi yetişdirir. Fateh Sultan 
Mehmet  İstanbulun  fəthinə  məhz  Ağ  Şəmsəddinin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə