MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   2   3   4   5   6   7   8   9   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
19 
məsləhətləri  sayəsində  nail  ola  bilir.  Gəmilərin  altlarının 
piylənməsi sayəsində onların böyük məsafədən dənizə sarı 
asanlıqla dartılması ideyasını ona Ağ Şəmsəddin verir. O, 
―bu ilin Cəmaziyələvvəl ayının 20-də səhər filan tərəfdən 
qalaya  hücum  edin.  O  gün  şəhər  fəth  ediləcək  və 
İstanbuldan  əzan  səsləri  ucalacaq‖-konkret  tarixini 
göstərərək  sultan  qoşununu  və  donanmasını  təhlükədən 
xilas  edir  və  qalib  gəlməsinə  müəssər  olur.  
 
Onun məsləhətinə qulaq asan Fateh dərhal qoşuna hazırlıq 
əmri  verir  və  Ağ  Şəmsəddinin  dediyi  gün  İstanbula 
hücuma başlayır. İstanbul səhər saat 8-də fəth edilir. Fateh 
Sultan  Mehmet  şəhərə  həmin  gün  günorta  saatlarında  ağ 
atın 
belində  Topqapı  istiqamətindən  daxil  olub 
Ayasofyaya  doğru  irəliləyir.  İstanbulun  fəthinin  mənəvi 
atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında olur. 
Bizanslılar  Ağ  Şəmsəddini  Sultan  Mehmet  hesab  edərək 
ona  gül  dəstələri  verirlər.  O  isə  gənc  Fatehi  göstərərək: 
―Sultan  budur,  gülləri  ona  verin‖,-  deyirdi.  Fatehsə: 
―Sultan  mənəm,  ancaq  İstanbulun  fəthinin  mənəvi  atası 
odur,‖ 

deyə 
Ağ 
Şəmsəddini 
göstərirdi... 
 
Rəvayətə  görə,  İstanbulun  fəthindən  sonra,  Fateh  Sultan 
Mehmet ağ Şəmsəddini ziyarətə getmiş, müəllimindən onu 
yenidən  tələbəliyə,  dərvişliyə  qəbul  etməyini  xahiş  edib. 
Ağ  Şəmsəddinsə  təklifi  rədd  edərək  belə  cavab  verib: 
"Sultanım,  sən  bizim  daddığımız  ləzzəti  dadacaq  olsan, 
səltənəti buraxarsan. Dövlət işlərini tam edə bilməzsən...‖. 
deyir. 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
20 
20 
 
 
Ağ Şəmsəddinin vəsiyyətlərindən  
 
 
―Hər  hansı  işə  ―Bismillah‖la  başla.  Təmiz  ol,  daim 
yaxşılıq  et.  Tənbəl  olma,  pislərə  qoşulma,  yaxşılığa 
yamanlıq etmə, sənə verilən nemətə az da olsa, çox da olsa 
şükür  et,  naşükür  olma,  naşükürlük  insanı  cəhənnəmə 
sürüklər.  Heç  kimə  əsəbiləşmə,  heç  kimə  pis  söz  demə. 
İstəyirsən  ki,  ömrün  uzun  olsun,  onda  insanların 
paxıllığını çəkmə. Paxıllıq insanı qurd kimi içindən yeyər 
və  onu  vaxtından  əvvəl  qocaldar.  Çox  yatma,  bu  səni 
işdən,  halal  zəhmətdən  qoyar  və  kasıb  edər.  Daim  Allahı 
zikr et, zira sənin qurtuluşun Allah və onun Qurani Kərimi 
ilədir.  Vəli  o  insandır  ki,  insanlardan  gələn  zülmlərə, 
sıxıntılara  səbirlə  tab  gətirər,  onlardan  şikayət  etməz  və 
ona  pislik  edənlərə  kin  saxlamaz.  Bir  adamla  düşmən 
olmaq istəməz. Vəli torpaq kimidir, torpağa çox pis şeylər 
atılar, ancaq onda ancaq gözəl şeylər bitər. Hər iki dünya 
səbır 
edənlərindir. 
 
Hər  bir  insanın  Allaha  nə  qədər  sıx  bağlı  olması  onun 
üzərinə gələn bəlalara, dərdlərə nə qədər dözümlü olması 
ilə üzə çıxar. İnsan nə qədər Allahdan gələn bəlalara səbir 
etsə,  o  qədər  də  bu  imtahandan  üzüağ  çıxar.  Haqqın 
rəhmini,  mərhəmətini,  lütfünü  qazanar.  Səbir  edən  insan 
cənnəti  sağ  ikən  qazanar.  Çünki  bütün  peyğəmbərlər  və 
övliyalar bu fani həyatda daim sınağa çəkiliblər və yalnız 
səbirlə  Haqqın  dərgahına  qovuşublar,  insanlara  örnək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
21 
olublar. Səbir insanın başındakı tacıdır. Səbirsiz  insan bu 
tacı 
itirərək 
dumanda 
azan 
quşlara 
bənzər‖. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
22 
22 
 
XI-XII əsrlərdə Azərbaycanda sufizm və sufilər 
XI-XII əsrlərdə başlıca ideya cərəyanlarından biri təsəvvüf idi. 
XI  əsrə  qədər  sufi  mütəfəkkirlərin  fəaliyyətini,  ideya 
istiqamətini iqtisadi və ictimai –siyasi şəraitlə bərabər ,əsasən 
onların  fərdi  həyat  yollarını  müəyyənləşdirib.  X  əsrin 
sonlarından  etibarən  sufi  icmaları  təşkil  olunub  geniş 
yayılmağa  başlayır  .Ayrı-ayrı  şeyxlər  öz  ətrafında  çoxlu 
müridlər  toplayır,  onlar  üçün  tərtib  etdikləri  ciddi  adətlər 
məramnaməsi  üzrə  gələcək  davamçılarını  hazırlayırdılar.  Bu 
hazırlıq  prosesi  zaviyə,  dərgah,  təkkə,  xənəkə,  xanəgah 
deyilən yerlərdə baş verirdi. 
Sonradan  sufilik  ayrı-ayrı  mütəfəkkirlərin  təliminə  görə 
şaxələnib  müəyyən  ordenə  çevrildi.  XII  əsrdə  Əbu  Nəccəb 
Sührəverdinin  və  onun  qardaşı  oğlu  Əbuhəfs  Sührəverdinin 
adı  ilə  bağlı  sührəverdilik,  Əhməd  Rifainin  adı  ilə  bağlı 
rifailik,  Əbdülqadir  Cili  Cilaninin  adı  ilə  bağlı  qadirilik, 
Nəcməddin  Kübranın  adı  ilə  bağlı  kübravilik,  Əhməd 
Yasəvinin  adı  ilə  bağlı  yasəvilik,  ordenləri  yaranıb.  Onlar 
sonrakı  dövrlərdə formalaşaraq bitkin  cərəyanlara çevrildilər. 
Təsəvvüf  mötədil  və  ifrat  olmaqla  iki  istiqamətdə  inkişaf 
edirdi.  Mötədil  sufilər  İslam  monoteizmindən  kənara 
çıxmırdılar,  ifrat  sufilər  isə  az-çox  dərəcədə  panteizmə  meyl 
göstərirdilər.  Azərbaycanda  sufizmin  mötədil  qolunun  ən 
güclü  nümayəndələrindən  sührəvərdilik  cərəyanının  başçısı 
Əbuhəfs  Sührəverdi  və  onun  qardaşı  oğlu  Əbunəccəb 
Sührəverdi idilər. Əbunəccəb Sührəverdi Zəncan yaxınlığında 
Sührəvərd  qəsəbəsində  anadan  olmuş  ,  Bağdada  gedib  orda 
Nizamiyyə  mədrəsəsində  oxumuşdu.  Orta  əsr  tarixçisi  Yaqut 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə