MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
35 
Dərvişlər- Hicaz. 
Muğamlar və zamanlar 
Sübh vaxtı-rast, 
Səhər-Hüseyni 
Günortadan qabaq- Nəhavənd 
Günorta vaxt iki namaz arasındakl məsafə- busə 
Axşam- üşşaq, axçamdan sonra- müxalif şöbəsi
Gecə yarısı – Rast. 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
36 
36 
Kodların məxfi dili 
 
Müəllim  şagirdinə çölləri  gəzməkdən  usanmayan  müdrik, 
dərvişvari  həyat tərzi keçirən nurani bir insandan danışırdı. O 
insanın  bütün  gizli  qalan  şifrələrin  dilini  bilməsi  şagirdin 
heyrətinə səbəb  oldu.  Səbir  etməyib  müəlliminin  sözünü 
kəsdi: 
- Müəllim,  anlaşılır  ki,  nurani  insan  keçdiyi  kimsəsiz  çölləri, 
ucu  görünməyən  yolları  qət  edərkən  həmin  şifrələrdən 
istifadə edib.  Məgər  onlar  açılmasaydı,  qoca  bu  yolları 
gedə bilməzdi? 
Şagirdin 
sualına 
gülümsünən 
müəllim tərəddüd 
etmədən cavaba keçdi. 
- Oğlum, xoşbəxtlik  insanla daim paralel  addımlayan, onunla 
çiyinbəçiyinə hərəkət  edən  bir  məfhumdur.  Lakin  biz  onu 
görmürük,  daha  doğrusu  onu  dərk  etməkdə xaliyik.  Çünki 
nisbi bir anlayış olan xoşbəxtlik gizli bir kod şəklində ətrafda 
gördüyümüz  cisimlərin  və seyr  etdiyimiz  hadisələrin 
daxilində cəmlənib.  Fərqi  yoxdur,  həmin  hadisə bədbəxt 
sonluqla  bitə bilər,  amma  onun  mahiyyətindəki  xoşbəxtlik 
gizli 
bir  şifrələrlə örtülmüşdür.  Sufi  babalarının əsrlər 
öncə gəldiyi qənaət  bu gün elm tərəfindən tam olaraq sübuta 
yetirilib.  Həmin  elmi  fakt  budur  -  bütün  kainat  kosmik  kod 
vasitəsilə yazılmış  məlumatdır.  Onlar əsrlər  öncə kainatın 
Allahın  hikmətlərini  özündə gəzdirən  bir  məfhum  olduğunu 
demişdilər.  Kainatın  quruluşundakı  mexaniki  hadisələr  insan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
37 
daxilində və xaricində cərəyan  etdiyindən  ondakı  bütün  baş 
verənləri  insandakı  bütün  yaşantılarla  uyğunlaşdırmaq 
mümkündür.  Mükəmməl  bir  kod  sistemi  ilə haşiyələnmiş 
insan  bu  gizli  nəsnələri  aça-aça Xaliqinə daha  da  yaxınlaşır, 
səyyahı olduğu yolları daha  asan qət edə bilir. İndi anladınmı 
qoca  müdrikin  gizli  şifrələri  açması  müasir  insana  nə kimi 
yardım edə bilər? 
Hələ də püxtələşməmiş  şagird  gözlərini  döyə-döyə müəllimin 
üzünə baxdı.  Təmkinini  pozmayan  aqil yenə də nəyisə izah 
etməyə başladı: 
 - Oğlum, həmin qoca bilirsənmi harda səyahət edir? 
- Müəllim bayaq özünüz dediniz ki, çöllərdə səyahət edir. 
- Yaxşı, bəs çöl nədir? 
- ............. 
- Oğlum, sən ətrafında insanları, əşyaları, canlıları görmürsən? 
Sən  onların  timsalında  gizli  ilahi  aləmin  özünəməxsus  kod 
sistemini,  bir  növ  DNK-nı  gözdən  keçirirsən.  Sufi  babalar 
toxuduqları  xalçaların  üzərində,  çəkdikləri  nəbati  rəsmlərin 
üstündə,  yazdıqları  sözün  altında,  ifa  etdikləri  musiqinin, 
rəqsin  daxilində bu  kodları  qoruyub  saxladılar  və bütün 
çətinliklərə baxmayaraq  onları  bizlərə ötürməyə müyəssər 
oldular.  Mən  bu  şifrələrdən  cəmi  2-ni  sənə açım.  Sən 
də bundan sonra öz sualına özün cavab ver. 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
38 
38 
Sufi babalardan Nəsiminin 
  
Yeddi əvvəl, yeddi axır, 
Yeddi göydür, yeddi yer. 
kəlamı  bu  gün  fəlsəfə,  psixologiya,  astronomiya,  fizika 
və digər  elmləri  özündə birləşdirir.  Meqaaləm  olan  kainatda 
göyün yeddi qatı olduğu kimi, mikroaləm insanda da mənəvi 
inkişaf sferalarının sayı məhz yeddiyə bərabərdir. Qədim hind 
fəlsəfəsində Ümumdünya 
İdrakına 
və Ali 
Şüura qədər 
gediləcək  yollar  yeddi  mərhələyə bölünüb.  O  da  aydındır  ki, 
Ümumdünya 
İdrakı 
məhz 
insanın 
öz 
daxilində 
yerləşdiyindən, o  yalnız  ruhunda  kod  halında  gizlətdiyi  bu 
yeddiliyi  aşaraq  öz  xoşbəxtliyinə qovuşa  bilər.  Deməli, 
xoşbəxtlik  həqiqətən  də bizdən  çox  uzaqda  deyil.  O 
yolumuzun  üstünədir,  lakin  ona  çatmaqdan  ötrü  biz  həmin 
müdrik  qoca  kimi  kodların  dilini  bilməliyik.  Yolumuzun 
üstündəki  yeddi  məqamı  biz  həftənin  yeddi  günü  ilə, 
musiqinin  yeddi  notu  ilə, əsas  rəng  çalarlarının  ,  atmosfer 
təbəqəsinin  yeddi  olması  ilə və bütün  bunların  sonunda 
yeddinin 
müqəddəs 
rəqəm 
olma 
faktı 
ilə əlaqələndirsək, həqiqətən  şifrələrin  açmasının  bizdən  ötrü 
necə də lazımlı  olduğunun  fərqinə vararıq.  İnsan  daxilindəki 
yeddi lətif çarxın hər biri  enerji dalğalarının müəyyən tezliyi 
ilə əlaqədardır.  İnsanın  müəyyən məqama çatması  o məqama 
uyğun olaraq topladığı enerjinin səviyyəsindən asılıdır. Həmin 
enerji  isə bəsirət  gözünün  açılması  və kodların  sübut 
olunmasından asılı olaraq dəyişə bilir. Bir az Şeyx Nizamidən 
danışım  sənə.  Şeyxin  ―Yeddi  gözəl‖  poeması  başdan–başa 
yeddi məfhumunun şifrə kimi açılması üzərində cərəyan edir. 
Burda  yeganə insan  obrazı  olan  Bəhram  şahın  yeddi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə