www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
53
- Mən xərabati-əzəldən məstü
heyran gəlmişəm,
Eşq ilə yekrəng olub şadanü xəndan gəlmişəm.
Saqiyi-inni-ənəllah cür’əsindən ta əbəd
Məstü məstan, xəlvətindən məstü məstan gəlmişəm.
Həqdürür qövli-ənəlhəq də’visi həqqa ki, mən
Şahi-sultan məclisindən
şahi-sultan gəlmişəm
-
Nəsimi öz sirrini faş etdimi? Halbuki bu sirr
dövrandan daha genişdir...
- Dilərəm zaman-zaman kim, səni faş edəm cahana,
Necə bir yana bu şəm’in cigəri düxan içində?
Bu
dərin məaniyi gör ki, bəyan qılur Nəsimi,
www.elmler.net
-
Virtual İnterne
t Resurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
54
54
Fələkin dili tutuldu bu ulu bəyan içində.
- İnsan həqiqətənmi bütün kainatı öz surətinə əks etdirə
bilir?
Yoxsa, hürufilər bunu xəyal aləmində
yaratmışdılar?
- Üzündür gülsitan, billah, degilmi?
Sözündür kün-fəkan, billah, degilmi?
Ələl-ərş istiva rəhman yəqin kim,
Üzündür ol məkan, billah, degilmi?
Rüxün bağında, ey hurisifətlü,
Cahan
oldu cinan, billah, degilmi?
-Bu günün insanı cahillikdən kamilliyə gedən yollarda
zülmətə düşür. O heç zaman yolun sonuna kimi gedib
çata bilmir. Ona işığı necə nişan verərsiz? O, nəyi
etməməlidi?
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
55
- Məhbubi-əzəl, yari-əbəd var ikən, ey yar,
Əğyar ətəgin dutmavü əğyara yapışma.
Mənsur kimi istər isən mənzili-ali,
İtirmə bəqa darı, fəna dara yapışma!
Mənlik satanın çünki dəğəl çıxdı qumaşı,
Var,
ari mətah istə, bu bazara yapışma!
Kəsb eyləməyən axirəti, anı dəli bil,
Ey əql iyəsi, dünyayi-qəddara yapışma!
-Yəqin ki, cismi istəklər insanı ruhi mərtəbələrdən
ayırırır. Bizlər həqiqətənmi çox şey istəyirik?
- Möhnəti çoxdur cahanın,
zülmətindən gəl, saqın,
Ey gözüm aydınlığı, zülmətdən ənvar istəmə!
www.elmler.net
-
Virtual İnterne
t Resurs M
ərkəzi
Elmin Nurizadə Sufizm: gizli elmlərə haqqında araşdırmalar
56
56
Güzgünü arıtmayınca, ey liqadan bixəbər?
Surətin görmək təmənna etmə, didar istəmə!
Dünyanın miqdarı yoxdur,
gər bilirsən qədrini,
Qədrinə inanma, andan qədrü miqdar istəmə.