www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
139
nə əqidədə, nə yolda işlədiklərini bilib seçirdilərsə, biz əlli iki
min hiylə və təzvir qurub öz aşnamızı, dostumuzu, "millət
necə tarac olur olsun, nə işim var" - deyib, vəkil etməyə
çalışdıq. Ümumi adətimizə görə hər kəsin pulu varsa, arxalı
isə, qolu güclü isə ondan qoruxub, öz hüququmuzu bir taqım
"millətpərəst" naminə cibpərəstlərə qruban etdik. Vəkil
seçəndə onun istedadına, bacarığına, əqidəsinə, tutduğu
məsləkinə etina etməyib, fəqət filankəs oxumuş adamdır, filan
ağa onu təklif edir - deyə qoyun sürüsü kimi birimiz
hürükdükdə qeyrilərimiz də həmin tərəfə qaçışdıq. Dəxi
Rusiyanı bürüyən bu təlatüm və həyacanın həmin bu
hüquqpərəstlikdən öz qədr və heysiyyəti-insaniyyəsini
özgələrə qurban etməmək xahişində olmadan nəşət etməsini
qanmadıq" (49, 65). Rəsulzadə müsəlman sosial-demokratları,
bütövlükdə müsəlmanları (türkləri) bir daha belə ciddi
səhvlərə yol verməməyə çağırır.
Rəsulzadə islamın sosial-demokratiyaya zidd olmadığı kimi,
həqiqi milliyyətin də sosial-demokratiyaya əks olmadığını
sübut etməyə çalışır. Milliyyət məsələsinə sosial-
demokratların bəslədiyi münasibəti Rəsulzadə ən doğru
taktika kimi qəbul edirdi. 1906-cı ilin dekabrın 16-sında nəşr
olunmağa başlayan "Təkamül" qəzetinin ilk sayında,
"Milliyyət məsələsi" adlı məqaləsində Rəsulzadə deyir ki,
milli ədavət toxumunu, milliyyət məsələsini çarizm istibdadı
ortaya salıb: "Rusiya məmləkətində hökm sürən istibdadın ən
qədim və köhnə olan üsullarından biri budur ki, istibdad (yəni
bir nəfərin, yaxud bir dəstənin keyfi istədiyi kimi edilən idarə)
özünə tabe olan millətləri bir-biri ilə yağılaşdırıb və
tutuşdurub və bununula müxtəlif millətlər arasında ziddiyyət
və düşmənçilik salıyordu, hökumət tamam qərinə özünü öz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
140
140
təhti hökumətində olan millətləri bəzi-bəzi xüsusi qanunlar
verməklə və özünün nökərləri-qulluqçuları vasitəsilə və bəzi
öz millətini, qövmini hər bir irz və namusunu satan "rəislər"in
köməyi ilə cümlə Rusiya təbəəsi millətləri: müsəlmanları,
erməniləri, gürcüləri, polyakları və qeyrilərini təqib edib
sıxırdı" (49, s.75).
Rəsulzadəyə görə partiyalar arasında milliyyət məsələsində ən
sağlam və doğru mövqe tutan sosial-demokratlardır: "Ən sol
firqələr
cümləsindən
ictimaiyyun-ammiyyun
(sosial-
demokratiya) hal-hazırda mövcud olan bir millətin o biri
millətə olan hökmranlığında haman sərmayə binasının
səmərəsini görür, necə ki, bir sinfin o biri sinfə ağa olub onun
zəhmətindən nəfbərdar olmasında vardır. Bir millətin o biri
millətin üstündə ağalığını və birinin o birinə olan tabeliyini
yerli-dibli puç etmək ancaq bu sərmayə əsasını uçurub, zatən
nifaq və müsavatsızlıq deyil, ittihad, ittifaq, müsavat və
qardaşlıq əsası üzrə bina olunan, ictimaiyyət əsasını quranda
olar - deyib əlavə edir ki, "həmin bu zamanda, yəni
sərmayadarlıq əsası durduğu halda ictimaiyyun-ammiyyun
təzyiqə-milliyyə, yəni millətlərin zülm və cəbr altında qalması
qarşısına şiddətlə cihad ediyor. İndiki Rusiyada millət
təzyiqini rəf etməkdən ötrü hökuməti-istibdadiyyəyənin
kökünü bilmərrə aradan götürüb el hökumətilə bərabər elə
müəssisələr icad etməlidir ki, hər millətin həyati-
ruhaniyyəsinə azadlıq ilə tərəqqi etmək yollarını təmin
eləsin"" (49, s.74).
Sosial-demokratiyanın prinsiplərini, əsaslarını açıqlamaqda
davam edən Rəsulzadə yazır ki, sosial-demokratlar bütün
millətlərin mübarizəsinə eyni prizmadan yanaşır və onların
sinfi mübarizəsinə yüksək dəyər verir: "Bu da əvvəl və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
141
biləvvəl milləti təzyiq və yox etmək niyyəti ilə olmuş olsa da,
verilən qanunların götürülməsindən sonra cümlə Rusiya
məmləkətində olan millətlərin öz dillərini hər bir ümumi və
xüsusi dairələrdə, məsələn, sudlarda, divanxanalarda,
upravalarda, kontorlarda işlətmək imkanından və həmçinin öz
uşaqlarını ana dilində oxutdurmaqdan və cümlə vətəndaşlara
bilatəfriq millət hər bir qulluq xidmətlərə mümanətsiz
girməkdən ibarətdir. Budur, o əsaslar ki, onun üstündə sosial-
demokratiya
milliyyəti gözləyir. İctimaiyyun-amiyyun
düşmənləri bu firqəni ləkəyərək deyirlər ki, guya ictimaiyyət
əfkarı milliyyəti bilmərrə götürüb millətlərin mədəniyyət,
ədəbiyyat və dillərinə əsla qədr vermiyor" (49, s.75).
O, sosial-demokratlarla milliyyətçilər arasında olan fərqi və
ziddiyyəti isə belə dəyərləndirir: «Doğrudur, sosial-
demokratlar milliyyətə düşməndir. Lakin həqiqi milliyyətə
deyil, kavıçkaya keçirilən «milliyyət»ə əksdir ki, bu da ancaq
milliyyət maskası (niqabı ilə) örtülmüş cibpərəstlikdən
ibartədir ki, millət sözünü hiyləgər sərmayədarlar əllərində
aləti-kəsbi ruzi eləmişlər. Sosial-demokratiya külli millətlərin
özü üçün tərəqqi edib mədəniyyətləşməsinə zidd deyildir.
Onların zidd olduğu o «millət»dir ki, özgə millətləri məhv və
müzməhlil (tədricən aradan çıxarmaq) etmək istiyor» (49,
s.75).
Rəsulzadə bütün sahələrdə çalışan savadlı və savadsız
müsəlmanların (türklərin) nicat yolunu, açıq şəkildə "sosial-
demokrat" təşkilatında gördüyünü bəyan edirdi. Məhəmməd
Əmin 1906-cı ilin sonu, 1907-ci ilin əvvəllərində Dövlət
Dumasına keçirilən seçkilərlə bağlı yazdığı məqalələrində də
sosial-demokratiya
ideyalarının,
prinsiplərinin
ardıcıl,
mübariz, qızğın tərəfdarı kimi çıxış etmişdi.
Dostları ilə paylaş: |