www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
148
148
dəyişiləcəyinə inanmırdı: "Sol tərəf geriləndi, iştə qanuni-təbii
olaraq, gerilənən sol tərəf yerini doldurmaq üçün Stolıpindən
sağda duran "sağ xilafdarlar hərəkətə gəldilər" " (49, 160).
Rəsulzadə 1905-ci il 17 oktyabr inqilabının üçüncü
ildönümündə yazır ki, inqilabın əlamətləri hələ də
qalmaqdadır: "Rusiya cəmaəti o günləri bir ayrı məişətə, bir
ayrı rüzigara girmək istəyirlərdi. Rusiya övzai-ictimaiyyəsi
köhnə qəvaidən qurtarıb tazə əsrül-güzəran və rəftara keçmək
istəyirdi. Bu təşəbbüs ona əl vermədisə ürəklərdə, ağıllarda,
evlərdə, binalarda, havada belə məhv olunmaz əsərlər
buraxdı…" (49, 242). Daha sonra Rəsulzadə yazır: «Siyasətcə
istibdada, ibadətcə istibdada, məişətcə istibdada və yenə də
istibdada qəhr olan bir məmləkətdə, həyati-ictimaiyyətin azad
və nəfis bir surətdə olduğunu arzu etmək qaranlıq bir otaqda
aynabəndlik etməyə bənziyor» (74).
Rəsulzadənin sosial-demokrat ideologiyasına nisbətən daha
dərin və müqayisəli təhlili, konkret prizmalardan yanaşması,
onun İrandakı yaradıcılığı dövrünə (1909-1911-ci illər)
təsadüf edir. 1909-cu ildə qələmə alıb Bakıya, "Tərəqqi"
qəzetinə göndərdiyi yazılarında, eləcə də Tehranda Avropa
üsulu ilə nəşr olunan və baş redaktoru olduğu "İrani-no"
qəzetindəki məqalələrində Rəsulzadə İran inqilabının təsiri
altında çıxış edirdi.
1910-cu ildə İranda mühafizəkar "Etidaliyyun" (Mötədillər)
partiyasının yaranması ilə bağlı yazdığı "Mühafizəkar və ya
sosialist mühafizəkar partiyaların" adlı tənqidi əsərdə və
"İrani-no" qəzetində yazdığı məqalələrində də Rəsulzadəni
sosial-demokrat ideologiyasının tərəfdarı kimi görürük. Artıq
Rəsulzadə sosial-demokrat ideologiyasını Avropadakı sosial-
demokrat nəzəriyyəsi ilə təhlil və müqayisə şəklində verir və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
149
önəmli nəticələrə gəlir. Rəsulzadə sosializm əqidəsində burjua
və fəhlə-kəndi sinfi arasında gedən mübarizənin mühüm
əhəmiyyətini qeyd etmişdi: «Sosializm əqidəsinə Avropa və
başqa yerlərdə rəvac verən elə bu iki sinif arasında gedən
mübarizədir. Proletariatın mənafeyinin hamisi olan sosialistlər
bütün
bəşəriyyətin
azadlığını
proletariatın
kapitalın
boyunduruğundan azad olmasında görürlər. Sosialistlərin
fikrinə görə təkamül qanunu və texnikanın inkişafı
proletariatın zəfərinə kömək edir. Sosialistlərin böyük
müəllimi Karl Marksın təxminən 50 il bundan qabaq kəşf
etdiyi kimi, kapitalizmin hakim olduğu və inkişaf etmiş
sənaye ölkələri dəmir bir iqtisadi qanuna tabedir ki, o da
kapitalın mərkəzləşməsi və cəmiyyətin proletariatlaşmasıdır»
(50, 94).
O qeyd edirdi ki, bütün millətlərin fəhlə-kəndli təbəqəsi
kapitalizmdən azad olarsa, o zaman millətlərin də azadlığı baş
verəcək. İlk dövrlərdə M.Ə.Rəsulzadə fəhlə və kəndli sinfinin
haqlarını, başqa azadlıqlardan üstün tuturdu. Bu baxımdan o,
bir
millətin azadlığı uğrunda mübarizə aparılmasını
məqsəduyğun saymırdı. M.Ə.Rəsulzadənin fikrincə, yalnız bir
millətin azadlığı ilə bəşəri problemlər həll edilə bilməz.
Mütəfəkkir sosializmin dünyada bərqərar olmasının tərəfdarı
kimi çıxış edir, sosialistlərin mübarizələrini müdafiə edirdi.
Rəsulzadə Avropa sosialistlərinin mübarizə üsulunu belə
dəyərləndirir: «Avropada sosialist adlanan «ictimaiyyun» elə
bir firqədir ki, yalnız Avropanın konservatorları deyil, hətta
onların demokratlarını, liberallarını və radikallarını da
«etadiliyyun» (mühafizəkar) sayaraq, onlarla mübarizə
aparırlar. Bunlar, (yəni sosialistlər) elə firqədir ki, təkcə siyasi
bərabərlik deyil, ictimai-iqtisadi bərabərlik də tələb edirlər.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
150
150
Bunlar,
Avropa
məişətinin bütün kiçik və böyük
məsələlərində nüfuzu olan kapitalizm üsüli-idarəsinin
əleyhinə çıxıb onu (kapitalizmi) Avropa, Amerika, Yaponiya
və s. yerlərdə dağıdıb, sosializm idarə üsulunu bərqərar etmək
istəyirlər. Çünki onlar bütün bəşəriyyətin səadətini
sosializmdə görür və öz ali məqsədlərinə çatmaq üçün
təkamül qanununu sosializm amalına uyğun bilərək, siyasi
hakimiyyəti mənafeyi onlarla üst-üstə düşən siniflərə vermək
istəyirlər» (50, 93).
O, bu yolun, millətlərə həqiqi azadlıq və xoşbəxtlik
gətirəcəyinə inanır: «Sinfi mübarizənin zəruriliyi sosialistlərin
dəyişilməz əsaslarından biridir. Onlar hakimiyyətin hər yerdə
əksəriyyət təşkil edən proletarların əlində olmasını istəyirlər.
Onlar qanunu elə şəkildə tərtib etmək istəyirlər ki, onun
sayəsində özlərinin son amalına, yəni kapitalizmin sosializmə
keçməsinə nail olsunlar və bu məqsədə çatmaq üçün tam milli
hökumətə tərəfdardırlar» (50, 95).
Avropa sosialistlərinin nəzəriyyədə çox yaxşı səslənən sosial-
demokrat ideyalarını M.Ə.Rəsulzadənin də qəbul etməsi
zamanınca adi hal idi. Mücərrəd xoşbəxt gələcəkdən danışan,
əsasən, qeyri-müsəlmanları təmsil edən Rusiyadakı sosial-
demokratlara gəlincə, hələlik onlar iç üzlərini açıb ortaya
qoymamışdılar. O, Avropadakı sosialistlərin isə milli hökumət
formasında, bərabər şəkildə sosial-siyasi bərabərliklərə nail
olma
prinsiplərini
müsbət
dəyərləndirməyə
bilmir:
«Sosialistlər həmişə öz müraciətlərində zəhmətkeş və fəhlə
kütləsinə təlqin edirlər ki, yalnız dinləri və dilləri bir olan xalq
nümayəndələri və ya bir ölkənin vətəndaşı olanlar sizin
qardaşınız deyillər. Sizin həqiqi qardaşlarınız, sadiq
yoldaşlarınız sizinlə bir sinfə mənsub olan, sizin milli
Dostları ilə paylaş: |