www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
151
zəhmətkeş, fəhlə və sizin kimi bir karxana maşınının bir
hissəsi olanlardır» (50, 95).
Avropa sosial-demokratları da bütün millətlərin zəhmətkeş,
fəhlə sinfini vahid sinif kimi təqdim edir və qeyd edirdilər ki,
onlar üçün fəhlə sinfinin düşməni kapitalizm, istibdad
rejimlərdir. Bu məsələdən məharətlə istifadə edən Rusiyadakı
sosialistlər (bolşeviklər) sosial-siyasi bərabərliyi, sinfi
mübarizəni önə çəkərək ayrı-ayrı millətlərin, xüsusilə də
müsəlman xalqların öz milli azadlıqlarını tələb etməsinə əngəl
olmağa çalışırdılar. Bolşeviklər sosial-demokrat ideyaları
altında pərdələnərək, çar Rusiyası istibdadını devirmək
faktorunu önə çəkərək qeyri-rus, qeyri-xristian millətlərin
mübarizəsinin milli xarakter almasını əngəlləyirdilər. Bütün
millətlərin milli mücadilələrinə zorla da olsa, sosializm donu
geyindirməyə çalışırdılar. Onlar öz əməllərini məharətlə
pərdələməyi də bacarırdılar. Nəticədə də sözdə çox yaxşı
səslənən sosial-demokrat ideyaları M.Ə.Rəsulzadənin də
ictimai-siyasi baxışlarına təsir göstərir: «Sosialistlər milli
məsələdən yan keçir və bəşəriyyəti müxtəlif millətlərə
bölmürlər. Başqa sözlə, onlar beynəlmiləl firqədirlər. Bunu da
qeyd etməliyik ki, bu beynəlmiləl nəzəriyyə yalnız
sosialistlərə məxsus deyildir. Bir çox kapitalist partiyaları da
bu fikirdədir. Mədəni millətlərin liberal və demokrat
partiyalarının əksəriyyəti də dövlətin ümumi mənafeyinə və
insan
hüquqlarına
uyğun
olaraq
öz
dövlətçilik
nəzəriyyələrində heç vaxt müəyyən bir millətə üstünlük
vermirlər» (50, s.98).
Dünyanın bir çox ölkəl
ərində ictimai-siyasi proseslərin
bu cür istiqaməti M.Ə.Rəsulzadənin fəaliyyətində də özünü
büruzə verirdi. Avropanın sosialist qurumları kimi, bəzi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
152
152
kapitalist partiyalarının da ictimai-siyasi fəaliyyətlərində
ayrıca bir millətə üstünlük verməmələri M.Ə.Rəsulzadəni
düşündürməyə bilməzdi. Çox böyük ehtimalla bu məsələnin
özü də M.Ə.Rəsulzadənin sosial-demokrat prinsiplərinə
müəyyən mənada inanmasına səbəb olub. Bu baxımdan bir
çox
azərbaycanlı-türk
sosial-demokratlar
kimi,
M.Ə.Rəsulzadə də ilk dövrlərdə məhz çar Rusiyasındakı,
ümumiyyətlə, ayrı-ayrı ölkələrdəki istibdadların yıxılıb
yerində sosialist hökuməti qurulması ilə bəşəriyyətin
bəlalardan qurtulacağına inanıb.
Rəsulzadənin fikrincə beş formada hürriyyət var: birincisi-söz
azadlığı; ikincisi- mətbuat azadlığı; üçüncüsü- cəmiyyət və
ittifaq azadlığı; dördüncüsü- vicdan azadlığı; beşincisi- malın
və canın mühafizə olunması azadlığı. Onun fikrincə, söz
azadlığı insanın öz fikrini, düşündüklərini qorxub
çəkinmədən, kimsədən ehtiyat etmədən açıb danışması demək
idi. M.Ə.Rəsulzadənin fikrincə, hürriyyətin mövcudluğunu
şərtləndirən ikinci amil mətbuat azadlığıdır. O, hürriyyətin
üçüncü əlamətini cəmiyyətin və ittifaqların yaradılıb sərbəst
fəaliyyət göstərməyində görür. M.Ə.Rəsulzadə hürriyyətin
dördüncü əlamətinin vicdan azadlığı olduğunu göstərir.
M.Ə.Rəsulzadəyə
görə
hürriyyətin
sonuncu
əlaməti
şəxsiyyətin toxunulmazlığındadır.
Bu cür azadlıqlar bəlkə də M.Ə.Rəsulzadənin təsəvvür etdiyi
milli, ancaq mahiyyətində həm də sosial-demokrat ideyaları
dayanan bir iqtidarda mövcud olmalıydı. Bu ölkədə isə
Rəsulzadə sosial-demokrat ideyalarını milli haqlar kimi
bərabər tutur. Ancaq Rəsulzadə sezməyə bilməzdi ki, onun da
bir müddət yaxın münasibətdə olduğu Rusiya Sosial-
Demokrat Fəhlə (b) Partiyasının başında duranlar heç də belə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
153
bir ölkənin varlığını arzulamırdılar. Əgər bu partiyanın
mərkəzində dayanan ruslar sosial-demokrat ideyası altında
yeni bir imperiya qurmaq istəyirdilərsə, Qafqaz və Orta Asiya
türklərini çıxmaq şərti ilə yerdə qalan millətlər də yanlız öz
maraqları üçün çalışırdılar.
M.Ə.Rəsulzadə də sosial-demokrat cərəyanına daha çox
dövrünün ictimai-siyasi prosesləri, dünyada sosial ədalətin,
ictimai
bərabərliyin bərqərar olması, milli ideoloji
cərəyanların olmaması və yaxud çox zəif şəkildə olması və s.
baxımından tərəfdar olub. Ancaq sosial ədalət, ictimai
bərabərlik məsələlərini çıxmaq şərti ilə, sonralar sosializm
M.Ə.Rəsulzadə üçün dərindən bağlanacaq ideoloji bir cərəyan
olmayıb.
Rəsulzadənin sosializm və demokratiya problemlərinə
yanaşmasının ikinci dövrü 1911-13-cü illərdə başlamış və
1920-ci illərin əvvəllərinə qədər davam etmişdi. Maraqlıdır ki,
1911-13-cü illər Türkiyə dövründən başlayaraq Rəsulzadənin
sosial-demokrat prinsiplərinə əvvəlki rəğbəti azalmağa
başlamışdı. Sosial-demokrat əqidəsindən tədricən milliyyət-
çiliyə, türkçülüyə keçməkdə Rəsulzadəyə, İstanbulda
fəaliyyyət göstərən "Türk ocağı" dərnəyinin fəalları, "Türk
yurdu" məcmuəsinin müəllifləri Ə.Hüseynzadə, Ə.Ağayev,
Z.Göyalp və əsərləri ilə yaxından tanış olduğu C.Əfqanin
fikirləri mühüm təsir göstərmişdi. "Rəsulzadənin Bakıya
dönüşü, Romanovlar sülaləsinin 300 yübleyi münasibəti ilə
elan olunan ümumi əfv üzərinə 1913-cü ildə vaqe olmuşdur.
İrandakı fəaliyyəti, hürriyyət yolundakı mücadilə təcrübəsinin,
rus imperializminə qarşı kininin artmasına yaradığı kimi,
İstanbuldakı təmasları da milli məfkurənin yetişməsi və
mənəvi təşəkkülünə qəti şəkil verməsi baxımından çox
Dostları ilə paylaş: |