www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
57
üçün, hökumət qoşunu həmin ərazilərə göndərməyə məcbur
oldu. Bu zaman «Qafqaz cəbhəsi İnqilabi Şurası S.Q.Orco-
nikidzenin başçılığı ilə 21 və 23 aprel tarixində 11-ci orduya
aprelin 27-də Azərbaycan sərhədini keçib bütün ərazini
tutmaq əmrini vermişdi» (127, 268). Müstəqil dövlət olaraq
beynəlxalq nüfuzunun artdığı bir zamanda, Sovet Rusiyasının
XI Ordusu 1920-ci ilin aprelin 27-də Azərbaycana soxuldu və
işğalçılığa başladı.
Bununla da Azərbaycanın 70 illik müstəmləkəçiliyinin başqa
bir dövrü başladı. Milli ideologiyanın daşıyıcıları isə 70 il
ərzində bu və ya digər formada ölkə daxilində və xarici
ölkələrdə mübarizə aparmağa məcbur olacaqdı. Ancaq ən
əsası o idi ki, artıq milli ideologiyanın yeni dövr üçün zəmini
qoyulmuşdu. Bu öz təsirini azərbaycanlı kommunistlərə də
göstərmişdi. "Azərbaycanda milli təmayülçülük 1918-ci ildə
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvləri
arasında gizli iş zəminində əmələ gəlmişdi" (14, 56).
Bütövlükdə, XIX əsrin sonu və XX əsrin əvvəllərində
Azərbaycanda mövcud olan ictimai-siyasi və ideoloji mühit
quzeyli, güneyli Azərbaycan türklərinin tarixində çox mühüm
rol oynayıb. Bu dövr, sözün əsl mənasında, müasir Azər-
baycan dövlətçiliyinin yaranmasında müstəsna yer tutur.
Düzdür, XIX əsrə qədər də Quzey və Güney Azərbaycanın
müstəmləkçiliyi dövrlərində azadlıq, istiqlal çağrışları və onun
ideoloqları olub. Yeni dövrdəki istiqlal, azadlıq çağrışlarında
milli və müasirliyə söykənən çalarlar daha çox idi. Bunun,
kökündə yalnız azad olmaq deyil, həm də azad olaraq, öz
azadlığını dərk etmək və onu dəyərləndirmək dayanırdı. Bu,
xalqımızın gələcək taleyi üçün çox önəmli idi. Əgər biz öz
taleyimizi, yəni yeni dövrdə müstəqil dövlətimizin qurulması
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
58
58
prosesini yad millətlərin imkanına buraxası olsaydıq, bu
günkü müstəqilliyimizin özü bizim üçün heç bir məna kəsb
etməzdi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda baş
qaldıran milli azadlıq hərəkatını düzgün qiymətləndirmək
lazımdır. Böyük mütəfəkkirlərimizin xalqımız üçün gördüyü
müstəsna xidmətləri bir kənara qoyaraq, Azərbaycan
istiqlalının yalnız tarixi zərurətdən və məcburi gerçəkliklərdən
yaranmasını iddia etmək haqsızlıq olardı. Özü də bu haqsızlıq
məhdud anlamda başa düşülməməlidir. Unudulmamalıdır ki,
bu cür düşüncələr Azərbaycan dövlətçiliyi üçün çox
təhlükəlidir. XX əsrin əvvəllərində baş vermiş fikri və əməli
mücadiləni görmədən, qəbul etmədən, Azərbaycanın dünən,
ya bu gün istiqlala qovuşduğunu söyləsək, sabah daha ciddi
problemlərlə qarşılaşa bilərik. Biz öz milli kimliyimizə, bu
millətin əsl qurucularına, onların gördüyü böyük əməllərə
sahib çıxmadıqca, eyni problemlərlə bundan da ağır şəkildə
qarşılaşa bilərik.
Bu baxımdan Heydər Əliyevin AXC və onun qurucları, o
cümlədən M.Ə.Rəsulzadə ilə bağlı dedikləri çox qiymətlidir:
«Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış,
milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız
minillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş,
milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər
üzündən bunlardan məhrum olmuşdur. XX əsrin əvvəllərində
Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın
demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri
yurdumuzun müstəqilliyi uğrunda, xalqımızın azadlığı
uğrunda mübarizəyə qoşuldular. Birinci Dünya müharibəsinin
bitməsi ilə əlaqədar olaraq dünyada baş vermiş dəyişikliklər,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
59
sosialist inqilabı nəticəsində Rusiya imperiyasının dağılması,
Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait meydana
gətirdi. Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı
bu dövrün səciyyəvi cəhətlərindən hesab edilməlidir. Məhz
belə bir şəraitdə Azərbaycanın demokratik qüvvələri, siyasi
xadimləri 1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik
Respublikasının yarandığını elan etdilər. Həmin gün
Azərbaycan xalqının tarixinə böyük və əlamətdar bir hadisə
kimi daxil olmuşdur. Biz bu günü Respublika günü, Milli
İstiqlal bayramı kimi qeyd edirik. Bu bayramı qeyd edərkən,
biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti
uğrunda, Azərbaycan Demokratik Respublikası yaranması
uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil
olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət
göstərənləri – Məmmədəmin Rəsulzadəni, Fətəli xan
Xoyskini,
Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy
Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini
və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik. Onların
parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında
xidmətləri heç vaxt unudulmayacaqdır» (17, 385).
H.Əliyev deyir ki, Azərbaycan xalqı əsrlər boyu müstəqillik
arzusu ilə yaşamış, milli azadlıq uğrunda mübarizə
aparmışdır: «XX əsrin əvvəlində Azərbaycan torpağında ilk
Azərbaycan Demokratik Respublikası yaranmış, Azərbaycan
xalqı, Azərbaycan Respublikası öz müstəqilliyini dünyaya
elan etmişdir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan
Demokratik Respublikası Azərbaycan xalqının çoxəsrlik
arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı
olmuşdur. İlk Azərbaycan Demokratik Respublikası
ölkəmizin müstəqilliyini dünyaya bəyan etmək üçün və
Dostları ilə paylaş: |