www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
60
60
müstəqil dövlət qurmaq üçün addımlarını atmış, bir çox
tədbirlər görmüşdür. Artıq bütün dünyaya bəyan olunmuşdur
ki, Azərbaycan xalqı öz müstəqil dövlətini qurmağa qadirdir»
(18, s.183).
Bütün bunları qeyd etməkdə məqsədimiz, Azərbaycanın
yalnız siyasi deyil, həm də ictimai-fəlsəfi tarixinə düzgün
qiymət verilməsinin önəmliyini bildirməkdir. Bu baxımdan
Azərbaycanın ictimai-siyasi və ideoloji mühitini düzgün
araşdırmalı və tarixi şəxsiyyətlərimizə obyektiv qiymət
verilməlidir. Bu dövrü düzgün qiymətləndirsək, o zaman bir
çox suallara da cavab tapılar. Xüsusilə də M.Ə.Rəsulzadə ilə
bağlı indi və əvvəlki dönəmlərdə bir-birinə zidd şəkildə
səslənən fikirlərə, yazılan əsərlərə də aydınlıq gəlmiş olar.
Tədqiqat işinin bu bölməsində söylənilən fikirlər də məhz
buna xidmət etmişdir. Bu dövrü qiymətləndirməkdə əsas
məqsədimiz M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətində bir
qədər fərqli, bəzən də bir-birinə zidd görünə biləcək fikirlərə,
ideyalara üz tutmasına aydınlıq gətirmək olub.
1.2. Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində ruhani
ailəsində
anadan
olub.
Məşhur
maarifçi-pedaqoq
S.M.Qənizadənin (1866-1942) müdiri olduğu «II müsəlman-
rus» məktəbində ilk təhsil alması mütəfəkkirin taleyində
böyük rol oynayıb. Sonralar M.Ə.Rəsulzadə təhsilini Bakı
texniki məktəbində, rus dilində davam etdirib. Onun Bakıda
sənət məktəbində bir neçə il oxuduğu da məlumdur.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
61
M.Ə.Rəsulzadənin 17-18 yaşında ikən 1902-1903-cü illərdə
Bakıda yaratdığı "Azərbaycanlı gənc inqilabçılar dərnəyi" öz
dövrünə görə çox əhəmiyyətli idi. O, ədəbi yaradıcılığa da bu
illərdə başlamışdı. Onun ilk qələm təcrübəsi olan
«Müxəmməs» adlı şeri «Şərqi Rus» qəzetində 1903-cü ildə
Tiflisdə çap olunub.
1904-cü ilin axırlarında RSDFP-nin Bakı Komitəsinin
nəzdində «Müsəlman sosial-demokrat «Hümmət» təşkilatı»
yaradılıb, bu qurumun banilərindən biri də Rəsulzadə olub.
M.Ə.Rəsulzadənin həmin dövrdə Ə.Hüseynzadənin redaktor
olduğu «Füyuzat» jurnalında, həmçinin Ə.Ağayevin
redaktorluğu ilə çıxan «İrşad» və «Tərəqqi» qəzetlərində
müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur.
1906-1908-ci illərdə «Hümmət»çilərin çıxardığı «Təkamül»,
«Yoldaş» qəzetlərində də Rəsulzadənin məqalələri çap
olunub. Müəyyən müddət M.Ə.Rəsulzadə «İrşad», «Təkamül»
qəzetlərinin redaktoru da işləyib.
Rəsulzadə ictimai yaradıcılığında tərcüməçiliyə də böyük
önəm vermişdi. Ü.Hacıbəyovun 1907-ci ildə çapdan çıxmış
«Türk-rus və rus-türk lüğəti» kitabının naşiri də Rəsulzadə
olub. Bununla yanaşı, 1907-ci ildə o, A.Blyumin «Fəhlə
sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi
haqqında)» kitabını Azərbaycan-türk dilinə tərcümə edib.
1908-ci il dekabrın 5-də Rəsulzadənin «Qaranlıqda işıqlar»
pyesi tamaşaya qoyulub. Pyesin ana xəttini milli oyanış və
istiqlal hərəkatının təbliği təşkil edir. Bu pyes Azərbaycanda
milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəri kimi
qiymətləndirilir. Bu əsərdən başqa Rəsulzadənin həmin ildə
yazdığı «Nagəhan bəla» adlı pyesi də vardır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
62
62
1908-ci ilin sonu, 1909-cu ilin əvvəllərində M.Ə.Rəsulzadə
həm çar üsuli-idarəsi tərəfindən həbs olunmaq təhlükəsi ilə
əlaqədar, həm də Azərbaycanın Cənubunda Səttarxanın
liderliyi ilə baş qaldırmış milli azadlıq hərəkatında iştirak
etmək üçün Bakını tərk edərək Təbrizə, daha sonra Tehrana
getmişdir. M.Ə.Rəsulzadə Tehranda Avropa təhsili görmüş bir
qrup İran ziyalısı-Seyid Həsən Tağızadə, Hüseynqulu xan
Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları
ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat
Partiyasının əsasını qoyub. O, bu partiyanın əsas orqanı olan
«İrani-no» qəzetinin baş redaktoru olub. Bu qəzetin nəşri ilə
M.Ə.Rəsulzadə İranda Avropa tipli jurnalist sənətinin əsasını
qoyub. M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində
"Tənqidi-firqeyi-"Etidaliyyun"" adlı kitabını çap etdirib.
1911-ci ildə isə Ərdəbildə onun farsca «Səadəte-bəşər» adlı
kitabı nəşr olunub.
1911-ci ildə çar Rusiyası ilə İran rejimi birləşərək Güney
Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi inqilabı məğlub
etdi. Bu hadisədən sonra İstanbula gələn M.Ə.Rəsulzadə
«Türk ocağı»nda Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ziya Göyalp,
Yusif Akçura oğlu və başqa görkəmli türk ziyalıları ilə birgə
çalışaraq «Türk yurdu» jurnalında türkçülük ideyalarını
inkişaf etdirirdi. Onun bu dövrdə yazdığı «İran türkləri»
məqaləsi xüsusi əhəmiyyətə malik idi. Bu məqalə altı hissədən
ibarətdir. Məhəmməd Əmin yeni dövrdə Azərbaycanın
Cənubunda yaşayan soydaşlarımız haqqında hərtərəfli
məlumat verən ilk mütəfəkkirdir. "İran türkləri" məqaləsində
o, Cənubi Azərbaycanın coğrafi quruluşu, suları, əhalinin
məşğuliyyəti, ticarət, sənətkarlıq məsələləri, təsərrüfat həyatı,
ictimai-siyasi vəziyyəti, İran hakimiyyətində türklərin yeri,
Dostları ilə paylaş: |