www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
300
300
və uĢaq Ģəxsiyyətinin sonrakı inkiĢafı bu zəmindən çox asılı olur. Ona
görə də ailədə uĢaqların tərbiyəsinə çox erkən, kiçik yaĢlardan
baĢlamaq lazımdır. Bu vəzifə isə birinci növbədə ailənin üzərinə düĢür.
Ġnsan anadan olduğu gündən ömrünün axırına kimi bir çox
tərbiyəvi təsirlərin əhatəsində yaĢayır. Ona görə də valideynlər uĢağı
ilk gündən elə tərbiyə etməlidirlər ki, onun hansı yaĢındasa yenidən
tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi
böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin.
Adətən, Ģəxsiyyətində mənfi keyfiyyətlər formalaĢan adamdakı həmin
keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır və
gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uĢaqların ailədə
tərbiyəsi zamanı birinci növbədə onların davranıĢ və rəftarlarında
mənfi keyfiyyətlərin yaranmasının qarĢısını almaq, bu cür
keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır.
ġübhəsiz, biz burada ailə tərbiyəsinin bütün məsələlərini geniĢ əhatə
etmək fikrində deyilik. Bu iĢlə tərbiyə nəzəriyyəsi sahəsində çalıĢan
mütəxəssislər məĢğul olurlar. Lakin qısaca olaraq qeyd etmək lazımdır
ki, ailədə uĢaqların tərbiyəsi onların Ģəxsiyyətinin formalaĢmasına
xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. Bu
mənada ailədə uĢaqların əqli, əmək, əxlaqi, fiziki, estetik tərbiyəsi
məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.
VI.23.6. “Çətin” uĢaqlar və onlarla aparılan iĢin
xüsusiyyətləri
Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez «çətin
uĢaqlar» sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox
vaxt bəzi uĢaqların «çətinliyindən» Ģikayətlənirlər. Əksər
halda «çətin» uĢaqların sırasına sözə baxmayan, Ģıltaq, tərs,
intizamsız, kobud, tənbəl, yalançı və s. uĢaqları daxil edir və
bunları asosial uĢaqlar kimi xarakterizə edirlər. Bu cür
uĢaqların pedoqoji baxımsızlıqdan irəli gəldiyini xüsusilə
qeyd edirlər.
Adətən «çətin» uĢaqların xüsusiyyətləri ən çox yeni-
yetməlik dövründə özünü göstərir. Bu dövr uĢaqlarda
“çətinliyin” yaranmasına təkan verir.
Psixoloji tədqiqatlar «çətin» yeniyetmələrin dörd
qrupunu müəyyənləĢdirmək imkanı vermiĢdir: 1) davra-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
301
301
301
301
301
301
301
301
301
nıĢındakı qüsurları onun emosional-iradi inkiĢaf səviyyəsi ilə
Ģərtlənən yeniyetmə; 2) pedaqoji cəhətdən baxımsız və
nəticədə əxlaqi təsəvvürlərə yiyələnməyən yeniyetmə; 3)
əlveriĢli olmayan inkiĢaf Ģəraiti və ya tərbiyəçinin düzgün iĢ
apara bilməməsinin təsiri ilə “çətin” böyüyən yeniyetmə; 4)
uyğun gəlməyən münasibətlərlə Ģərtlənən və yaxud “xüsusi
çətin tərbiyə olunanlar”.
Psixoloqlar emosional sahəsində problemlərin olması ilə
bağlı hələ kiçik məktəb yaĢı dövründə «çətin» uĢaqların
meydana gəldiyini də qeyd edirlər. Bununla bağlı olaraq
«çətin» uĢaqları üç qrupa ayırırlar (L.D.Stolyarenko):
təcavüzkar uĢaqlar; yüksək emosionallığa malik olan uĢaqlar;
hədsiz dərəcədə utancaq, hər Ģeydən tez təsirlənən, küsəyən,
qorxaq, həyəcanlı uĢaqlar.
Təcavüzkar uĢaqlar. Adətən, elə bir uĢaq tapmaq
olmaz ki, həyatında heç olmazsa bir dəfə təcavüzkar hərəkət
etməmiĢ olsun. Lakin bunların hamısını «təcavüzkar»
adlandırmaq olmaz. Bu qrupa yalnız o uĢaqları aid etmək olar
ki, onların təcavüzkar hərəkətləri, reaksiyaları özünün
davamlılığı,affektiv davranıĢa səbəb olma xarakteri ilə
fərqlənsinlər.
Yüksək, idarə olunmayan səviyyəyə çatan emosi-
onallığa malik olan tipə daxil edilən uĢaqlar hər Ģeyə çox
sərt reaksiya verirlər. Əgər onlar hər hansı bir sevinc, Ģadlıq
hissi keçirirlərsə, öz ekspressiv davranıĢları sayəsində bütün
sinfi hərəkətə gətirirlər; əgər onlar əzab, iztirab hissləri
keçirirlərsə – onların iniltisi, ah-vayı, ağlamağı həddindən
artıq uca və diqqəticəlbedici olacaqdır.
Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən,
küsəyən, qorxaq, həyəcanlı uĢaqlar isə öz hisslərini
həddindən artıq ucadan və aydın ifadə etməyə utanır,
baĢqalarının diqqətini cəlb etməkdən qorxduqlarına görə öz
problemlərini sakit keçirirlər.
Çox vaxt “çətin” uĢaqların meydana gəlməsi ailə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
302
302
tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə
valideynlər arasında uĢaqların tərbiyəsində vahid tələbin
olmaması, uĢağın tərbiyəsi və onun Ģəxsiyyətinin inkiĢafı
üçün müvafiq Ģəraitin yaradılmaması, valideynlər arasında
ciddi konfliktin olması, valideyinlərin davranıĢında uĢağa
mənfi təsir edəcək qüsurların mövcudluğu, ailədə əxlaq,
ictimai münasibət normalarına uyğun olmayan sərvət və
normalar sisteminin formalaĢması və s. “çətin” uĢaqların
yaranmasının baĢlıca səbəbləridir.
Hələ kiçik məktəb yaĢı dövründə emosional sahəsində
problemlərin olması ilə bağlı «çətin» uĢaqların meydana
gəlməsi də özünəməxsus amillərlə bağlı olur. Kiçik
məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə
aĢağıdakıları aid etmək olar: 1) təbii xüsusiyyətlər (məsələn,
temperamentin tipi); xoleriklərdə oyanma çox vaxt yüksək
olduğundan, onlarda təcavüzkarlıq yüksək olur; melanxoliklər
ağlağan, hər Ģeydən tez təsirlənən, utancaq olurlar); 2) sosial
amillər:
– ailə tərbiyəsinin tipi (uĢağı rədd etmək, həyəcanlı-
vasvası tərbiyə, hipersosial tərbiyə, eqoistik tərbiyə);
– müəllimlərin münasibəti;
– məktəb psixoloqunun təsiri.
“Çətin” uĢaqlarla iĢ aparmaq və onlarda özünü göstərən
qüsurları aradan qaldırmaq üçün bu cür uĢaqların əmələ
gəlməsinin səbəblərini araĢdırmaq, psixoprofilaktika və
psixokorreksiya vasitələrindən sistemli Ģəkildə istifadə etmək
lazım gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi
iĢ düĢür. Burada birinci növbədə əsas diqqət Ģəxsiyyəti sosial
cəhətdən deformasiyaya uğrayan, asosial uĢaqların vaxtında
diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uĢaqda
“çətinliyin” yaranması səbəblərinin aĢkara çıxarılmasına da
xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uĢağın
fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi
iĢ sistemi müəyyənləĢdirilməlidir.
Dostları ilə paylaş: |