www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
70
70
1966.
Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə paməti.
– M., 1979.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
71
71
71
71
71
71
71
71
71
1 1 - c i F Ə S Ġ L
T Ə F Ə K K Ü R
Qısa xülasə
Təfəkkür haqqında anlayıĢ. Təfəkkürün təbiəti. Təfəkkür
və hissi idrak. Təfəkkürün ümumi xarakteristikası: təfəkkürün ümu-
miləĢmiĢ və vasitəli idrak prosesi olması, geniĢ əhatəyə malik
olması, nitqlə əlaqədar olması.
Dilin və nitqin təfəkkürlə əlaqədar olması.
Fikri proseslər. Fikri proseslərin psixoloji təbiəti. Fikri
proseslərin əsas əməliyyatları. Təhlil, tərkib, müqayisə, ümu-
miləĢdirmə, mücərrədləĢdirmə fikri əməliyyat kimi.
Təfəkkürün formaları. Məfhumlar cisim və hadisələri mü-
hüm əlamətlərinə görə əks etdirməkdən ibarət təfəkkür forması
kimi. Hökmlər fikri proseslərin baĢ verdiyi əsas forma kimi. Əqli
nəticə və onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya.
Təfəkkürün növləri. Formasına, xarakterinə, geniĢliyinə və
yeniliyinə görə təfəkkürün növləri.
Təfəkkürün fərdi xüsusiyyətləri. Təfəkkürün müstəqilliyi,
tənqidiliyi, çevikliyi, dərinliyi.
IV. 11.1. Təfəkkür haqqında anlayıĢ
Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu
və qavrayıĢla baĢlasa da, onlarla bitmir və idrak prosesləri
təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayıĢdan alınan
məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə
sərhədlərinin geniĢləndirilməsində həm prosessual, həm də
informasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
72
72
gücündə idrak prosesi həm dərinləĢir, həm də geniĢlənir.
Təfəkkür duyğu və qavrayıĢın köməyi ilə əldə edilmiĢ
biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarĢılaĢdırır,
fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəĢf edir
və
hissi
idrakdan
verilən
Ģeylərin
əlamətlərini
mücərrədləĢdirir, qarĢılıqlı əlaqələri aydınlaĢdırır və
gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür
reallığı onun münasibət və əlaqələrində onun çoxobrazlı
vasitəli tərəfləri ilə birlikdə əks etdirir.
Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından
münasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərin-
liklərinin kəĢfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən
edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin
əlamət və mahiyyəti də əks etdirir. QavrayıĢda verilən
gerçəkliyin cisim və əlamətlərinin qarĢılıqlı münasibətləri,
birləĢmələri, əlaqələrindən çıxıĢ edərək təfəkkür reallığı dərk
etdirir. QavrayıĢ vasitəsi ilə təfəkkür proseslərinə ötürülən
cisim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə,
digərlərinin mühüm olmayan əlamətləri, onların xarici
əlamətləri birləĢsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri
zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında
əlaqələrin yaranması nəzərdə tutulur.
Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri
əlaqələr, sadə təsadüfi və real oxĢarlıqlar qavrayıĢda
üzvlənməmiĢ, ayrılmamıĢ Ģəkildə olur. Təfəkkürün məqsədi
ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci
dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını
situasiyalara görə ayırsın.
Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə
keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir.
Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və məkanla
hüdudlanan hadisələr təkcə xarakter daĢıyır. Lakin mahiyyətcə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
73
73
73
73
73
73
73
73
73
əlaqəli olan çoxlu dəyiĢmələrdə zəruri olan elementlərin
köməyi ilə təfəkkür əlaqələri açır və ona görə də
ümumiləĢdirir. Hissi idrak səviyyəsində Ģeylərin mahiyyətini
müəyyən etmək, onun daxili quruluĢunu dərk etmək mümkün
deyil. Elementar hissəcikləri görmə qavrayıĢı ilə müəyyən
etmək çətindir. Ġnsan beynində, təbii və sosial dünyanın
hadisələri bilvasitə inikas üçün əlçatmazdır.
Hissi idrakın sərhədlərini keçmək üçün insan
təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin
keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə
belə hadisələr üçün iĢarələrdən, nitqdən istifadə edirlər. Söz
mücərrədləĢdirmə alətidir və Ģeylərin mahiyyətini müəyyən
etməyə imkan verir. Söz Ģeylərin əsas əlamətlərinin
ümumiləĢmiĢ inikası üçün vasitədir.
Hər hansı təfəkkür ümumiləĢdirmədə icra olunur.
Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət
edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da
xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli
kəĢfinə əsaslanır və real aləmin ümumiləĢmiĢ dərkidir.
Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək
pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini
keçmiĢ təcrübə və ümumiləĢmiĢ nitq vasitəsi ilə əks etdirir.
Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı
qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli
inikasından ibarət olan idrak prosesi adlandırırlar.
Ġnsanın biliyi və keçmiĢ təcrübəsi hissi idrakla və hafizə
ilə qarĢılıqlı əlaqəyə girərək onları dəyiĢdirir. L.S.Vıqotski bu
prosesi hafizə və qavrayıĢın intellektuallaĢması prosesi
adlandırırdı. QavrayıĢ idraki nöqteyi-nəzərdən kateqoriya və
düĢünmə xüsusiyyəti, hafizə isə sözlü – məntiqi xarakteri
daĢıyır.