MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə102/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   98   99   100   101   102   103   104   105   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

70 



70 

1966. 


Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə paməti. 

– M., 1979.  

 

 

 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



71 

71 


71 

71 


71 

71 


71 

71 


71 

1 1 - c i     F Ə S Ġ L  

 

T Ə F Ə K K Ü R  



 

Qısa xülasə 

 

 

Təfəkkür  haqqında  anlayıĢ.    Təfəkkürün  təbiəti.  Təfəkkür 

və hissi idrak. Təfəkkürün ümumi xarakteristikası: təfəkkürün ümu-

miləĢmiĢ  və  vasitəli  idrak  prosesi  olması,  geniĢ  əhatəyə  malik 

olması, nitqlə əlaqədar olması.  



Dilin və nitqin təfəkkürlə əlaqədar olması. 

Fikri  proseslər.  Fikri  proseslərin  psixoloji  təbiəti.  Fikri 

proseslərin  əsas  əməliyyatları.  Təhlil,  tərkib,  müqayisə,  ümu-

miləĢdirmə, mücərrədləĢdirmə fikri əməliyyat kimi. 

Təfəkkürün formaları.  Məfhumlar  cisim  və  hadisələri  mü-

hüm  əlamətlərinə  görə  əks  etdirməkdən  ibarət  təfəkkür  forması 

kimi.  Hökmlər  fikri  proseslərin  baĢ  verdiyi  əsas  forma  kimi.  Əqli 

nəticə və onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya. 



Təfəkkürün  növləri.  Formasına,  xarakterinə,  geniĢliyinə  və 

yeniliyinə görə təfəkkürün növləri. 



Təfəkkürün  fərdi  xüsusiyyətləri.  Təfəkkürün  müstəqilliyi, 

tənqidiliyi, çevikliyi, dərinliyi. 

  

IV. 11.1.  Təfəkkür haqqında anlayıĢ 

 

Təfəkkürün  təbiəti.  Real  aləmin  dərk  edilməsi  duyğu 

və  qavrayıĢla  baĢlasa  da,  onlarla  bitmir  və  idrak  prosesləri 

təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayıĢdan alınan 

məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə 

sərhədlərinin  geniĢləndirilməsində  həm  prosessual,  həm  də 

informasiya  dayaqları  rolunu  oynayır.  Təfəkkür  proseslərinin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

72 



72 

gücündə  idrak  prosesi  həm  dərinləĢir,  həm  də  geniĢlənir. 

Təfəkkür  duyğu  və  qavrayıĢın  köməyi  ilə  əldə  edilmiĢ 

biliklərin  ayrı-ayrı  hissələrini  müqayisə  edir,  qarĢılaĢdırır, 

fərqləndirir,  münasibətləri  ayırd  edir,  yeni  bilikləri  kəĢf  edir 

və 


hissi 

idrakdan 

verilən 

Ģeylərin 

əlamətlərini 

mücərrədləĢdirir,  qarĢılıqlı  əlaqələri  aydınlaĢdırır  və 

gerçəkliyin  mahiyyətinə  vararaq  onu  dərk  edir.  Təfəkkür 

reallığı  onun  münasibət  və  əlaqələrində  onun  çoxobrazlı 

vasitəli tərəfləri ilə birlikdə əks etdirir. 

Təfəkkürün  əsas  məqsədi  cisim  və  hadisələr  arasından 

münasibət  və  əlaqələrin  açılmasına  yönəlib.  Varlığın  dərin-

liklərinin kəĢfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən 

edir.  Təfəkkür  təkcə  münasibət  və  əlaqələri  deyil,  həmçinin 

əlamət  və  mahiyyəti  də  əks  etdirir.  QavrayıĢda  verilən 

gerçəkliyin  cisim  və  əlamətlərinin  qarĢılıqlı  münasibətləri, 

birləĢmələri,  əlaqələrindən  çıxıĢ  edərək  təfəkkür  reallığı  dərk 

etdirir.  QavrayıĢ  vasitəsi  ilə  təfəkkür  proseslərinə  ötürülən 

cisim  və  hadisələrin,  onların  əlamətlərinin  bəzilərinin  təkcə, 

digərlərinin  mühüm  olmayan  əlamətləri,  onların  xarici 

əlamətləri  birləĢsələr  də  əlaqəli  deyillər.  Təfəkkür  prosesləri 

zamanı  hadisələrin  mahiyyəti,  xarakteri,  əlamətləri  arasında 

əlaqələrin yaranması nəzərdə tutulur. 

Mühüm  və  ikinci  dərəcəli  əlamətlər,  təsadüfi  və  zəruri 

əlaqələr,  sadə  təsadüfi  və  real  oxĢarlıqlar  qavrayıĢda 

üzvlənməmiĢ,  ayrılmamıĢ  Ģəkildə  olur.  Təfəkkürün  məqsədi 

ondan  ibarətdir  ki,  mühüm,  əsas,  zəruri  əlaqələri,  ikinci 

dərəcəli,  formal  əlaqələrdən,  təsadüfi  uyğunluqlarını 

situasiyalara görə ayırsın. 

Zəruri  olanı,  mahiyyət  əlaqələrini,  təsadüfdən  zərurətə 

keçidi  ayıran  təfəkkür  prosesləri  təkcədən  ümumiyə  keçir. 

Təsadüfi,  xüsusi  hallara  əsaslanan,  zaman  və  məkanla 

hüdudlanan hadisələr təkcə xarakter daĢıyır. Lakin mahiyyətcə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



73 

73 


73 

73 


73 

73 


73 

73 


73 

əlaqəli  olan  çoxlu  dəyiĢmələrdə  zəruri  olan  elementlərin 

köməyi  ilə  təfəkkür  əlaqələri  açır  və  ona  görə  də 

ümumiləĢdirir.  Hissi  idrak  səviyyəsində  Ģeylərin  mahiyyətini 

müəyyən etmək, onun daxili quruluĢunu dərk etmək mümkün 

deyil.  Elementar  hissəcikləri  görmə  qavrayıĢı  ilə  müəyyən 

etmək  çətindir.  Ġnsan  beynində,  təbii  və  sosial  dünyanın 

hadisələri bilvasitə inikas üçün əlçatmazdır. 

Hissi  idrakın  sərhədlərini  keçmək  üçün  insan 

təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin 

keyfiyyətcə  yeni  və  daha  yüksək    mərhələsidir.  Təfəkkürdə 

belə  hadisələr  üçün  iĢarələrdən,  nitqdən  istifadə  edirlər.  Söz 

mücərrədləĢdirmə  alətidir  və  Ģeylərin  mahiyyətini  müəyyən 

etməyə  imkan  verir.  Söz  Ģeylərin  əsas  əlamətlərinin 

ümumiləĢmiĢ inikası üçün vasitədir. 

Hər  hansı  təfəkkür  ümumiləĢdirmədə  icra  olunur. 

Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət 

edir,  təkcədən  ümumiyə,  ümumidən  təkcəyə  və  oradan  da 

xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli 

kəĢfinə əsaslanır və real aləmin ümumiləĢmiĢ dərkidir.  



Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək 

pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini 

keçmiĢ  təcrübə  və  ümumiləĢmiĢ  nitq  vasitəsi  ilə  əks  etdirir. 

Ona  görə  də  təfəkkürü  cisim  və  hadisələr  arasındakı 



qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli 

inikasından ibarət olan idrak prosesi adlandırırlar. 

Ġnsanın biliyi və keçmiĢ təcrübəsi hissi idrakla və hafizə 

ilə qarĢılıqlı əlaqəyə girərək onları dəyiĢdirir. L.S.Vıqotski bu 

prosesi  hafizə  və  qavrayıĢın  intellektuallaĢması  prosesi 

adlandırırdı.  QavrayıĢ  idraki  nöqteyi-nəzərdən  kateqoriya  və 

düĢünmə  xüsusiyyəti,  hafizə  isə  sözlü  –  məntiqi  xarakteri 

daĢıyır. 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə